181
Əgər buğda hektardan 30 sentner dən verdikdə 360 kq zülal yarada bilirsə, noxud o qədər dən
məhsulu ilə 690 kq, soya 1260 kq zülal yarada bilir.
Bir üstünlükdə ondan ibarətdir ki, paxlalı bitkilərin yaratdığı zülal təsərrüfata çox ucuz başa
gəlir. Noxudun 1 tonunda həzm olunan zülal dənli taxıl bitkilərində olduğuna nisbətən 3 dəfə, 1 ton
soya cecəsində olan zülal isə 15-18 dəfə ucuz başa gəlir.
Paxlalılar paxlalı olmayan əksər bitkilər üçün yaxşı sələfdirlər. Paxlalı bitkilər kök və kövşən
qalıqları ilə torpaqda əhəmiyyətli miqdarda azot və başqa faydalı elementlər saxlayırlar.
Paxlalı bitkilər quru ot, yaşıl kütlə və silos məqsədi üçün də becərilir.
Paxlalı bitkilərin dənləri orqanizmə lazım olan amin turşuları ilə də zəngindir. Əvəz
edilməyən lizin, metionin, triptofan soya, lobya, mərcimək, göy noxud və nut dənlərinin tərkibində
daha çox olur. Bunların tərkibində olan zülalların orqanizmdə mənimsənilmə faizi daha yüksək
olur.
Paxlalıları paxla bağlama fazasında (əvvəlində) yaşıl yem üçün yığdıqda köklərin hesabına bir
hektar torpaq sahəsində 40 kq azot ehtiyatı qalır. Qönçələmə-çiçəkləmə fazasında bitkini torpağın
altına çevirməklə şumladıqda hər hektar sahəyə 100-110 kq
(yaşıl gübrə)
azot verilmiş olur.
Dənli-paxlalı bitkilər məhsul vermək üçün onlara lazım olan azot elementinin çox hissəsini
köklərində yaşayan fır bakteriyalarının hesabına havanın sərbəst (bioloji) azotundan alırlar. Az bir
hissəsi torpağın ehtiyat azotunun hesabına ödənir. Digər bitkilərə nisbətən paxlalılar torpağı az
kasıblaşdırırlar. Torpaqda qalan paxlalı bitkilərin qalıqları tez minerallaşır və özündən sonra gələn
bitkilərin qidalanmasına əlverişli şərait yaradırlar.
Dostları ilə paylaş: