Pisever-geceleri


«MƏNZİLƏT» KƏLMƏSİ ÜMUMİYYƏTİ İFADƏ EDİR



Yüklə 5,47 Mb.
səhifə48/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

«MƏNZİLƏT» KƏLMƏSİ ÜMUMİYYƏTİ İFADƏ EDİR


vətçi: «Bu sözü sizdən başqası söyləsəydi təəccüb etməzdim. Amma sizin kimi bir alimin belə danışması həqiqətən çox təəccüblüdür. Çünki siz ərəb ədəbiyyatını və onun qanunlarını bilirsiniz. Nə üçün belə danışrsınız anlamıram. Ərəb dililnin qanunlarına görə istisna və özündən istisna olunmuş kəlmə (müstəsna minhu)-nın, Hər yerdə ümumiliyi ifadə etdiyini çox yaxşı bilirsiniz. Bu hədisi-şərifdə mənzilət kəlməsinin xüsusilə aləmə (məxsus ada) izafə olması, qətiyyətlə ümumiyəti əlamətləndirir.

Ayrıca, üsul elminin alimləri, ismi cinsi izafinin, xüsusilə də əlif və lam ilə olarsa, umumiyəti ifadə etdiyini söyləyirlər.

Hədisdə də «mənzilət» kəlməsinin ismi-cinsi-izafi olması ümumiyyəti bildirilir.

Hər nə qədər bə᾽zi alimlər bunun əksini söyləmişlərsə də, üsul elminin böyük alimləri bizim qəbul etdiyimiz nəzəri, yə᾽ni bir kəlmə mərifəyə (tanınmış, bəlli, bilinənə) izafə olduğu zaman ümumi ifadə edər nəzərini mənimsəmişlər. Burada mərifənin aləmə (məxsus ada) və ya zamirə izafə olması arasında Hər hansı bir fərq yoxdur. İstisnanın varlığı, ümuma dəlalət etmənin şərti deyildir. Əksinə istisnanın səhih olması ümum üçün yetərlidir.

Buna görə «Sənin mənə olan mənzilətin, Harunun Musaya olan mənziləti kimidir; amma məndən sonra nəbi yoxdur» hədisi ümuma dəlalət etməkdədir. «Məndən sonra nəbi yoxdur» cümləsi mə᾽naya Həml edilmiş (yüklənmiş)-dir. O mə᾽na da «nübuvvət»dir. Mə᾽naya həml etmə qanunu məşhur bir qanun olub, çox istifadə edilməkdədir. Fəsih və bəlağətli kəslərin şe᾽r və yazılarında bu qanun çox istifadə olunmuşdur».

Hafiz: «Bir az daha diqqət etsəniz «Məndən sonra nəbi yoxdur» cümləsinin cümləyi xəbəriyyə olduğunu görəcəyinizi zənn edirəm. Onu Harunun mənazilindən istisna edə bilməzsiniz. Ayrıca nə üçün sərHəddən çıxıb mə᾽naya həml edirsiniz və nə üçün nübuvvət kəlməsini həzf edirsiniz?».

vətçi: «Münaqişəyə yol verirsiniz! Sizin kimi şərif birinin münaqişə yoluna keçməsi yaxşı qəbul edilmir doğrusu. Əgər əvvəlki cümlələrin üzərində bir az düşünsəniz, cümleyi-xəbəriyyənin cavabının orada verildiyini görəcəksiniz.

Nə üçün mə᾽naya həml etdiniz və nə üçün zahiri kəlməylə həqiqəti açıqlamadınız? sözünüzə gəlincə bunun cavabını siz daha yaxşı bilirsiniz, amma özünüzü bilməməzliyə vurursuz. Görəsən, bəyan elminin alimləri, cümləni gözəlləşdirmək üçün bə`zi kəlmələri həzf etdiklərini (cümlədə istifadə etmədiklərini) bilmirsiniz? Qur᾽ani-kərimin ayələrində, fəsahət və bəlağətli kəslərin sözlərində bunun bir çox məsələnə rastlaşmışıq.

Ayrıca, əgər hədislərdə «nübuvvət» kəlməsi olmasaydı, belə bir sual soruşa bilərdiniz. Halbuki Peyğəmbəri-əkrəm (s) bu məqamın həzrət Əlinin (ə) olduğunu isbatlamaq üçün bir neçə dəfə «nübuvvət» kəlməsini açıqca istifadə edmiş, onu cümlədə gətirmişdir. Rəsulallah (s) bə᾽zən nübuvvət kəlməsini gətirməyərək (innəhu la nəbiyyə bə᾽di), bə᾽zən də onu gətirərək (illən nübuvvətə) həqiqəti isbat etmişlər. Bu da cümləyə ayrı bir gözəllik gətirmişdir.

Əhli-sünnətin böyük alimləri, Həm nübuvvət kəlməsinin olduğu, Həm də olmadığı bir çox hədis nəql etmişlər. Onların bə`zilərini aşağıda qeyd edirəm:

Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talibin»in 70-ci babında, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»in VΙ babında, İbni Əsir «Tarixi İbni Əsir»də, Aişə binti Sə᾽ddən, o da atasından, o da Rəsulallahdan (s) Sibt bin Cəvzi «Təzkirə»nin 12-ci səhifəsində Müsnədi Əhməd, Müslim və daha başqalarından imam Əhməd bin Hənbəl «Mənaqib»də, Əbu ƏbdürrəHman Əhməd bin Şüəybi Nəsai («Səhihi-Sittə»nin müəlliflərindən biri) «Həsaisul Ələviyyə»də öz sənədini əsaslandıraraq Sə᾽d bin Əbi Vəqqasdan və Aişədən, o da babasından, Xətib Xarəzmi «Mənaqib»da Cabir bin Əbdullah Ənsaridən belə nəql edirlər: «Rəsulallah (s) həzrət Əliyə belə buyurdu: «Əma tərza ən təkunə minni bimənziləti harunə min Musa» (Görəsən, mənə nisbətdə, nübuvvətdən xaric, Harunun Musaya olan mənziləti kimi olmaya razı deyilmisən?)

Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 6-cı məvəddəsində Ənəs bin Malikdən nəql etdiyi hədisin sonunda (dünən axşam bu hədisin tamamını bildirmişdim) Rəsulallah (s) belə buyurur: «Əgər məndən sonra nəbi (Peyğəmbər) olsaydı, mütləq Əli peyğəmbər olardı. Amma məndən sonra nübuvvət (Peyğəmbərlik) yoxdur».

Bu qədər dəlilin yetərli olacağını düşünürəm. Ağalar kimsəni çaşdırmağa cəhd etməsinlər. Bilsinlər ki, müstəsna (istisna edilən) nübuvvətin olmaması deyil, nübuvvətdir. Bu hədis bunu anlatmaq istəyir: həzrət Musa Kəlimullah (ə), ümmətindən 40 gün ayrıldıqda, onları öz başlarına buraxmadı. Bəni-İsrailin ən fəzilətlisi olan həzrət Harunu öz yerinə xəlifə və vəsi olaraq seçib getdi. Bu vəsiləylə, nübuvvətə hər hansı bir zərərin gəlməsinin qarşısını almaq istəyirdi. Vəziyyət belə olduğu halda şəriəti kamil, qanunları da qiyamətə qədər olan Xatəmül-ənbiyanın (s) cahil insanları öz başlarına buraxmaması və müqəddəs şəriəti istədiklərinə uyacaq, rə᾽y və qiyasa görə əməl edəcək və şəriəti bölüb-parçalayaraq Hənif və saf ümməti 73 firqəyə böləcək insanların ixtiyarına buraxmaması daha uyğundur. Onun üçün hədisi-şərif «Əlinin mənə nisbət olan mənziləti (məqamı), Harunun Musaya olan mənziləti (məqamı) kimidir» -deyə buyurur. Yə᾽ni bu hədis, həzrət Əlinin (ə) həzrət Harunun (ə) sahib olduğu bütün məqamlara sahib olduğunu isbat edir. Həzrət Əlinin (ə) bütün səhabə və ümmətdən daha üstün olduğunu əsaslandıran dəlillərdən biri də Onun xəlifə tə᾽yin edilməsidir. Yə᾽ni həzrət Harun (ə), həzrət Musanın (ə) yerində nəcə Onun xəlifəsi idisə, həzrət Əli (ə) da həzrət Peyğəmbəri (s)n yerində Onun xəlifəsidir».

Hafiz: «Bu hədisin əzəməti haqqında söylədikləriniz, təbi ki, təsəvvür edilənin daha üstündədir. Amma belə sanıram ki, bir az dərindən düşünsəniz, hədisdə umumiyətin olmadığını görəcəksiniz. Çünki bu sadəcə Təbuq döyüşünə məxsusdur. Rəsulallah (s) sadəcə qısa bir müddət üçün həzrət Əlini (k.v.), xəlifə olaraq seçmişdir».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin