178
dərhal kövşənliyin diskli alətlərlə 6-8 sm dərinliyində, lakin köküpöhrəli alaqlarla zibilləndikdə
gavahınlı üzləyicilərlə 10-12 sm dərinliyində üzləmənin aparılmasından ibarətdir. Alaq otlarının
cücərtiləri göründükdə payız şumu (20-22 sm yaxud 25-27 sm dərinliyində) qaldırılır. Cərgə araları
becərilən bitkilərdən sonra torpağın əsas becərilməsi diskləmədən yaxud şumlamaqdan ibarətdir.
Müəyyən edilmişdir ki, erkən şum, torpağın yarım herik becərməsi qarabaşağın daha yüksək
məhsuldarlığını təmin edir. Qarabaşaq əkinləri üçün yaz şumu yol verilməzdir.
Yaz becərmələri torpaq fiziki yetişkənliyə çatdıqda şumun malalanması ilə başlanılır. Bu
əməliyyatı çox qısa müddətdə yerinə yetirmək zəruridir, belə ki, bu müddətdə torpaqdan orta
gündəlik nəmlik itkisi hektardan 40-100 m
3
təşkil edir. Birinci kultivasiya erkən səpilən dənli
bitkilərlə eyni vaxtda 10-12 sm dərinliyində aparılır. Bu torpağın isinməsinə və alaq otlarının
cücərməsinə şərait yaradır. İkinci səpinqabağı kultivasiya səpindən əvvəl toxumun basdırılma
dərinliyində həyata keçirilir. Şiddətli leysan yağışlar düşdükdə torpaqda əmələ gələn qaysaq əlavə
olaraq malalama ilə kultivasiya aparılaraq dağıdılır.
Qarabaşağın qida elementlərinə yüksək tələbatı vegetativ kütlənin intensiv artması, generativ
dövrün tez zahir olması, çiçəkləmənin davam edərək çoxlu miqdarda əmələ gəlməsi və vegetativ
orqanların formalaşması ilə əlaqədardır.
Dostları ilə paylaş: