335
Pektini parçalayan mikroorqanizmlərin həyat fəaliyyətinin optimal
şərait üçün gün ərzində
küləşin nəmliyi 40-60%, kətanın sərilmə hündürlüyü 8-10 sm., temperatur 14-20
0
C arasında
tərəddüd etməlidir.
Küləşin və isladılmış kətan gövdəsinin zibillənməsi 10%-i, nəmliyi isə 25%-i keçməməlidir.
Quru kətan gövdəsi yaxud küləşi 1 m
3
-də quru gövdənin orta sıxlığı 65 kq yaxud küləşinki 80
kq olmaqla örtülü binaya yerləşdirilir. Örtülü binalarda dərzləri nizamla aşağı qalın hissəsini bayıra
çıxarmaq və ensiz hissəsini aşağı əyilməklə, hər bir cərgə özündən
əvvəlkinə perpendikulyar
yerləşdirilir. İsladılmış kətan gövdəsinin və küləşini tayalara vurulmuş halda saxlamaq olar.
İsladılmış kətan gövdəsinin uzun liflərinin istehsalı kətan zavodlarında texnoloji xətlərdə
həyata keçirilir. Kətanın ilkin emalının nisbətən yeni istiqaməti lif tellərinin kətan küləşindən
istehsal edilməsidir.
Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri.
Səpinlər
darcərgəli olmaqla, səpin norması bir
hektara 12-15 min ədəd cücərmə qabiliyyətli toxum götürülür. Səpindən 3-4 gün sonra cücərtilər
alınana qədər yüngül malalarla malalama aparılır, rotasiya toxaları ilə torpaq qaysağı dağıdılır,
cinaqşəkilli
fazada herbisid tətbiq olunur, zərərvericilər kütləvi göründükdə əkinlərə kimyəvi
preparatlar çilənir. Qutucuqların 60-70%-i yetişdikdə yağlıq kətan ikimərhələli üsulla (hissə-hissə)
yığılır. Biçilmiş kütlə taxıldöyən kombaynla, yaxud tam yetişkənlik fazasında
birbaşa kombaynla
yığılır. Yığım zamanı gövdə torpaq səthindən 12 sm yüksəkdən biçilir. Sərilmiş kütlə 6-7 gündən
sonra toplanır.
Ən böyük iqtisadi səmərəyə arası kəsilmədən yığım üsuluna nail olmaqdır. Təcili olaraq kətan
qalağı təmizlənir. Toxum qurudularaq nəmliyi 12%-ə çatdırılır və saxlama anbarlarına yığılır.
Dostları ilə paylaş: