Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə212/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   208   209   210   211   212   213   214   215   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri. 
Noxuda nisbətən mərcimək istiliyi çox tələb edir. Onun toxumları 4-5 
0
C-də cücərir. Cücərtilər yaz şaxtalarından (- 4-5 
0
) əziyyət çəksələr də dözürlər. Çıxışlar alındıqdan 
sonra orta gündəlik temperatur 17-18 
0
C-dir, paxlaların yetişməsi üçün isə 19-20 
0
C zəruridir. 
Mərcimək nəmliyə az tələbkardır ona görə də quraqlığa yaxşı dözür. Dəndolma və yetişmə 
fazasında artıq nəmlik təhlükəlidir. Ona görə ki, bitki çoxlu yaşıl kütlə əmələ gətirir ki, bu da 
paxlaların əmələ gəlməsinə ziyandır. 
Gilli və gillicəli əhənglə zəngin məsaməli torpaqları sevir. Turş torpaqlarda pis inkişaf edir. 
Gec inkişaf etməsi və alçaq boylu olmasına görə vegetasiyanın əvvəlində alaq otlarından təmiz olan 
sahələrə tələbkardır. Mərcimək uzun gün bitkisidir.
Azərbaycanda rayonlaşdırılmış sortları:
Azər, Arzu. 
Becərilmə texnologiyası. 
Mərcimək cərgəarası becərilən bitkidir. Səpin üçün onun iri 
toxumlularını hektara 2,0-2,5 mln. ədəd, xırdatoxumlularını isə 2,8-3,0 mln. ədəd götürürlər. 
Toxumların basdırılma dərinliyi 4-6 sm-ə bərabərdir.
Mərcimək əkinləri gülül bitkisi ilə zibilləndikdə əl ilə kətmənləmə aparmaq lazımdır, çünki, 
onun yeyinti üçün dad keyfiyyəti aşağı düşür. Kətmənləməni səpindən 3-4 həftə sonra gülülün 
çiçəkləməsi dövründə aparmaq lazımdır. 
Hündür gövdəli mərciməyi iki mərhələdə yığırlar. Biçin paxlaların 50 %-i yetişdikdə aparılır. 
Biçini bir qədər gecikdirdikdə nisbətən aşağı yarusda yerləşən qiymətli paxlaları itirmək təhlükəsi 
yaranır. Mərcimək tez quruyur onu 1-2 günə döymək lazımdır. Döyməni gecikdirdikdə toxumlar 
qonurlaşır və onun satış keyfiyyəti aşağı düşür.
Şəkil 22. Mərcimək: 
1,2 – bitki inkişaf 
etmiş cücərti və çıxış fazasında; 3 – budaq; 
4 – çiçək; 5,6 –meyvələri və toxumları. 


197 
Mərciməyin alçaqboylu sortlarını birfazalı üsulla, paxlalar 85-90 % yetişdikdə yığırlar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin