Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə181/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   177   178   179   180   181   182   183   184   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki 
təsviri.
Qarabaşaq 
(Polygonum fagopurum)
Qarabaşaqkimilər 
ailəsinin 
(Polygoaceae)
nümayəndəsidir. Ən 
vacibi mədəni qarabaşaq 
(F.esculentum 
Moenh)
iki yarımnövə ayrılır. 
1.
Adi 
(Ssp. vulgare Stol)
ən çox 
mədəni yayılandır. 
2.
Çoxyarpaqlı 
(Ssp. 
multifolium 
Stol)
hündürboylu, 
yaxşı 
yarpaqlanandır. 
3.
Tatar qarabaşağı 
(F.tatarikum (L.) 
Garth).
Yabanı bitən birillik əkinləri 
zibilləyən bitkidir. 
Mil kök sistemi torpağın 1 m dərinliyinə 
işləyir. Əsas kök kütləsi 30 sm-lik qatda olur. 
Qarabaşağın kökü vələmirin kökünə nisbətən 
2-10 dəfə azdır, məhsuldarlığın aşağı 
olmasının səbəblərindən biri də budur. Lakin 
kök sistemi torpaqdan fosfat turşusunun çətin 
mənimsənilən birləşmələrini mənimsəmək 
qabiliyyətinə malikdir. Bu onunla əlaqədardır 
ki, qarabaşağın kökü sintez etdiyi sirkə, 
qarışqa, limon və quzuqulağı turşuları çətin 
həll olunan maddələri əritmək qabiliyyətinə 
malikdir. 
Gövdəsi 50-120 sm, bəzən daha çox 
200-250 sm-ə çatır. Gövdəsi budaqlanandır (10-12 ədəd).
Gövdə 3 hissəyə bölünür: a) aşağı gövdə budağı verən, b) orta-budaqlanma zonası, birinci 
budaqlar (bəzən 2-ci, 3-cü budaqlanma, yaxud budaqlanma olmur), çiçək gövdənin təpəsində olur, 
v) yuxarı-barvermən zona generativ orqanların daşıyıcısı. 
Yarpaqları saplaqlı, yuxarıya qalxdıqca oturaq, oxşəkilli, ürəkşəkilli-üçbucaqlıdırlar. 
Çiçəyi 2 cinslidir, ətirlidir, həşəratları cəlbedəndir. Yaxşı inkişaf etmiş bitkilərdə 500-1500-
2000 çiçək olur. Dimorfdur. Bir çiçəkdə qısa saplaqlı uzun tozçuqlu, digərində isə tozcuq 2 dəfə 
uzundur. Qarabaşaq əkinlərində çiçəkləri uzun sütuncuqlu və qısa sütuncuqlu bitkilərin miqdarı 
təxminən eyni olur.
Bir sıra çiçəklərində dişiciyin sütuncuğu uzun, erkəkciklərin saplağı qısa, digərlərində əksinə 
olur. Buna qarabaşağın çiçəyinin dimorfizmi deyilir. Çiçəklərin çarpaz tozlanması legitim (qanuni) 
və illegitim (qeyri-qanuni) gedir. 
Legitim tozlanmada uzun sütuncuqlu dişiciyin yumurtalığı uzun saplaqlı erkəkciyin 
tozcuqları ilə, qısa sütuncuqlu dişiciyin yumurtalığı qısa saplaqlı erkəkciyin tozcuğu ilə tozlanır. 
Mayalanma meyvə əmələ gətirmə və həyat qabiliyyətinə görə legitim tozlanma həmişə üstünlük 
təşkil edir. Toxum məhsulu 2 dəfə artıq olur. Qarabaşaq çarpaz tozlayan bitkidir. Meyvəsi üçüzlü 
qozcuqdur, boz şabalıdı, yaxud qara rənglidir. Toxumun mütləq kütləsi 18-32 q, pərdəliliyi 15-30%, 
yarma çıxımı 65-78%-dir. Rüşeymin kütləsi dənin kütləsinin 10%-ni təşkil edir. Toxumu 
ikiləpəlidir. 
Şəkil 15. 
Qarabaşaq:
1,2 – bitki cücərti və 
çiçəkləmə fazasında; 3 – çiçəkləyən cavan budaq; 
4 – çiçəyi; 5 – meyvəcik; 6 – meyvəsi; 7 – dəni. 


176 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin