Özünü ələ ala bilmək əsasən insanın iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırmasında ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin situasiyada insan dözümlülüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik- önəmli iradi keyfiyyətlərdən biri olub, şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır. Məsuliyyətin əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə bağlı olması, sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi kimi qəbul edilir.
İntizamlılıq- insanın qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İnsanın fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, etalonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bildirir. İntizamlılıq- şəxsiyyətin işgüzarlılığı və sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi qiymətdir.
İşgüzarlıq- önəmli iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-biri ilə sıx birlik təşkil edir. Tənbəllik- işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik- insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. Müstəqil insan məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdlri. Müstəqilliyin əksini təqlidçilik, və təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılmaq, təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında danıdıqda, elə ilk növbədə səbrli lmaq başa düşülür. Səbrli olmaq- iradi güc, təkidlilik, özuzu ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.
Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir (yunanca: abulia-qətiyyətsizlik).
Zəif iradəlilik- məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndirmək faydalıdır.
Dostları ilə paylaş: |