Təlimdə əyanilik prinsipi Əyanilik prinsipi tələb edir ki, təlim yalnız şifahi şəkildə müəl-limin sözləri üzərində deyil, bilavasitə müşahidəyə təqdim edilən konkret şeylər və hadisələr üzərində qurulsun. Əyanilik prinsipinin əsaslandığı pedaqoji qanunauyğunluq belədir:
- əyani vasitələrdən istifadə zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətləri ilə məhdudlaşdırıldıqda əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə anlayışların formalaşmasına imkan yaranır.
Əyanilik prisipinin əsaslandığı psixoloji qanunauyğunluq: - xarici qıcıqlara cavab reaksiyası görmə orqanlarında başqa duyğulara nisbətən daha həssaslıqla baş verir; - reseptorlarla mərkəzi sinir sistemi arasında ötürücülük qabiliyyəti optik kanalda daha yüksəkdir; - görmə orqanlarından baş beyinə daxil olan informasiya uşağın yaddaşında asan, tez və möhkəm saxlanılır. Əyaniliyin üstünlükləri bunlardır: biliyin asan mənimsənilməsinə səbəb olur, biliklərin uzun müddət yadda qalmasına səbəb olur, əyanilik nitq və təfəkkürü inkişaf etdirir, əşya və hadisələr haqda təsəvvürlər daha dəqiq olur., uşaqların fəallaşmasına, dərsin maraqlı keçməsinə səbəb olur.
Əyaniliyin tətbiqinə verilən tələblər: əyanilik müəllimin izahı ilə müşayiət olunmalıdır, təlim prosesini əyaniliklə çox yükləmək olmaz; bu, şagirdlərin müstəqilliyini azaldır; əyanilik yerində və düzgün istifadə olunmalıdır; əyani vəsaitin məzmununda artıq bir şey olmamalıdır.
Dostları ilə paylaş: |