Pisever-geceleri


MƏNZİLƏT HƏDİSİ TƏBUKDAN ƏLAVƏ DƏFƏLƏRLƏ SÖYLƏNMİŞDİR



Yüklə 5,47 Mb.
səhifə49/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

MƏNZİLƏT HƏDİSİ TƏBUKDAN ƏLAVƏ DƏFƏLƏRLƏ SÖYLƏNMİŞDİR


vətçi: «Hədis sadəcə Təbuq döyüşündə söylənmiş olsaydı, sözünüz doğru olardı. Ancaq bu hədis dəfələrlə və bir çox yerdə Rəsulallah (s) tərəfindən buyurulmuşdur.

Məsələn, «Qardaşlıq əqdi»ni ilk dəfə Məkkədə, ikinci dəfə də Mədinədə Mühacirlər və Ənsar arasında oxuduğunda həzrət Əlini (ə) özünə qardaş seçmiş və belə buyurmuşdur: «Sənin mənə nisbətlə olan məqamın, Harunun Musaya olan məqamı kimidir; bu fərqlə ki, məndən sonra nəbi yoxdur».



Hafiz: Çox qəribə! İndiyə qədər eşidib gördüyüm şey, mənzilət hədisinin sadəcə Təbuk döyüşündə söyləndiyidir. Peyğəmbər (s) oraya səfərə etdikdə, həzrət Əlini öz yerinə tə᾽yin etmişdir həzrət Əli səfərə gedə bilmədiyinə görə kədərləndi, həzrət Peyğəmbər (s), onun narahatlığını aradan aparmaq üçün bu sözləri buyurmuşdur. Açıqlamalarınızda Xəta etdiyinizi sanıram.

vətçi: «Xeyir, Xəta etmədim, əksinə buna yəqinim vardır. Şiə alimlərinin ittifaqının birdə sizin bir çox alimlərinizin e᾽tibarlı və mö`təbər kitablarında da bunlar nəql edilmişdir. Məsələn: Məsudi (Həm sünnilərin qəbul etdiyi bir şəxs, Həm də şiələrin) «Mürucuz-ZəHəb»in ΙΙ cildinin 49-cu səhifəsində, Hələbi «Siratul-Hələbiyyə»nin 26 və 120-ci səhifələrində, imam Əbu ƏbdürrəHman Nəsai «Hasaisul-Ələviyyə»nin 19-cu səhifəsində, Sibt bin Cövzi «Təzkirə»nin 13 və 14-cü səhifələrində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddət»in 9 və 17-ci bablarında, imam Əhməd bin Hənbəlin «Müsnəd»indən nəqlən, Əbdullah bin Əhməd «Zəvaidu Müsnəd»də və Xarəzmi «Mənaqib»də bu hədisi nəql etmişlər. Hətta, Rəsulallahın (s) bu hədisi, qardaşlıq əqdinindən əlavə də bir çox yerdə buyurduğunu nəql edirlər. Məclisin vaxtını çox almamaq üçün onları nəql etmirəm.

Sizlər də təsdiq edərsiniz ki, bu hədisi-şərifin məxsus bir tərəfi yoxdur. Əksinə onun ümumiyəti açıq-aydındır. Rəsuli-əkrəm (s) Hər fürsətdə, lazımlı bildiyi Hər yerdə, həzrət Əlinin (ə) özündən sonra xəlifə olduğunu bu cümlələrlə e᾽lan edirdi: «Əlinin mənə nisbətlə olan mənziləti (məqamı), Harunun Musaya olan mənziləti (məqamı) kimidir; bu fərqlə ki, məndən sonra nəbi yoxdur».



Hafiz: Yaxşı necə olur, Rəsulallahın səhabələri bu hədisin umumiyətini bilmələri və Əlini xəlifə olaraq qəbul etmələrinə baxmayaraq, yenə də ona qarşı çıxıb başqasını xəlifə seçərək ona bi᾽ət etdilər?

MUSANIN (Ə) QARDAŞI HARUNU (Ə) YERİNƏ XƏLİFƏ SEÇMƏSİ VƏ SAMİRİN BƏNİ-İSRAİLİ BUĞASI İLƏ ALDATMASI


vətçi: « Bu mövzuda sizə verə biləcəyim bir çox cavab var. Onların içində buraya ən uyğun olanı həzrət Harun (ə)-ın hadisəsidir. Qur᾽ani-kərimin də açıq buyurduğu kimi həzrət Musa Kəlimullah Tur dağına gediyi zaman, qardaşı həzrət Harunu özünə xəlifə seçdi. Bəni-İsraili (bə`zi hədislərə görə 70 minnə fərdilər) toplayaraq, həzrət Harunun əmirlərinə itaət etmələrini söylədi. Sonra Rəbbinin müsafiri olmaq üçün Tur dağına getdi. Hələ bir ay geçməmişdi ki, Samiri fitnəsi baş verdi. Bəni-İsrailin arasında ayrılıq və ixtilaf düşdü. Samiri qızıldan bir buğa düzəldərək Bəni-İsraili, həzrət Musanın (ə) xəlifəsi olan həzrət Harunun ətrafından ayırıb öz etrafında toplamağa başladı. Qısa bir müddətdə o 70 min nəfər, həzrət Haruna qarşı çıxaraq üsyan etdilər. Halbuki Bəni-İsrail, həzrət Musanın (ə) həzrət Harunu, öz tərəfindən yerinə xəlifə seçdiyini qulaqlarıyla eşdmişdilər. Amma onlar Samirə aldanaraq buağaya tapındılar. Harun (ə) Hər nə qədər onların bu çirkin işinə mane olmağa çalışdısa heç bir fayda vermədi. Hətta onu öldürmək belə qərarına gəldilər. Bu səbəbdən Ə᾽raf surəsinin 150-ci ayəsində bu hadisəyə toxunulmuşdur. Harun (ə) qardaşı, həzrət Musa Tur dağından qayıtdıqda dərdlli halda belə dedi: «Anam oğlu, bu cəmiyyət məni zəyiflətdi aciz etdi və haradasa məni öldürməkdə istəyirlər!»

Allah eşqinə, təəssübünüzdən bir az uzaqlaşıb insafla söyləyin, Bəni-İsrailin həzrət Musanın (ə) əmirlərinə qarşı çıxmaları, haqq xəlifəsi həzrət Harunu yalnız qoymaları və Hoqqabaz Samirinin Hiləsiylə buğaya tapınmaları, həzrət Harunun xəlifəliyinin batil olduğunu, Samiri və buğasının da haqq olduğunumu göstərir?

Bəni-İsrail cahillərinin Həva-həvəslərinə uyaraq etdikləri bu iş üçün; «Harunun xəlifəliyi haqq olsaydı və onlar həzrət Musanın (ə) ağzından bunu eşidib, onun əsla yalnız buraxmaz, Samiri və buğanın arxasınca getməzdilər» deyə bilərsinizmi? Belə olmadığını həqiqətən bilirsiniz. Həzrət Harun (ə), Qur᾽ani-kərimin Hökmüylə həzrət Musanın (ə) xəlifəsi idi. Bəni-İsrail bunu həzrət Musanın (ə) öz ağzından eşidmişdilər. Amma həzrət Musa (ə) olmadıqda, fürsət Hoqqabaz Samirinin əlinə düşən, kimi bir buğa düzəltdi və etdiyi işin nə olduğunu bildiyi Halda, qəsdən Bəni-İsraili yoldan azdırdı. Onlar da, həzrət Harunun həzrət Musanın (ə) xəlifəsi olduğunu bildikləri Halda anlamamazdıqdan ya da başqa səbəbə görə Samirinin arxasınca gedib həzrət Harunu tək qoydular.

ƏMİRƏL-MÖ᾽MİNİN (Ə) VƏZİYYƏTİNİN HARUNUN (Ə) VƏZİYYƏTİNƏ BƏNZƏMƏSİ


Rəsulallahın (s) vəfatından sonra əshab Peyğəmbərin ağzından dəfələrlə, açıq-aydın özündən sonra həzrət Əlinin (ə) xəlifə olduğunu eşidiklərinə baxmayaraq, Onu yalqız qoydular. Kimi həva-həvəslərinə uyaraq, kimi məqam sevgisi, kimisi də Bəni-Haşimə olan düşmənliyinə görə həzrət Əlidən üz çevirdilər. Ayrıca həzrət Əliyə (ə) qarşı şəxsi Həsəd, kin və nifrət edən bir qrup da onun əleyhinə məxsus bir təşkilat qurmuşdu. Ğəzali «Sirrul-aləmin» kitabının 4-cü məqaləsində bu mövzuya toxunaraq, belə deyir: «Haqqa arxa çevirib, cahiliyyət dövrünə döndülər»1.

Bu tərəfdən həzrət Harun (ə) ilə həzrət Əlinin (ə) vəziyyətləri arasında tam bir oxşarlıq vardır. Sizin öz tədqiqatçı alim və tarixçilərinizdən Diynəvəri deyə tanınan qazı Əbu Məhəmməd Əbdullah bin Müslim bin Qutaybəi Bahili əd-Diynəvəri «əl-İmamət vəs-siyasət» adlı əsərinin Ι cildinin 14-cü səhifəsində Səqifə hadisəsini geniş şəkildə yazdıqdan sonra belə deyir: «Əlinin evinə od vurub, onu təziq və tə´kidlə məscidə gətirərək; «Bey᾽ət et, yoxsa boynunu vurarıq» dedilər. Həzrət Əli də, bu hadisədən sonra Rəsulallahın qəbrin üstünə gedib. Orada həzrət Harunun həzrət Musaya söylədiyi sözləri söylədi. Allah-təala bu sözləri Qur᾽anda zikr etmişdir: «Bu cəmiyyət məni zəiflətdi (aciz qoydu) və hardasa, məni öldürməkdə istəyirdilər».

Rəsulallah (s), Əli (ə) həzrət Haruna bənzətməklə, sanki ümmətinə bunu anlatmaq istəyirdi: həzrət Musanın Bəni-İsrailin arasında olmadığı müddətdə Haruna etdiyini, mənim vəfatımdan sonra siz Əliyə edəcəksiniz.

Bu baxımdan, həzrət Əli (ə) bu mə᾽nanı isbatlamaq üçün ümmətin təzyiqini və oyunbazların siyasətlərini görüncə, - ki, onu öldürməyə qədər irəli gəldilər - həzrət Peyğəmbərin mübarək qəbrinin yanına getdi. Orada Harunun həzrət Musaya söylədiyi, Allah-təalanın da Qur᾽anda nazil etdiyi sözləri söylədi».

(Məclisdə olanlar böyük bir çaşqınlıqla bir müddət səssiz qaldılar.)

Nəvvab: «Möhtərəm qardaşımız! Əgər Əli ibn Əbu Talib (ə) xəlifə idisə, nə üçün həzrət Peyğəmbər onu aşkar şəkildə xəlifə olaraq tanıtmadı. Məqsədini işarə və mətinaltı mə᾽nada deyirdi. Əgər aşkar şəkildə «Əli mənim xəlifəmdir» deyə buyursaydı, kimsənin şübhəsi qalmazdı».

vətçi: «Daha öncə ərz etmişdim, Rəsuli-əkrəm (s) həqiqəti iki şəkildə bəyan etmişdir. Xəlifəliyi aşkar bəyan edən hədislər, sizin bir çox mö`təbər kitablarınızda nəql edilmişdir. Amma üstörtülü deməyin lətafətliyi, aşkar deməkdən daha çoxdur. Ədəbiyyatçılar deyirlər ki: «Mətinaltı mə᾽na, insanı məqsədə aşkardan daha yaxşı yetişdirir». Bu cür deyilən sözlərdə bir dünya mə᾽na yatır».

Nəvvab: «Həqiqətin ortaya çıxması üçün, bizim alimlərin kitablarında xəlifəliyi aşkar isbat edən hədislərin bu anda yadınızda olanı söyləyə bilərsinizmi.? Çünki bizə, xəlifəliyi aşkar bildirən heç bir hədisin olmadığını dəfələ söyləyiblər».

vətçi: «Mö`təbər kitablarınızda həzrət Əlinin (ə) xilafətini aşkar söyləyən bir çox hədislər vardır. Məclisin vaxtını nəzərə alaraq, onlardan bə`zilərini bildirəcəyəm.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin