Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


Şəkil 5. Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası



Yüklə 0,86 Mb.
səhifə55/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   51   52   53   54   55   56   57   58   ...   95
Şəkil 5. Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası
Təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək onu dəyişdirir. Təfəkkür insanın əmək fəaliyyətindən yaranmışdır və məqsədə çatmaq yolunda, uğur qazanmaqda qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır.Təfəkkür insanın oyun, təlim, əmək fəaliyyətində və inkişafında, kamilləşməsində önəmli rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür təşkil edir. Məsələn, müəllimin peşəkarlığı alınan biliklərin kəmiyyəti ilə deyil, biliklərin pedaqoji situasiyalarda tətbiqinə və təhlilinə yönəlib.

Təfəkkür real dünyanın əşya və hadisəllərinin ümumiləşmiş əksidir. Təfəkkür əlaməti real aləmin vasitəli əksidir. Təfəkkürün xarakterik xüsusiyyətlərindən biri də onun nitqlə əlaqədə olmasıdır. İnsan daima sözlər əsasında fikirləşir. Həm nitqin, həm də təfəkkürün əsasını ikinci siqnal sistemi təşkil edir.

Təfəkkürün önəmli xarakterik xüsusiyyətlərindən biri də geniş əhatəyə malik olmasıdır. Duyğu qavayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir.

3. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda adətən fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əksilik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir. O həmişə nəyinsə həllinə istiqamətlənib.

Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Düşünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır, müqayisə edir və prosesləri istiqamətləndirir. Beləliklə yoxlama, tənqid, nəzarət təfəkkürü şüurlu proses kimi xarakterizə eidr. Fikrin bu şüurluluğu onun xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.

Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada anlayışlarda tamamlanır. Real fikri proseslərdə anlayışlar prosesi ayrıca ifadə olunmur, anlayışlar əyani təsəvvürlər və sözlərlə qarışaraq vahid, anlayışın forması olmaqla eşitmə və görmə obrazları ilə birlikdə fəaliyyətidə olur (icra olunur).

Əyani elementlər fikri proseslərə daxildir:

1) cisimlər və əlamətlər haqqında təsəvvür obrazları.

2) sxemlər şəklində.

3) anlayışlar təfəkkürünü ifadə edən sözlər şəklində.

İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obrazlarla fikirləşir. Real fikri proseslər adətən söz, obraz formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır. Obraz predmetin obrazı kimi semantik məzmuna malikdir. İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz predmeti mənalandırır. Obrazlı, əyani nə isə qavranılırsa, predmet dərk edilir və onun vasitəsi ilə qavranılır.

Konkret əyani obraz, sxem, söz təfəkkürdə önəmli rol oynayır. İnsan heç də həmişə genişləndirilmiş sözlü formalarla fikirləşmir, fikri bəzən sözü qabaqlayır. Nitq sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda təfəkkürün silahıdır.

Fikri proseslər problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və hansısa problemin həllinə istiqamətlənir. Təfəkkür qarşısında duran məsələ həlli üçün, idrak prosesləri çoxlu əməliyyatlardan istifadə edir. Bu əməliyyatlara təhlil, tərkib, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirmə aid edilir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin