Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Temperament latın dilində olub “qarışıq, mütənasiblik”



Yüklə 0,86 Mb.
səhifə77/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   73   74   75   76   77   78   79   80   ...   95
Temperament latın dilində olub “qarışıq, mütənasiblik” deməkdir. temperament haqqında təlimin yaradıcısı qədim yunan həkimi Hippokrat (e.ə. təxminən 460-377-ci illər) olmuşdur. O, göstərirdi ki, insanlar 4 əsas “orqanizm şirəsi”nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, “orqanizm şirələrinin” nisbəti yunanca “krasis” sözü ilə ifadə olunurdu ki, sonralar həmin söz yunanca “temperamentum” – “mütənasiblik” sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy Qalen (təxminən 130-200-cü illər) məşhur traktatı “De temperamentum” kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.

Onun təliminə əsasən temperamentin tipi orqnizmdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir: sanqvnik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xoleriik (yunanca chole-öd), melanxolik (yunanca melian chole- qara öd).



2. Temperament haqqında təlimlər tarixindən. Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyəsinir sistemi nəzəriyyəsi.

Temperament haqqında hunoral nəzəriyyənin banisi Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrə qədər gəlib çıxmışdır. Hippokratın nəzəriyyəsi temperamentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır. Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxanabənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbilik və qıcıqlanması ilə şərtlənir.

Temperament haqqında somatik nəzəriyyədə bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur “Bədən quruluşu və xarakter” əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşuna malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir. E.Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bunun da əsasında 3 tqmperament tipini müəyyənləşdirir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin