Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə19/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
psixologiya imtahan

Ontogenez (yunanca ontos – həqiqi, əsas, genesis – mənşə deməkdir) fərdin inkişafı prosesidir. Onu iki mərhələyə bölürlər. Birinci mərhələ rüşeymin əmələ gəldiyi andan uşağın doğulduğu ana qədərki dövrü əhatə edir və prenetal ontogenetikinkişaf adlanır. İkinci mərhələ isə uşağın doğulduğu andan insan ömrünün son anına qədərki dövrü əhatə edir və postnetal ontogenetik inkişaf adlanır. İnsanın ontogenetik inkişafını təhlil etsək, onların bir-birini ardıcıl surətdə əvəz edən beş mərhələdən ibarət olduğunu görərik. Bu mərhələlər aşağıdakılardır: bətin inkişafı, uşaqlıq, gənclik, yaşlılıq və qocalıq mərhələləri.Onların hər birinin öznəməxsus yaş xüsusiyyətləri vardır. İnsan ontogenetik inkişafın ümumi qanunauyğunluqlarına tabedir. Lakin bununla belə, o, şəxsiyyətin sosial tarixi ilə şərtlənir. İnsanın yaş xüsusiyyətləri sahəsində özünü göstərən ən başlıca variasiyalar onun bir şəxsiyyət kimi inkişafı ilə bilavasitə bağlıdır. Yaş xüsusiyyətlərinin öyrənilməsi yaş psixologiyasının başlıca vəzifəsini təşkil edir.

Yaş psixologiyasında insanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri qarşılıqlı əlaqədə təhlil olunur. Hər bir yaş dövründə ayrı-ayrı psixi proseslərin (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür və s.) inkişaf xüsusiyyətləri ilə yanaşı uşaq və yeniyetmə, gənclər və s. üçün bir şəxsiyyət kimi səciyyəvi olan xüsusiyyətlər aydınlaşdırılır. Sosial aktivlik insanın orqanizmində qabaqcadan bioloji cəhətdən proqramlaşdırılır. Bu cəhəti nəzərə alaraq insanın şəxsiyyət kimi inkişaf mərhələlərini xarakterizə etmək üçün həyat yolu terminindən daha çox istifadə edirlər.

İnsanın həyat yolu şəxsiyyətin ailədə və ictimai tərbiyənin müxtəlif vasitələrində formalaşması prosesindən başlayır. Onun əsas məzmunu insanın cəmiyyətdəki fəaliyyətinin inkişafı ilə bağlıdır. Həyat yolunun strukturu və onun zaman xarakteristikaları şəxsiyyətin sosial statusu müəyyən cəmiyyətdə, konkret ictimai – tarixi formasiyada funksiyaları və rolları ilə müəyyən olunur. Buna görə də həyat yolunun həm strukturu, həm də əsas momentləri bir nəsildən digər nəslə doğru tarixi inkişafın gedişində dəyişilir. Şəxsiyyətin yaşadığı cəmiyyətin tarixi inkişafı ilə dəyişilir və inkişaf edir, cəmiyyətin maddi həyat şəraiti onun mənəvi aləmini, psixoloji simasını müəyyən edir. Şəxsiyyət ictimai əmək fəaliyyəti prosesində gerçək aləmlə müəyyən münasibətə girir, şüurlu fəaliyyət göstərir, mübarizə aparır, xarici aləmi məqsədəuyğun surətdə dəyişilir və bu zaman özü də dəyişir, inkişaf edir.

Deməli şəxsiyyət, onun psixi proses və xassələri, sözün geniş mənasında, fəaliyyət prosesində bütün həyat müddətində vəhdət, qarşılıqlı təsir və asılılıq halında təşəkkül tapır və dəyişir. Şəxsiyyətin hərtərəfli inkişafı yaşadığı cəmiyyətin obyektiv şəraiti ilə bağlıdır. Şəxsiyyətin həyat yolunu öyrənmək baxımından müasir psixologiyada bioqrafik (tərcümeyi-hal) metodlara böyük əhəmiyyət verilir. Həmin metodların spesifik xüsusiyyəti bundan ibarətdir ki, eksperimental – psixologiya tədqiqatdan fərqli olaraq, onlar şəxsiyyətin bilavasitə həyat yolunu izləmək imkanı verir.

İnsan şəxsiyyət kimi doğulur. İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən, istehsal münasibətlərindən asılı olur. İnsan ancaq sosiallaşma prosesində, yəni ünsiyyət prosesində, başqa insanlarla qarşılıqlı əlaqədə şəxsiyyət olur. İnsanın mənəvi, sosial, psixi inkişafı cəmiyyətdən kənarda baş verə bilməz. İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması 3 başlıca amilin: irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsiri ilə həyata keçirilir. Şəxsiyyətin inkişafına kompleks yanaşmaq şəxsiyyətin düzgün tərbiyəsi üçün əsas şərt hesab edilir.

Beləliklə, şəxsiyyət müasir pedaqogika və psixologiya elmində biogenetik, sosiogenetik və psixogenetik elementlərin məcmusu hesab edilir. Şəxsiyyət insan varlığının bir sıra keyfiyyət və vəziyyətinin təzahür formasıdır. İnsan ümumi anlayışdır. O, bioloji növün bir kateqoriyasıdır. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və iştirak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir. Tədqiqatçıların əksəriyyəti hesab edir ki, həyatı boyu formalaşan özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hisləri, ictimai münasibət və ünsiyyəti olan insan şəxsiyyət adlanır.



  1. Şəxsiyyətin psixoloji baxımdan müxtəlif xüsusiyyətləri.

Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəffəkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərindən biri olmuş və müasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.

İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil, şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. İnsanları gözlərinin rənginə, səslərinin tembrinə və ya digər biofizika xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir. Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.

1.İnsan şəxsiyyəti maddi və toxunula bilən, hiss edilən deyildir. O, bir sıra amillərin,

şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.

2.İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

3.İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə vı konsepsiya mövcuddur ki, bunların bir çoxunun “şəxsiyyət” anlayışını şərh etməsi ziddiyyətlidir.

4.Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yanlız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiya və insan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun.

Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır.



  1. Şəxsiyyətin ictimailəşməsi (sosiallaşması) və fərdiləşməsi prosesi.

Fərqli insanlarla əhatə olunan bir insanın doğulduğu gündən etibarən, bu ictimai qarşılıqlı bir hissənin olduğunu iddia edə bilərsiniz. Həyat boyu müxtəlif təcrübələr əldə edir, özünü cəmiyyətdə həyatına uyğunlaşdırır, nəticədə fərdlərin sosiallaşması baş verir. Bir-birindən fərqlənən bir neçə növü vardır.

Şəxsiyyətin ictimailəşməsi nədir? Bu müddət insanın sosial təcrübəsini özünə aid olan cəmiyyətdən asimilasiya prosesi və sosial əlaqələrin sayını artırmaq və artırmaq kimi başa düşülür. Həyat boyu insanlar yalnız sosial təcrübəni qəbul etmir, həm də öz konsepsiyaları və dəyərlərinə uyğunlaşdırırlar. Fərdin sosiallaşdırılması, bir çox komponentdən ibarət olan bir təcrübədir, məsələn, sosial mühitin normaları və dəyərləri, müxtəlif fəaliyyət növlərinin əmək mədəniyyəti burada daxil edilir.

Şəxsiyyətin sosiallaşması - psixologiya

Bir insanın cəmiyyətə aid olması, yəni onu əhatə edən insanlarla tanış olmaq lazımdır. Psixologiyada şəxsiyyətin sosiallaşdırılması cəmiyyətin tələblərini yerinə yetirmək nəticəsində baş verir və bu, müxtəlif hallarda öz davranış xəttini inkişaf etdirməyi zəruri edir və bu şəxsin anlayışlarına və xarakterinə əsaslanır. Sosial-psixoloji tipin formalaşması cəmiyyətlə təmasda və mikro və makroiqtisadi təsiri, eləcə də mədəniyyət və fərqli dəyərlərdən meydana gəlir. Şəxsiyyətin sosiallaşması iki tərəfli bir prosesdir ki, bu şəxs yalnız müəyyən şərtlər və normalara uyğunlaşmaqla yanaşı öz dəyərlərini formalaşdırır. İnsanlar qrupun bir hissəsi olmaq üçün meyl edirlər və "biz" nədir və təklikdən xilas olurlar. Başqaları ilə qarşılıqlı etmə, özünə inam və qüvvələrin sosial həyatın təsirinə səbəb olur.

Şəxsiyyətin ictimailəşməsinə nə kömək edir?

Bir insana dəyərləri, konsepsiyaları və dünyaya olan münasibətlərini təşkil edən bir sıra amillər təsir edir.

1. Sosial adaptasiya prosesi erkən uşaqlıq dövrü ilə başlayır, valideynlər həm fiziki, həm də zehni bacarıqlarını aşılayırlar.

2. Təlim uşaq bağçasından universitetə aparılır. Nəticədə, dünya, cəmiyyət və sair səbəblərdən fərqli biliklər yığılır.

3. Bireyin ictimailəşməsində özünü idarə etmək çox vacibdir, çünki şəxs müxtəlif hallarda düzgün reaksiya vermək üçün keyfiyyətlərə malik olmalıdır. Daxili və xarici dünya arasındakı fərqləri daha yaxşı başa düşməyə kömək edən bir insanın psixoloji mühafizəsi əhəmiyyətlidir.

Cəmiyyətdə şəxsiyyət formalaşması prosesi bir neçə mərhələdə baş verir:

1. Uşaqlıq. Bu dövrdə şəxsiyyətin təxminən 70% -ə yaxın olduğunu sübut edir. Alimlər müəyyən edirlər ki, yeddi ilədək uşağın "Mənim" mənasını daha yaxşı bilir.

2. Ergenlik. Bu dövrdə ən fizioloji dəyişikliklər baş verir. 13 yaşından bəri uşaqların əksəriyyəti mümkün qədər çox vəzifə almağa çalışmışlar.

3. Erkən həyat. İnsanın sosiallaşma mərhələsini izah edərək, bu mərhələdə ən sıx və təhlükəli olduğunu və 16 yaşından başlayaraq qeyd etmək lazımdır. Bu dövrdə insan mühüm qərarları, hansı istiqamətdə hərəkət etməyi, hansı cəmiyyətin olmasını və s.

4. Yetkin həyat. 18 yaşından etibarən çoxu iş və şəxsi həyat istiqamətində çalışan əsas instinktlərə sahibdir. Bir şəxs əmək və cinsi təcrübəyə, dostluq və digər sahələrə görə özünü tanıyır.



  1. Fəaliyyət haqqında anlayış.

Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun özünə və başqalarına fəal münasibətini əks etdirən onun tələbatlarını ödəməyə yönəldilmiş prosesdor. Fəaliyyət sistemdir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özünəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının əsasında tələbatlra durur, onun (fəallığın) mənbəyini təşkil edir. Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata keçirməyə təhrik edir. Özünün ilkin bioloji formasından tələbatlar orqanizmin ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan tələbatlar insanı konkret həyat şəraitindən asılılığını ifadə edən və onun bu şəraitdə fəallığını şərtləndirən özünəməxsus psixi halətdir.

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu diqqəti cəlb edir. İnsanın hər cürə fəaliyyəti eyni quruluşda, eyni sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət növlərindən eyni ümumi struktur kompanentlər özünü göstərir. İnsanın istər maddi, istərsədə mənəvi fəaliyyətinin quruluşunu təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşağıdakı əsas elementləri, kompanentləri aşkara çıxarmaq mümkün olur: fəaliyyətinin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin vasitələri.Motivlər insanı hər hansı bir fəaliyyətə təhrik edən,yönəldən səbəblərdir. Məqsədə gəldikdə o, insanın fəaliyyətə zamanı hansı nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daimi fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan fəaliyyəti daimi dərk olunmuş məqsədləri ilə tənzim edilir. Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansi bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv həm də məqsəd rolunu oynaya bilər. Lakin “psixologiya” dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün getməsi isə motivi ola bilər. Fəaliyyətin vasitələrinə gəldikdə o,həmin fəaliyyətin həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət zamamı qarşısına qoyduğu məqsədə hansı yollarla nail olur. Şübhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir. Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin quruluşunda motiv, məqsəd, müvafiq işlər, onların icrası, qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, icra və qiymətləndirilmə. Fəaliyyətin icra mərhələsində insan müvafiq işləri və hərəkətləri həyata keçirir ki, bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini təşkil edir.




Yüklə 102,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin