Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə5/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   2   3   4   5   6   7   8   9   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

metodu. 



Bitkilərin inkişafını idarə etmək üçün onların bioloji tələbatını bilmək lazımdır. K. A. 
Timiryazev göstərmişdir ki, bitkilərin inkişafı ən çox istilik rejimindən asılıdır. Hər bitki öz 
vegetasiya dövründə müəyyən qədər fəal temperatur yekunu tələb edir. Meteoroloji məlumatlara 
əsasən istənilən bölgədə hər hansı bitkinin inkişaf fazalarına keçmə müddətini qabaqcadan 
söyləmək mümkündür. Fəal temperatur yekununa tələbinə görə bitkilərin və ya sortların nəzərdə 
tutulan bölgədə yetişə biləcəyini də müəyyən etmək mümkündür. Bu isə mühüm təsərrüfat 
əhəmiyyətli məsələdir. 
Bitkilərin nəmliyə tələbi onların transpirasiya əmsalına görə təyin edilir. Payızlıq buğdanın 
transpirasiya əmsalı 400-500, qarğıdalınınkı 230-370, şəkər çuğundurununku 240-500 arasında olur. 
Bitkinin nəmliyə olan tələbini ödəmək üçün inkişafının müxtəlif dövrlərində nəmliyə tələbatını da 
bilmək lazımdır. Bitkinin nəmliyə daha çox tələbat göstərdiyi dövr 
böhran
dövrü adlanır. Bu 
dövrdə bitkinin nəmliyə tələbi ödənilməzsə məhsuldarlığı kəskin surətdə azalır. Buğda, çovdar, 
arpa, vələmir boruya çıxma-sünbülləmə, sorqo, darı süpürgələmə-dənin dolması, qarğıdalı 
çiçəkləmə-süd yetişmə, günəbaxan səbətciyin əmələ gəlməsi-çiçəkləmə, kartof çiçəkləmə-yumru 
əmələ gətirmə dövrlərində daha çox nəmlik tələb edirlər. Bitkilərin nəmlik rejimini nizamlamaq 
üçün ayrı-ayrı bitkilər üzrə 1 ton məhsul əmələ gətirilməsinə suyun sərfini də (kub metrlə) bilmək 
lazımdır. 
İstehsalat şəraitində bitkinin suya tələbini torpağın nəmliyinə görə təyin edirlər. Yüksək 
məhsul almaq üçün süni suvarmalar aparmaqla köklərin yayıldığı üst qatda torpağın nəmliyini 
maksimal tarla rütubət tutumu qabiliyyətini 60-80% həddində saxlayırlar. 
Bitkiçilikdə qida rejiminin nizamlanması da mühüm məsələdir. Bu məqsədlə bir sentner əsas 
və əlavə məhsulla bitkinin mənimsədiyi əsas qida elementlərinin (NPK) miqdarını (kq) bilmək 
lazımdır. Gübrə norması müəyyən edilərkən planlaşdırılmış məhsula görə mənimsəniləcək qida 
maddələrinin miqdarı və bitkilərin torpaqdan və gübrədən qida maddələrinin mənimsənilmə əmsalı 
nəzərə alınır. Gübrələr, bitkinin qida elementlərinə tələbinə uyğun dövrlərdə verildikdə daha 
səmərəli olur. Bitkilərin inkişafının və məhsuldarlığının tənzimlənməsində vacib tədbirlərdən biri 
də onların əlverişli sələflərdən sonra becərilməsi və düzgün növbələndirilməsidir. Məhsulun 
miqdarı və keyfiyyətini idarə edərkən sortların düzgün seçilməsi də mühüm əhəmiyyət kəsb edir. 
Məhsuldarlığın yüksəldilməsində ən vacib məsələlərdən biri də bitkilərin günəş enerjisindən 
istifadə əmsalının yüksəldilməsidir. Hazırda bitkilər günəş radiasiyasından 1,0-1,5% istifadə edir. 
Nəzərdə tutulur ki, bunu 5-6%-ə çatdırsınlar. 
Bitkiçilikdə ən vacib məsələlərdən biri məhsuldarlığın və məhsulun keyfiyyətinin 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin