6. Təfəkkürün fərdi xüsusiyyətləri ƏDƏBİYYAT 1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982 2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006 3.Məhərrəmov M. C. Psixologiya B.1968 4.Əliyev R. Psixologiya ,B.2006
1.Şüur və təfəkkür. Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Bu səviyyədə obyektiv reallığın cisim və hadisələri arasındakı mühüm əlaqə və münasibətlər əks olunur.Təfəkkür sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictiami- tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir. Təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar , proseslər, fəndlər və s. cəmiyyətin tarixi inkişafında , ictimai – tarixi təcrübədə təşəkkül edir. Odur ki, təfəkkür ali idrak prosesi kimi hadisənin gələcək mənzərəsini verə bilir. Təfəkkür sayəsində insanın fikri prosesi bu gündən gələcəyə və ya əksinə, gələcəkdən bu günə istiqamətində cərəyan edə bilər.