Konsistensiyası-xarici baxış və üst səthinə şpadel vasitəsilə yüngülcə basmaqla təyin edilir. Bundan başqa dənəli kürü, bankanı ehtiyatla kənara əyməklə də yoxlanılır. Kürünün bankanın divarlarından ayrılması müşahidə edilir. Əgər boçkada olarsa osetrina, losos və qarışıq kürü boçkadan kürək vasitəsilə qaldırmaqla, qarışıq kürü isə dadına görə təyin edilir.
İyi – osetrina kürüsü, boçka kürüsü, losos və qarışıq kürüləri dərin qatlardan şpatel, kürək və ya çəngəl vasitəsilə qaldırmaqla yoxlanılır. Preslənmiş qarışıq kürülərin iyi biz vasitəsilə dərin qatlardan yoxlanılır. Başqa kürü növlərinin iyi adi qaydada nümunə götürməklə təyin edilir.
Dadı – İyin təyin edilməsi ilə eyni vaxtda yoxlamaqla aparılır.
Yaxşı Keyfiyyətli Kürü Meyarları:
Kürü, nərə balığı və ya Acipenseridae ailəsinin duzla müalicəvi balıq yumurtalarından ibarət ləzzətdir.
Keyfiyyətli dad Kürü həmişə yüngülcə duzlanır və ya rus dilində "Malossol" adlanan bir proseslə işlənir.
Balıq yumurtaları və ya muncuqları açıq şəkildə ayrı və ya muncuq və parlaq görünüşlü olmalıdır.
Kürü yeyərkən, cüyür yuvarlanaraq ağızda kərə yağı buraxmalı, ağızda əriyən ləzzət dildə artmalıdır.
Keyfiyyətli kürünün dadı inanılmaz dərəcədə balıq aromasına qarşı okeanın incə mahiyyətini oyadır.
3) Kimyəvi ekspertiza üsulları. Kürü əvvəlcədən bircinsli kütlə alınana qədər əzilir. Dənəli osetrina kürüsü, qarışıq kürü, losos kürüsü həvəngdə əzilir. Pasta şəkilli kürünün nümunəsi onun müxtəlif yerlərindən götürülür.
Kürünün tərkibindəki rütubət onun 100-1050 S temperaturda qızdırılmağı ilə aparılır. (balıqda olduğu kimi). Kürü nümunəsi 2-2,5 qr götürülür və 5-10 qr təzə qızdırılmış kvars qumu ilə qarışdırılır. Preslənmiş kürü nümunəsi 3-4 qr olmalıdır. Preslənmiş osetrina kürüsünün rütubətliyi 40%-dən, qablarda olan kürünün rütubətliyi isə 58%-dən çox olmamalıdır.
Bu üsul da balıqda duzu təyin etmək üsulu kimidir. Dənəli banka kürüsü və preslənmiş kürü nümunəsi 3qr-dan 5qr-a qədər olur. Xörək duzunun kürüdə miqdarı olmalıdır: Osetrina balığında 3,5-10%, losos kürüsündə 4-8%, qarışıq balıq kürülərində 14-16%, preslənmiş kürüdə 6- 14%-dən çox olmamalıdır.
Kömürləşmiş kürünün üzərinə isti su əlavə edilir və filtrlənir. Filtr çöküntü ilə birlikdə tiqldə külə çevrilir. Alınan külə 10%-li xlorid turşusu əlavə edilir, tiql 30 dəq qaynayan su hamamına yerləşdirilir. Bundan sonra tiqlin içərisindəki filtrdən keçirilir. Filtrlərdə olan çöküntü bir neçə dəfə isti su ilə yaxalanır. (O vaxta qədər ki, filtratda xlor azotturşulu gümüş ilə mənfi reaksiya verməsin). Filtr çöküntü ilə birlikdə əvvəlcədən çəkilmiş tiqlə keçirilir, orada yandırılır və qızdırılır. Eksikatorda soyuduqdan sonra tiql içərisindəki ilə birlikdə çəkilir.
Bunun da səbəbi, xüsusən balıq məhsulları analiz edildikdə, zülali maddələrin gümüş birləşmələri tərəfindən adsorbsiya edilməsidir. Belə hallarda su ekstraktını Folqard üsulu ilə və ya civə-azot üsulu ilə titrləmək olar. Bu üsullar daha yaxşı nəticə verir.