Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanılması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir



Yüklə 0,86 Mb.
səhifə47/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   43   44   45   46   47   48   49   50   ...   95
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanılması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.

Hələ də informasiyaların beyində necə kodlaşdırılması, deyək ki, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır. Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur. Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə baxmayaraq, hafizə pozulmur. Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq var. Bu kütlənin təsiri qanunu adlanr. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Hafizə mərkəzinin və ya məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz “qippokamp” adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki tərəfli götürülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər.

2. Hafizə prosesləri. Hafizənin yaddasaxlma, yadasalma, taıma unutma kimi prosesləri vardır. Yaddasaxlama duyub qavradıqlarımızın beyində qorunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir. Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqimexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləriylə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya önəm vermədən yaddasaxlamadır. Adətən bilik və məlumatı mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hıssələrini ayrılıqda yada sala bilmir. Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən, və şəxsiyyətin növündən asılıdır.

Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyariixtiyari növləri vardır. Qeyri- ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub qavradığımızın yadda saxlanmasıdir. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri-ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün önəmli şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı qruplaşdırmaq, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. gərəklidir.



Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətliuzunmüddətli növləri də vardır. Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür. Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yadda saxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin