Pisever-geceleri


ƏBU HÜREYRƏNİN KİMLİYİ VƏ PİSLƏNİLMƏSİ



Yüklə 5,47 Mb.
səhifə52/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

ƏBU HÜREYRƏNİN KİMLİYİ VƏ PİSLƏNİLMƏSİ


vətçi: «Əbu Hüreyrənin rədd edildiyinə dair günəşdən daha aydın bir çox dəlillər vardır. Bunu böyük alimləriniz də təsdiq etmişlər ki, onun rədd edilmiş (mərdud) olduğuna dair dəlillərdən biri, Rəsulallahın (s) diliylə lə᾽nətlənmiş, Müaviyə bin Əbu Süfyanın, münafiqlərin və iki üzlülərin yanında yer almasıdır. Çünki Süffendə namazları Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) arxasında qıldığı halda, Müaviyənin yağlı süfrəsinin başından da əksik olmurdu. Zəmaxşəri «Rəbiul-Əbrar»da, İbni Əbil Hədid «ŞərHu Nəhcül-bəlağə»də və daha başqaları belə nəql edirlər: Ondan bu iki fərqli hərəkətinin səbəbi soruşulduğu zaman belə deyirdi: «Müaviyənin muzəyrəsi2 və yeməyi daha yağlıdır, Əlinin arxasında namaz qılmaq isə əfzəldir». Bu səbəbdən Əbu Hüreyrə «Şeyxul-Muzəyrə» deyə məşhur olmuşdur.

HƏZRƏTİ ƏLİ QUR᾽AN VƏ HAQDAN AYRILMAZ


Halbuki Şeyxul-İslam Himvini «Fəraid»in 37-ci babında, Xarəzmi «Mənaqib»də, Təbərani «Əvsət»də, Gənci-Şafei «Kifayəut-Talib»də, İbni Quteybə «əl-imamət vəs-Siyasət»in Ι cildinin 68-ci səhifəsində, imam Əhməd bin Hənbəl «Müsnəd»də, Süleyman Bəlxi «Yənabiul-məvəddət»də, Əbu Ya᾽la «Müsnəd»də, Müttəqi Hindi «Kənzul-ummal»ın VΙ cildinin 157-ci səhifəsində, Səid bin Mənsur «Sünən»də, Xətibi Bağdadi «Tarixi-Bağdad» deyə məşHur olan kitabının 14-cü cildinin 321-ci səhifəsində, Hafiz bin Mərduyə «Mənaqib»də, Səmani «Fəzailus-Səhabə»də, imam Fəxri Razi «Təfsiri Fəxri Razi»nin Ι cildinin 111-ci səhifəsində, Əbul-Qasım Hüseyn bin Məhəmməd (Rağib-i İsfahani) «MuHazirətul-Üdəba»nın ΙΙ cildinin 113-cü səhifəsində və sairə alimləriniz Əbu Hürəyrənin özündən və digərlərindən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Əli haqq ilədir və haqq da Əliylə; Əli haradasa haqq da oradadır».

Bu hədis, Əbu Hüreyrənin (bütün bunları bildiyi halda) həzrət Əlini (ə) buraxıb Müaviyənin ətrafında fırlanması, onun mərdud (rədd edilmiş) olduğunu göstərmimi?

Müaviyənin pis əməl və zalımlaralərini görüb susan və dünyavi mənfəətləri üçün qarnını doydurmaq və məqam sahibi olmaq üçün o mə᾽lunun məclisində oturaraq ona yardımçı olan mərdud (rədd edilmiş) deyildirmi?!

Hakimi Nişapuri «Müstədrək»in ΙΙΙ cildinin 124-cü səhifəsində, imam Əhməd bin Hənbəl «Müsnəd»də, Təbərani «Əvsət»də Şafei Fəqihi İbni Məğazili «Mənaqib»də, Müttəqi Hindi «Kənzul-Ummal»ın VΙ cildinin 153-cü səhifəsində, Şeyxul-İslam Himvini «Fəraid»də, İbni Hacəri Məkki «Səvaiq»in 74 və 75-ci səhifələrində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddət»də, Cəlalətdin Siyuti «Tarixul-Xüləfa»nın 116-cı səhifəsində, imam Əbu ƏbdürrəHman Nəsai «Həsaisul-Ələviyyə»də və daha başqa böyük alimləriniz Əbu Hüreyrənin özündən Rəsulallahın (s) belə buyurduğunu nəql edirlər: «Əli Qur᾽anla və Qur᾽an da Əli ilədir. Bunlar hovuzun başında, mənə qovuşacağına qədər əsla bir-birlərindən ayrılmazlar. Əli məndəndir, mən də Əlidənəm. Kim onun haqqında pis söz söylərsə, şübHəsiz mənə aid olur və kim mənim haqqımda demişsə, şübHəsiz Allaha aid edilmişdir».

Bununla birlikdə, Müaviyə açıq aşkar hatta minbər və cümə namazlarında həzrət Əliyə, həzrət həsənə və həzrət Hüseynə lə᾽nət oxunmasını, görüb, seyir edib susan, bütün bunlalara e´tiraz etməyib əksinə, Müaviyə və başna yığışan lə᾽nət olunmuşlarla oturub duran və onların etdiyinə sevinən bir şəxs mərdud deyil, bəs nədir?!

Onları müşayət etməklə ara-bir, hədis uyduraraq onlara yardımçı olan və xalqı həzrət Əlinin əleyhinə qaldıran və o həzrətə lə᾽nət etməyə təşviq edən bir şəxs mərdud deyildirmi?!».



Şeyx: «Pak səhabənin hədis uyduraraq, xalqı Əliyə (ə) lə᾽nət etməyə və pis söz söyləməyə təşviq etməsi iftiralarını qəbul etməmiz mümkündürmü? Bu növ iftiralar şiələrin iftiralarından deyildirmi?!».

vətçi: «Pak səhabələrin belə bir şeyi etmələri təbii ki, qəbul ediləsi deyil. Amma əgər səhabələrdən biri belə bir iş tutmuşsa, bu qətiyyətlə onun pak olmadığını göstərir və o münafiq, mərdud və mə᾽lundur.

Allaha və Peyğəmbərə səbb edən (pis söz söyləyən) əminliklə mərdud, mə᾽lun və cəhənnəmlikdir. şiə alimlərinin ittifaq etdiyi, sizin böyük alimlərinizin də nəql etdiyi bir çox hədisdə Rəsuli-əkrəm (s) belə buyurur: «Kim Əliyə səbb edərsə, mənə və mənim Allahıma səbb etmişdir».

Belə iftiralar şiələrin uydurmalarıdır sözünə gəlincə; yanıldığınızı istərəm söyləyəyim. Bizi, bə`zi alimləriniz kimi təsəvvür etməyin. Çünki sizin elə alimləriniz var ki, hədəflərinə yetişmək üçün şiələrə iftira atır, yalandan bə᾽zi nisbətlər uydurur, həqiqətlərdən xəbəri olmayan insanları (avam xalqı) yoldan çıxarırlar. Qiyamətdən və Allahın məhkəməsindən də qorxmurlar».

Şeyx: «Siz, əgər Rəsulallahın (s) uca səhabələrinə hədis uydurmaqda itihamlandırırsızsa, xüsusi olaraq İslamın iftixarları olan əhli-sünnət və᾿l camaatın alimlərini də pisləyəcəksiniz təbiidir. Əslində siz şiələrin ən böyük hünəri, böyükləri pisləmək, onlara iftira atmaq və onlara söyməkdir».

vətçi: «Bu növ sözləri bizə nisbət verməklə haqqsızlıq edirsiniz. 1400 ildir (şiə və sünnilərin yazdıqları) tarix kitabları, sizin söylədiklərinizin əksinə şəhadət verirlər.

ŞİƏLƏRİN MÜXALİFLƏRİN QARŞISINDAKI MƏZLUMİYYƏTİ


İslamın başlancığından və Əməvilərin meydana çıxmasından bu günə qədər davamlı olaraq pak Əhli-beytin mə᾽sum İmamlarına və məzlum şiələrinə lə᾽nət etmək, söymək və iftira atmaq, müsəlmanların siyasi oyunbazlarının (sünni adına yə᾽ni əməvi sünnət və´l-camaatın tə᾽qibçilərinin) etdiyi şeylərdir. Həqiqətlərdən xəbəri olmayanları aldatmaq, təfriqə salmaq və müsəlmanların arasına ixtilaf törətmək üçün, tanınmış alimləriniz mö`təbər kitablarında məzlum şiələrə yüzlərlə iftira atmış və ağ yalanlar uydurmuşlar. Şiələrə rafizi, kafir, müşrik və azğın demiş və onları söyüb lə᾽nətləmişlər; onların rəhbərlərini də, hər şeydən xəbərsiz pak qəlbli sünni qardaşlərın gözündən salmış və nifrət etdirmişlər».

Şeyx: «Hansı sünni alim kitabında şiələrə iftira atıb onlar haqqında yalan söyləmişdir? Bunu isbat edə bilmədiyiniz təqdirdə məHkum olurusunuz. Bizim alimlərimiz nə yazıb söyləmişlərsə, həqiqəti söyləmişlər. Şiələr fasid inanc və əməllərini bir kənara qoysalar, bu cür işlər baş verməz».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin