Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Təlimlərin keyfiyyətinin qiymətləndirilməsi



Yüklə 1,97 Mb.
səhifə16/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

Təlimlərin keyfiyyətinin qiymətləndirilməsi


Təlimlərin qiymətləndirilməsi əvvəlcədən planlaşdırılır və onun keçirilməsinin keyfiyyətinin və dinləyicilərin hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədini daşıyır. Dinləyicilərin təlimdən əvvəl və sonra bilikərin yoxlanılması başlıca şərtdir. Bununla yanaşı, tədrisin keyfiyyətini yüksəltmək və dinləyicilərə tədris materiallarını çatdırmaq üsullarını təkmilləşdirmək üçün dinləyicilərin müəllimlər barədə ayrı-ayrılıqda fikirlərini öyrənmək lazımdır.

Təlim mərkəzinin SƏP-i üçün bax: Əlavə 17.

Fəsil 11: Monitorinq, qiymətləndirmə, qeydiyyat və hesabat

Məqsəd:


Azərbaycanda 2015-ci ilə qədər vərəmlə, o cümlədən DDV ilə xəstələnmə və ölüm hallarının azaldılması, əhali arasında vərəmin yayılmasının qarşısının alınması yolu ilə ölkədəki epidemiolji vəziyyətin yaxşılaşdırilmasıdır.

Bu konteksdə Monitorinq və Qiymətləndirmənin (M və Q) məqsədləri aşağıdakılardır:

- Vərəmlə mübarizəyə cəlb olunmuş bütün bölmə və qurumların fəaliyyətinin müntəzəm və obyektiv qiymətləndirilməsi;

- Vərəməleyhi tədbirlərin tətbiqi üzrə vəziyyətin vaxtında əks etdirilməsi;

- Yerinə yetirilmiş tapşırıqların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi;

- Yerinə yetirilmiş tapşırıqların keyfiyyət göstəricilərinin qiymətləndirilməsi;

- Meydana çıxmış problemlər barədə yoxlama keçirilən qurumların və ƏN TBİ-nin rəhbərliyinin vaxtında məlumatlandırılması;

- M və Q qedişində aşkar edilən problemlərin aradan qaldırılması üzrə tövsiyələrin verilməsi.


Proqramın indikatorları:


Proqramın indikatorları ÜST kriteriyalarına, Qlobal Əməkdaşlığın “Vərəmi dayandıraq” vəzifələrinə və Minilliyin İnkişaf Məqsədinə müvafiq hazırlanmışdır:

  • PS-də bütün aşkar olunmuş Vərəmli xəstələr adekvat müayinə və müvafiq müalicə imkanı əldə etməlidir.

  • Yeni bakteriloji pozitiv vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 85%-dən az olmamalıdır.

  • ÇDD vərəmli xəstələrin müalicə effektivliyinin səviyyəsi 70 %-dən az olmamalıdır.

  • Vərəmdən ölüm göstəricisi müalicəyə cəlb olunan xəstələrin sayının 4%-dən artıq olmamalıdır.

Sahələrarası əməkdaşlıq


PS-də vərəmlə mübarizə tədbirləri SN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər tərəfdaşlarla əməkdaşlıq şəraitində həyata keçirilir. Bunun üçün aşağıdakılar zəruridir:

  1. Birgə müntəzəm monitorinq baş çəkmələrini keçirmək üçün vərəməleyhi müəssisələrə MVNP-nin və beynəlxalq təşkilatların (ÜST, YİK, Qlobal Fond və s.) nümayəndələrinin girişinin təmin edilməsi.

  2. 8 nömrəli formaya müvafiq olaraq SN-i məlumatlarla müntəzəm təmin etmək.

Qeydiyyat, hesabat və məlumat mübadiləsi sistemi:


Vərəmə nəzarət fəaliyyətinə cəlb olunmuş ƏN-nin tibb müəssisələrin sistemi üç pilləlidir. İlkin (ümumi səhiyyə xidmətləri) səviyyəyə İT-lərin və CM-lərin TSH-ləri, üçüncü (ixtisaslaşdırılmış tibbi xidmət) səviyyəyə isə İMM aiddir. Ikinci səviyyəli tibbi xidmət MM-də göstərilir. Hər səviyyədə məlumatların toplanması istifadə edilən sənədlərə əsaslanır. Vərəm üzrə bütün qeydiyyat-hesabat formaları onların növündən və daşıyıcısından (elektron və ya kağız) asılı olmayaraq ən azı 50 il müddətində saxlanılır. Bu müddət keçdikdən sonra fərdi qeydiyyat formalar müəyyən edilmiş qaydada məhv edilir, aqreqat formalar və aqreqat elektron məlumat bazaları müddətsiz saxlanılır. Elektron məlumat bazaları rübdə 1 dəfədən az olmayaraq müntəzəm arxivləşdirilir. Bu, arxivləşdirilmə vaxtı olan məlumatların saxlanması məqsədi ilə edilir.

Vərəmə dair istifadə olunan uçot, qeydiyyat və hesabat formaları üçün bax: Əlavə 18.

İT-lərin və CM-lərin TSH-ləri səviyyəsi:


  • Məhbusun tibbi kitabçası;

  • Vərəmə görə skrininq qeydiyyatı kitabı.

İMM səviyyəsi


  • Qəbul şöbəsi daxil olmaqla, hər şöbədə xəstələrin qeydiyyat kitabı (ТВ 03 və ТВ 03 - DD);

  • Dərmanların qəbulunun fərdi kartası (ТВ 01 və ТВ 01 – DD);

  • Xəstəlik tarixi;

  • Şöbələr arasında xəstələrin xərəkətinin dinamikasını və xəstələrin sayını əks etdirən ümumi stasionar jurnal;

  • Aptek şöbəsindən dərmanların sifarişinin icmalı (ТВ 11 və ТB 11 – DD);

  • Xəstələr üçün sövqedici bağlamalar sifarişinin ümumiləşdirilmiş forması;

  • Hər müayinə növünü (mikroskopiya, əkmə, DHT, molekulyar üsullar) daxil edən ümumi Laborator qeydiyyat kitabı (ТВ 04);

  • Laborator müayinələrin cavabının (mikroskopiya, əkmə, DHT, molekulyar üsullar) forması;

Bütün yuxarıda qeyd edilən məlumatlar hər xəstə üçün müalicə təyinatların laborator nəticələrin dinamikasını kumulyativ olaraq əks etdirən elektron məlumat bazalarına daxil edilmək üçün mənbədir.

Monitorinq və Qiymətləndirmə göstəriciləriləri



Göstərici

Hesablama qaydası

Məlumatın qeydiyyatı aparıldığı mənbə

Başlanğıc göstəriciləri

Hədəf göstəriciləri

Yeni vərəmli xəstələr arasında ÇDDV-nin səviyyəsi.
Illik əsasda hesablanır.

Surət: Müəyyən dövr ərzində qeydiyyata götürülmüş yeni vərəmli xəstələr kohortunda ÇDDV xəstələrin sayı.

Məxrəc: Həmən dövr ərzində qeydiyyata götürülmüş və DHT nəticələri əldə edilmiş yeni vərəmli xəstələrin sayı.



Xəstələrin qeydiyyat kitabı ТВ03


9%
(2012)

≤ 8%

Təkrar vərəmli xəstələr arasında ÇDDV-nin səviyyəsi.
Illik əsasda hesablanır

Surət: Müəyyən dövr ərzində qeydiyyata götürülmüş təkrar vərəmli xəstələr kohortunda ÇDDV xəstələrin sayı.

Məxrəc: Həmən dövr ərzində qeydiyyata götürülmüş və DHT nəticələri əldə edilmiş təkrar vərəmli xəstələrin sayı.



Xəstələrin qeydiyyat kitabı ТВ03


24%
(2012)

≤ 20%

Bakterioloji təsdiq olunmuş yeni AV hallarının müalicəsinin effektivlik göstəricisi

Surət: Müəyyən dövr ərzində müalicəyə başlayan zaman bakterioloji təsdiqlənmiş, müalicənin sonunda “sağalıb” və “müalicəni bitirib” nəticəsi olan yeni AV halları.

Məxrəc: Həmin dövr ərzində müalicəyə başlamış bakterioloji təsdiq olunmuş bütün yeni AV halları.



Xəstələrin qeydiyyat kitabı ТВ03
Rüblük hesabat forması ТВ08

85%

(2011)



≥ 85%

DHV müalicənin intensiv fazasının sonunda bəlğəm yaxmasının dönüş göstəricisi (yeni və təkrar hallar üçün ayrılıqda)

Surət: Müəyyən dövr ərzində müalicəyə başlamış və intensiv fazanın sonunda bəlğəm yaxmasının dönüşü baş vermiş yaxma üzrə pozitiv xəstələrin sayı.

Məxrəc: Müəyyən dövr ərzində müalicəyə başlamış bütün yaxma üzrə pozitiv xəstələrin sayı.


Göstərici yeni və təkrar xəstələr üçün ayrılıqda hesablanır.

Xəstələrin qeydiyyat kitabı ТВ03
Rüblük hesabat forması ТВ08

Yeni hallar:

68%
Təkrar hallar:

65%
(2011)


≥ 85%

DDV müalicənin intensiv fazasının sonunda konversiya göstəricisi

Surət: Müəyyən dövr ərzində müalicəyə başlamış və intensiv fazanın sonunda konversiya baş vermiş bakterioloji təsdiq olunmuş xəstələrin sayı.

Məxrəc: Müəyyən dövr ərzində müalicəyə başlamış bütün bakterioloji təsdiq olunmuş xəstələrin sayı.




Xəstələrin qeydiyyat kitabı ТВ03
Rüblük hesabat forması ТВ08

86%
(2011)

≥ 85%

Əkmə pozitiv olan xəstələrin 1-ci sıra VƏD-lərə DHT ilə əhatəsi

Rüblük olaraq hesablanır və əvvəlki rübün / ilin nəticələri əldə edildikcə dürüstləşdirilir.



Surət: 1-ci sıra VƏD-lərə DHT qoyulmuş müəyyən dövr ərzində qeydiyyata götürülmüş əkmə pozitiv xəstələrin qoyulmuş sayı.

Məxrəc: Həmin dövr ərzində qeydiyyata götürülmüş bütün əkmə pozitiv xəstələrin sayı.



ТB 04 Kitabı

ML-nın məlumatları



100%

(2012)


100%

1-ci sıra hər-hansı VƏD-ə davamlı olan xəstələrin 2-ci sıra VƏD-lərə DHT ilə əhatəsi

Rüblük olaraq hesablanır və əvvəlki rübün / ilin nəticələri əldə edildikcə dürüstləşdirilir.



Surət: Müəyyən dövr ərzində qeydiyyata götürülmüş, 1-ci sıra hər-hansı VƏD-ə davamlı olan və 2-ci sıra VƏD-lərə DHT qoyulan xəstələrin sayı.

Məxrəc: Həmin dövr ərzində qeydiyyata götürülmüş və 1-ci sıra hər-hansı VƏD-ə davamlı olan bütün xəstələrin sayı.



ТB 04 Kitabı

ML-nın məlumatları



100%
(2012)

100%

Vərəmli xəstələrin İİV-ə görə müayinə ilə əhatəsi

Rüblük və illik əsasda hesablanır.



Surət: Müəyyən dövr ərzində müalicəyə başlayan və İİV-ə görə müayinədən keçirilmiş bütün vərəmli xəstələrin sayı.

Məxrəc: Həmən dövr ərzində müalicəyə başlayan bütün vərəmli xəstələrin sayı.



Xəstələrin qeydiyyat kitabı ТВ03


100%
(2012)

100%

Vərəmli xəstələr arasında İİV-ə yoluxanların yayılması.

Illik əsasda hesablanır.



Surət: Müəyyən dövr ərzində İİV-ə görə müayinənin nəticəsi müsbət olan bütün vərəmli xəstələrin sayı.

Məxrəc: Həmən dövr ərzində İİV-ə görə müayinədən keçmiş bütün vərəmli xəstələrin sayı.



Xəstələrin qeydiyyat kitabı ТВ03


15%
(2012)

≤ 15%

İT-lərə daxil olan məhbusların skrininqi.
Rüblük və illik əsasda hesablanır.

Surət: Müəyyən dövr ərzində skrininqdən keçirilmiş məhbusların sayı.

Məxrəc: Həmən dövr ərzində İT-yə daxil olmuş bütün məhbusların sayı



İT-yə daxil olan məhbusların qeydiyyatı kitabı İT-də vərəmə görrə skrininqdən keçənlərin qeydiyyatı kitabı


97.7%
(2012)

99%

CM-lərdə məhbusların kütləvi skrininqi.
Illik əsasda hesablanır.

Surət: Müəyyən dövr ərzində kütləvi skrininqdən keçirilmiş məhbusların sayı.

Məxrəc: Həmən dövr ərzində kütləvi skrininqlərin keçirildiyi CM-lərin əhalisi.



Skrininq qrupunun hesabatı.


94%
(2012)

98%

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin