Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3



Yüklə 0,86 Mb.
səhifə78/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   74   75   76   77   78   79   80   81   ...   95
Şizotimik- astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.

İksatimik- atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli, həsas olmayan, çox vaxt xırda adamdır.

Piknik bədən quruluşuna siklotimik də malikdir. Onun emosiyaları sevinc və kədər arasında sıçrayır, adamlarlar asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.

Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayılmışdır

ABŞ-da XX əsrin 40- cı illərində U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə üç tipi müəyyən etmişdir: 1. endomorf; 2. mezomorf; 3. ektomorf.

Temperament haqqında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir istemi nəzəriyyəsidir. İ.P.Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur.



3. Temperamentin tipləri. Müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvnik, xolerik, fleqmatik, melanxolik.

Sanqvinik. Bu cür insanlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlar xarici təsirlərə tez uyğunlaşırlar. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər.

Xolerik. Xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Müvazinətsiz olurlar.

Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna önəm vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq mümükün olmur. Yeni insanalra çətin alışırlar.

Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Həddindən artıq təkliyə qapılırlar. Onlar tez ruhdan düşür, bəzən gücü çatan işi belə axıra qədər yerinə yetirmirlər. Onlarda içə qapanıqlıq yüksək olur.

Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan insan tapmaq çətindir. Hər bir insanda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə insanı həmin tipə aid edirlər.

Bütün bunlarla yanaşa olaraq temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır.

4. Temperamentin fizioloji əsasları. Temperamentin fizioloji əsasları haqqında İ.P.Pavlov təlim yarada bilmişdir. O, belə qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkl edir. Sinir sisteminin bu tipləri anadangəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.

İtlər üzərində apardığı uzunmüddətli araşdırmalar əsasında İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdir. O, oyanma və ləngimənin qüvvəsi xassəsinə görə itləri qüvvətli və zəif olmaqla iki yerə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dəəcəsinə görə qüvvətli xassəsəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkara çıxarılmışdır: 1. zəif; 2. hövsələsiz; 3. diribaş ( cəld); 4. sakit.

İ.P.Pavlov belə bir qənaətəgəlmişdir ki, qüvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz (coşğun sinir sistemi tipi xolerik temperament tipini; qüvvətli, müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvnik temperament tipinin; qüvvətli, müvazinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipinin fizioloji əsasını təşkil edir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin