Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə325/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   321   322   323   324   325   326   327   328   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə xüsusiyyətləri.
Torpağın əsas becərilməsi sələflərdən və örtük bitkisindən asılıdır. 
Səpinqabağı becərmənin məqsədi, torpaq kapillyarlarının əlaqəsini bərpa etmək və toxumların eyni 
dərinliyə düşməsi üçün torpağın malalanması və diqqətli tapanlanmasından ibarətdir. Yazlıq dənli 
taxıl bitkiləri altına örtük bitkisi ilə eyni vaxtda yaxud dərhal onun səpinindən sonra cərgələrin 
köndələninə çəmən üçyarpağı səpilir. Üçyarpağın səpininin gecikdirilməsi onun kəskin əziyyət 
çəkməsinə səbəb olur. Payızlıq örtük bitkisi yazlıqlara nisbətən tarladan tez yığıldığından səpin 
aparılan ili üçyarpağın yaxşı inkişafı üçün şərait yaranır. Lakin yazlıqlardan fərqli olaraq payızlıqlar 
yüksək dən məhsulu verdikdə üçyarpaq güclü əziyyət çəkir.
Səpin norması bir hektara 3,5-4,0 mln. yaxud 7-8 kq. cücərmə qabiliyyətli toxumdur. 
Bilərəkdən pis aqrotexnikanın tətbiqi və xüsusilə torpağın səpinqabağı keyfiyyətsiz 
becərilməsindən, yaxud örtük bitkisinin düzgün seçilməməsindən asılı olaraq yüksək səpin norması 
tətbiq edilir.
Üçyarpağın xırda toxumları cücərən zaman ləpə yarpaqlarını torpaq səthinə çıxarır. Cücərməsi 
üçün toxumun quru maddəsinin 13-18%-i fizioloji proseslərə sərf olunur. Kifayət qədər nəmlik olan 
torpaqlarda üçyarpaq toxumları 1-2 sm dərinliyə səpilir. Bu daha çox tarla cücərməsi, çıxışların bir 
bərabərdə alınması, vegetasiya müddətində ən az seyrəklik və əkinin yüksək məhsuldar olmasını 
təmin edir. 
Yüngül torpaqlarda toxumla torpağın əlaqəsini yaxşılaşdırmaq və kapillyar əlaqələrin bərpası 
üçün səpindən sonra torpaq aqreqatla tapdalanır.
Üçyarpağın donmasını azaltmaq üçün örtük bitkisi yığılan zaman yaxşı olardı ki, biçin 10-15 
sm hündürlükdən aparılsın. Hündür kövşən qarı yaxşı saxlayır, bununla belə üçyarpağın şaxtadan 
əziyyət çəkməsinin qarşısını alır. Növbəti ili birinci biçində yemin keyfiyyətinin pisləşməməsi üçün 
kövşən mala ilə torpağa çevrilir. Bəzən tumurcuqlar boy atana qədər kövşənliyi yandırırlar. Bu üsul 
kövşəndə olan xəstəlik törədiciləri və zərərvericiləri məhv etmək üçün bir vasitədir. 
Kalium elementi ilə kasıb olan torpaqlarda torpaq münbitliyinin səviyyəsindən və 
planlaşdırılmış məhsulun miqdarından asılı olaraq üçyarpaq kalium gübrəsi ilə normal 
yemləndirilməlidir. Fosforla yemləmə faydasızdır, belə ki, gübrə vegetasiya müddətində torpağın 
üst təbəqəsində qalır və kök sistemi üçün əlçatmaz olur. Azot gübrəsi üçyarpağa yalnız ziyan gətirir. 
Havanın bioloji azotunun təsbit olunma səviyyəsini aşağı salır, ayrı-ayrı bitkilərin boy və inkişafını 
qeyri-bərabər stimullaşdırır, əkinlərin seyrəlməsinə və məhsuldarlığın aşağı enməsinə səbəb olur. 
Üçyarpaq müxtəlif xəstəliklərdən zədələnir. Daha çox yayılanları aşağıdakılardır: 
Antroknoz 
– xəstəlik yarpaqları, budaqları, çiçək başlığını, və toxumları zədələyir. Bu 
orqanlarda darçını-qonur rəngli çökək ləkələr əmələ gəlir. Nəticədə ayrı-ayrı orqanlar quruyur və 
qırılıb tökülürlər. Bitkinin yüksək dərəcədə zədələnməsi quru ot məhsulunun 50%-ə qədər və toxum 
məhsulunun isə 60%-ə qədər aşağı düşməsinə gətirib çıxarır. Mübarizə tədbiri - səpinqabağı 
toxumların təmizlənməsi və dərmanlanması, quru ot üçün isə üçyarpağın erkən müddətdə, yəni 
qönçələmə fazasında biçilməsindən ibarətdir. 
Askoxitoz 
- hər şeydən əvvəl yarpaqları, sonradan isə gövdə və toxumu zədələyir. Yarpaqların 
səthində iri bozumtul-sarı rəngli ləkələr əmələ gəlir. Xəstəlik quru ot məhsulunun keyfiyyətini 
pisləşdirir və məhsuldarlığı təxminən 20% aşağı salır. Mübarizə tədbiri - səpinqabağı toxumların 
təmizlənməsi və dərmanlanması, zədələnmiş üçyarpağın erkən biçilməsi və qönçələmə fazasında 
hektara 2-5 kq hesabı ilə kükürdlə tozlandırmaqdın ibarətdir.


283 
Xərçəng - 
üçyarpağı məhv edir. Məhv olmuş bitkinin yerüstü hissəsi kök boğazcığından asan 
ayrılır. Mübarizə tədbiri – bitkilərin düzgün növbələndirilməsidir. Xərçənglə sirayətlinmiş üçyarpaq 
tarlasına bu bitkini 7 ildən sonra qaytarmaq olar. 
Pas - 
yarpaqları və budaqları zədələyir. Güclü dərəcədə zədələnmə zamanı quru maddə 
məhsulu 80% aşağı enir. Mübarizə tədbiri – davamlı sortların səpilməsi, erkən biçin aparılması, 
toxumluq sahələrin xüsusən kükürdlə tozlandırılmasından ibarətdir. 
Zərərvericilərdən üçyarpağa daha çox ziyan vuran 
üçyarpaq 
və 
fır bakteriyaları 
uzunburunudur.
Üçyarpaq uzunburunu
yarpaqları, qönçələri və çiçəkləri zədələyir. Bir sürfə 11-ə qədər 
yumurtalığı məhv edir. Üçyarpaq uzunburunu toxum məhsulunu 20-30%-dən çox aşağı salır.
Mübarizə tədbiri – üçyarpağın qönçələmə fazasında biçilməsi, toxumluq üçyarpağın çalınmasından 
ibarətdir.
Fır bakteriyası uzunburunu
erkən yazda yarpaqların kənarını yeyir, bəzən boy nöqtəsini məhv 
edir. Süfrələr fırları məhv edir və kökü dərinliklərinə qədər yeyir. Mübarizə tədbiri – paxlalı 
bitkilərlə sadə növbəli əkinin təmin edilməsi və kimyəvi maddələrdən istifadə edilməsi. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin