Bitkinin tarixi və yayılması.
Mərcimək qədim dövrlərdən becərilən kənd təsərrüfatı
bitkisidir. Ərzaq bitkisi kimi qədim misirlilərdə, hindlilərdə, ərəblərdə, qədim yunan və Roma
mədəniyyətində yaxşı məlum olub. Vətəni Himalay əraziləri hesab edilir. Rusiya ərazisində XIV –
əsrdə yayılmışdır.
Mərciməyin yer kürəsində əkin sahəsi bir milyon
hektardan çoxdur. Rusiyada Volqaboyu, Mərkəzi-
Qaratorpaq zonaları, Qərbi Sibir, Ukrayna və
Qazaxıstanda , Türkiyədə becərilir.
Orta məhsuldarlığı hektardan 13-14 sentnerə çatır.
Yüksək məhsul götürmək mümkündür, bəzi yerlərdə
məhsuldarlıq hektardan 30-35 sentnerə çatır.
Botaniki təsviri.
Mərcimək –
Ervum
yaxud
Lens
cinsi botaniki cəhətcə o qədər də zəngin deyildir. Beş
növü əhatə edir ki, onlardan yalnız adi mərcimək –
Ervum
lens,
yaxud
Lens esculenta
mədənidir. Bütün növləri
birillik alçaq boylu bitkidir.
Adi mərcimək vegetativ və meyvə orqanlarının
iriliyinə və təsərrüfat əhəmiyyətinə görə iki yarımnövə
bölünür.
1.
İri toxumlu mərcimək –
Subsp.. macrosperma
2.
Xırdatoxumlu
mərcimək
- Subsp. microsperma
İritoxumlu mərcimək
– bitkinin gövdəsi nazik
dördkünc, yatmağa meylli, hündürlüyü 40-75 sm
cütlələkşəkilli, yarpaqcıqları iri, oval formalı, yaxud
uzunsov, çiçəkləri iri ağ, yelkəninin rəngi mavidir.
Toxumları iridir, lakin qabarıq deyildir, tili itidir. Ləpələri sarı, az hallarda narıncı rəngli olur.
Xırdatoxumlu mərcimək
– bitkisi alçaq boylu 30-35 sm hündürlüyündə, yarpaqcıqları xırda,
çiçəyi bənövşəyi, göy, ağ, bənövşəyi-göy rənglidir. Toxumları xırda, şişkin, küt qabırğalı, ləpələri
narıncı rəngli yaxud sarımtıldır.
Dostları ilə paylaş: |