Pisever-geceleri


PEYĞƏMBƏRİN ALLAH-TƏALADAN HƏZRƏTİ ƏLİNİ ÖZÜ ÜÇÜN VƏZİR İSTƏMƏSİ



Yüklə 5,47 Mb.
səhifə47/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

PEYĞƏMBƏRİN ALLAH-TƏALADAN HƏZRƏTİ ƏLİNİ ÖZÜ ÜÇÜN VƏZİR İSTƏMƏSİ


vətçi: «Şafei fəqihi olan İbni Məğəzili «Mənaqib»da, Cəlaluddin Süyuti «Dürrül-Mənsur» təfsirində və hədis əshabının imamı Əhməd Sə᾽ləbi «Kəşful-Bəyan» təfsirində, Sibt bin Cövzi «Təzkirə»də Vilayət ayəsinin bəhsində və yenə eyni kitabın 14-cü səhifəsində Əbuzər və Əsma binti Umeysdən (Əbu Bəkrin xanımı) belə söylədiklərini nəql edir: «Bir gün əsr namazını məsciddə qıldıq və Rəsulallah da orada idi. Bir dilənçi gəlib yardım isdədi və heç kim ona bir şey vermədi. Bu arada namazda rüku halında olan həzrəti Əli barmağındakı yüzüye işarət etdi və dilənçidə yüzüyü Əlinin barmağından çıxartdı. Peyğəmbər (s) bu mənzərəni gördükdə, mübarək başını göy üzünə doğru qaldırıb belə ərz etdi: «Allahım! Qardaşım Musa səndən istədikdə belə dedi: Rəbbim mənim köksümü genişlət, (risalətin təbliğində) işimi asan et… və qardaşım Harunu işlərimdə ortaq et».

O zaman Musaya bu ayə nazil oldu: «Biz sənin istəyini qəbul etdik qardaşın Harunu sənə vəzir edərək, sənin arxanı gücləndirəcəyik sizə bu aləmdə kimsənin yetişə bilməyəcəyi bir qüdrət hökümət verəcəyik».

Bundan sonra Peyğəmbərmiz belə ərz etdi: «Allahım! Mən sənin seçilmiş qulun və Peyğəmbərin olan Məhəmmədəm; belə isə köksümü genişlət, işlərimi asanlaşdır və Əhli-beytimdən Əlini mənə vəzir et arxamı gücləndir».

Əbuzər deyir ki, Allaha and olsun, Peyğəmbərin duası tamam olmadan Cəbrail nazil olaraq; «Sizin vəliniz Allah, Rəsulu və namaz qılıb rüku halındaikən zəkat verən mö᾽minlərdir». Ayəsini həzrət Peyğəmbərə oxudu.

Görüldüyü kimi, həzrət Peyğəmbərin duası qəbul olmuş və həzrəti Əli də (Harunun Musaya vəzir olduğu kimi) O həzrətə vəzir tə᾽yin edilmişdir.

Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibus-Süul» kitabının 19-cu səhifəsində, geniş açıqlamalarla bu mənaya toxunmuşdur.

Hafiz Əbu Nəimi İsfahani «Munqabətul-Mütəhhərin» kitabında, Şeyx Əli Cifri «Kənzul-Bərahin»də, İmam Əhməd bin Hənbəl «Müsnəd»ində, Seyyid Şəhabuddin «Təvzihud-Dəlail»ində, Cəlaluddin Süyuti «Dürrül-Mənsur»da və digər bir çox əhli-sünnət üləması- ki vaxtın darlığı səbəbiylə onların adını zikr etmirəm- öz təsnif və təliflərində bu hədisi nəql etmişlər. Bə᾽ziləri bu hədisi Əsma binti Ümeysdən (Əbu Bəkrin xanımı), bə᾽ziləri də səhabələrdən nəql etmişlər.

İbni Abbas deyir ki; Peyğəmbər (s) Əlinin əlini tutduqdan sonra dörd rükət namaz qılıb əllərini göy üzünə doğru açaraq belə ərz etdi: «Allahım! Musa bin İmran (qardaşı Harunun vəzirliyi, nübuvvət işində ortaq olması və risaləti təbliğ etməsi üçün) səndən isdədisə. Allahım! Mən Məhəmməd də səndən istəyirəm ki, köksümü genişlədəsən, işlərimi asanlaşdırasan, sözümü anlaya bilmələri üçün dilimin düyününü açasan, əhlimdən Əli ibn Əbu Talibi mənə vəzir edəsən, Onun vasitəsiylə arxamı gücləndirəsən və Onu işlərimdə mənə ortaq edəsən».

İbni Abbas deyir ki, o əsnada bir münadinin1 belə dediyini işitdim; «Ya Əhməd! İstədiyin şeyi sənə verdik». O zaman Rəsuli-əkrəm (s) həzrəti Əlinin əllərini tutaraq ona belə buyurdu: «Əllərini göy üzünə qaldır və Rəbbindən sənə bir şey verməsi üçün istə ondan». Həzrəti Əli əllərini göy üzünə doğru qaldıraraq belə ərz etdi: «Allahım, öz qatında mənim üçün bir ahit et və mənim üçün məhəbbət icad et». Bu vaxt Cəbrail nazil olaraq Məryəm surəsinin bu ayəsini gətirdi: «İman gətirənlər saleh əməllər edənlər isə, Allah onlar üçün bir sevgi (məhəbbət) yaradacaqdır2.

Əshab bu hadisədən heyrətə gəldilər Rəsuli Əkrəm (s) belə buyurdu: «Nə üçün heyrətləndiz, Qur᾽an dörd qisimdir; ondan dörd də biri biz Əhli-beyt haqqındadır, dörddə biri halallar haqqındadır, dörddə biri haramlar haqqındadır, dörddə biri isə fərz və əhkam haqqındadır. Allaha and olsun ki, Qur᾽anın keraimi də Əli haqqında nazil olmuşdur».



Şeyx: «Hədisin səhih olması onun sadəcə Əli (k.v) haqqında olmasına dəlalət etməz. Bu hədis, iki şəni uca xəlifə olan Əbu Bəkr və Ömər haqqında da söylənmiş ola bilər. Quzat bin Suveyd İbni Əbi Məlikədən o da İbni Abbasdan Rəsulallahın belə buyurduğunu nəql etmişdir: «Əbu Bəkr və Ömər mənə nisbətlə Harunun Musaya olan mənziləti (məqamı) kimidir».

vətçi: «Hörmətli ağalar, əgər bir az ravi ricallərinə müraciət etmiş olsaydınız, özünüzü bu qədər zəhmətə salmazdınız. Bə᾽zən Amudi, bə᾽zən də yalançı Quza kimi kəslərin sözləriylə dəlil gətirirsiniz. Sizin böyük alimləriniz, onun nəql etdiyi hədisləri zəyif bilərək rədd etmişlər.

Xüsusilə Əllamə Zəhəbi «Mizanul-İtidal»da Quz᾽a bin Suveyd və Əmmar bin Harunun tərcüməyi halında bu hədisi rədd etmiş və onun yalan olduğunu söyləmişdir. Binaenaleyh, Quz᾽a bin Suveyd öz alimləriniz tərəfindin rədd edildiyinə görə ondan nəql edilən hədislər də rədd edişmiş deməkdir. Möhtərəm ağalar, şiənin bu hədisi təvatürlə nəql etməsinə baxmayaraq, mənim sizin böyük alimlərinizdən nəql etdiyim ravilər silsiləsini, Quz᾽anın nəql etdiyi rəvayəti yan yana qoyaraq müqayisə edin və sonra hansının daha doğru olduğuna özünüz vicdanınızla qərar verin.

(Söz buraya yetiştidiyində ağalar saatlarına baxaraq; «Biz söhbətə dalaraq saatdan qafil olduq, saat gecə yarısını geçmişdir, bu mövzunu burada saxlıyaq, sabah qaldığımız yerdən davam edərik». Deyərək vidalaşaraq getdilər).

BEŞİNCİ GECƏ


27 rəcəb, 1345 çərşənbə axşamı

Axşamın ilk saatlarında məclisdə iştirak etmək üçün çox sayda camaat toplaşdı. Hal-əhval tutub çay içildikdən sonra Hafiz sözə başladı.



Hafiz: «Bu gün, dünən axşam dediyiniz sözlərin üzərində yaxşı-yaxşı düşündüm. Sonra bu nəticəyə gəldim: maşallah, güclü bir danışma qabiliyətiniz var. Sehirli bəyanınız, gözəl bəlağətiniz və mövzunu incələyib açıqlamaqla, Rəsulallahın mənzilət hədisini buyurmasından məqsədi; «Həzrət Əlinin (ə), özündən sonra xəlifə olduğunu isbat etməkdi» demək istəyirsiniz. Halbuki hədisin xüsusi bir tərəfi olub, Təbuk döyüşündə söylənmişdir. Hədisin ümumilikdə, hər zaman keçərli olacağına dair hər hansı bir dəlilimiz yoxdur».

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin