Sistematiklik və ardıcıllıq prinsipi Sistematiklik və ardıcıllıq prinsipi tələb edir ki, hər hansı fənnin tədrisi zamanı fənnin əhatə etdiyi elmin əsas sistemi mühafizə edil-sin, həmçinin bilik, bacarıq və vərdişlər aşılamasında müəyyən ardıcıllıq gözlənilsin. Sistematiklik və ardıcıllıq prinsipinin əsaslandığı qanunauyğunluqlar
şagird real və həqiqi biliklərə o halda yiyələnir ki, ətraf aləm haqda dəqiq təsəvvürə malik olsun; elmi biliklər formalaşdırılmasının əsas yolu müəyyən qaydada təşkil edilmiş təlim posesidir;
elmi bilklər sistemi təlim materialının daxili məntiqi və şagirdlərin idrakı imkanları ilə şərtlənən ardıcıllıqla yaradılır;
ayrı-ayrı mərhələlərdən ibarət təlim prosesi o vaxt daha səmərəli və müvəffəqiyyətli olur ki, o, fasiləsiz olsun, ardıcıllıq pozulmasın.
Sistematiklik və ardıcıllıq prinsipinin həyata keçirilməsi qaydaları aşağıdakılardır:
tədris fənni elmin kiçildilmiş surətidir. Şagirdlərə onun sistemini göstərin, onlarda elmin, real varlığın hissəciyi olan öz fənniniz haqqında anlayış formalaşdırın. Müntəzəm olaraq fənlərarası əlaqədən istifadə edin;
təlim metodikasının qabaqcıl nailiyyətlərindən istifadə edin;
şagirdlərlə tədris materialının konspekti, struktur-məntiqi sxemi tərtib edilməli; bunlar biliklərin mənimsənilməsi prosesini yüngülləşdirir;
təlimdə sistematikliyi və ardıcıllığı təmin etmək üçün əvvəl mənimsənilmişlər tez-tez yoxlanmalı və təkmilləşdirilməlidir;
bir neçə dərs müddətində mənimsəniləsi materialı bir dərsdə öyrətmək olmaz;
hər şey qırılmaz ardıcıllıqla elə aparılmalıdır ki, bu gün öyrənilən biliklər dünənkiləri möhkəmləndirsin və sabah öyrənəcəklərimizə yol açsın.