Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə327/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   323   324   325   326   327   328   329   330   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
22.1.5. Sürünən üçyarpağı 
Sürünən üçyarpaq (
Trifolium repens L.
)
 
– otlaqların əsas paxlalı bitkisidir. Tapdalanmağa 
davamlı olması ilə o bütün paxlalı otları ötüb keçir, onun sürünən gövdələrinin hər bir buğumarası 
kök əmələ gətrə bilir. Buğum aralarında əmələ gələn saçaqlı köklərində havanın molekulyar 
azotunu (N
2
) təsbit edən yumurcuqlar (fırlar) formalaşır ki, bitki sərbəst qidalanmağa keçir. 
Torpağın üzərində uzun saplaqlı yarpaqlar və çiçəkdaşıyan başcıqlar qalxırlar.
Sürünən üçyarpaq çoxlu otlaq növmüxtəlifliyinə, otlaq-biçin və biçin tipinə malikdir. Təkcə 
morfoloji əlamətlərinə görə yox, ancaq əsas mühit amillərinə tələbatlarına görə də fərqlənirlər. 
Otlaq sortları alçaqboyludurlar, kifayət qədər torpaq turşuluğuna dözürlər, mineral qida 
elementlərinə tələbkar deyillər, soyuğa davamlıdırlar, qısa müddətli subasmaya davamlıdırlar, lakin 
quraqlığa dözmürlər. 
Bioloji və aqrotexniki xüsusiyyətləri.
Sürünən üçyarpaq inkişafının ilk fazasında çox yavaş 
boy atır. Onun birinci həqiqi yarpaqları 18-20 gündən sonra əmələ gəlir, lakin budaqların əmələ 
gəlməsi cücərtilərdən iki ay sonra başlayır. Sürünən üçyarpağın xüsusiyyəti ondan ibarətdir ki, 
toxumdan cücərmiş ilk budağı sonradan boy atmır, ancaq çoxlu miqdarda yarpaqlar əmələ gətirir. 
Yarpaq qoltuğundan isə çoxsaylı budaqlar formalaşır.
Örtük bitkisi olmadan yazda səpilən sürünən üçyarpaq çiçəkləyir və yetkin toxum 
formalaşdırır. Lakin demək olar ki, həyatının ikinci ili, yaxud üçüncü ilindən daha az tam inkişafına 
çatır. Digər növlərə nisbətən sürünən üçyarpaq həyatının ikinci ili əhəmiyyətli dərəcədə uzanmağa 
başlayır. Yazın başlanğıcından çiçəkləmə dövrünə qədər davamlı surətdə uzanması 25 gün, lakin 
toxumun tam yetişməsi üçün 90-100 gün çəkir. Cücərtidən 10 gün sonra kökdə fırlar (yumurcuqlar) 
əmələ gəlir. Onların kütləsi qönçələmə fazasına qədər artır, sonra isə əhəmiyyətli dərəcədə azalır. 
Onların kütləsi nə qədər çox olarsa üçyarpağın məhsuldarlığı bir o qədər yüksək olar. Sürünən 
üçyarpağın xorası çəmən üçyarpağını bir neçə dəfə ötüb keçir. Əzilməkdən (tapdalanmaq) qorxmur, 
buğum aralarının bölünməsi yaxşı budaq əmələ gəlməsini və sürünən budaqların kök atmasına 
köməklik edir. Yemin keyfiyyəti sürünən üçyarpaqda digərlərinə nisbətən üstündür. Tərkibində xam 
zülalın miqdarı 19-22%-dir. Yaşıl kütləsi ot unu və senaj hazırlamaq üçün əla xammaldır.
Sürünən üçyarpağın becərilmə texnologiyası çəmən üçyarpağında olduğu kimidir. Səpin 
norması hektara 3-4 mln. ədəd cücərmə qabiliyyətli toxumdur (3-4 kq).
Sürünən üçyarpağın yarpaqları bol olduğundan və başcıqların bir bərabərdə yetişməməsindən 
toxum üçün yığmaq çətindir. Adətən optimal yığım müddəti kütləvi çiçəkləmədən 6 həftə sonra 
çatır. Toxumluq sahələrdə başcıqlar 80-95% qonurlaşanda yığım birbaşa kombaynla aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin