8
I HİSSƏ. BİTKİÇİLİYİN NƏZƏRİ ƏSASLARI
Bitkiçilik dedikdə – əhalini ərzaq məhsulları, heyvandarlığı yemlə, emal sənayesini xammalla
təmin edən, bitkiçilik məhsulları istehsal etmək üçün bitki becərilməsi başa düşülür.
Bitkiçilik
sahəsi bitkilərin becərilməsi ilə əlaqədar olan bütün yarımsahələri özündə birləşdirir: tarlaçılıq,
çəmənçilik, meyvəçilik, üzümçülü, gülçülük, meşəçilik. Bitkiçilik bir elm kimi yalnız tarlaçılığın
yarımsahəsinə aid olan bitki qruplarını öyrənir. Onlara şumlanmış tarlalarda becərilən taxıllar,
dənli-paxlalılar, köküyumrular, yemlik kökümeyvəlilər, liflilər, yağlı və efiryağlılar, birillik və
çoxillik otlar və bir çox digər bitkilər aiddirlər.
FƏSİL 1. BİTKİNİN BİOLOGİYASI VƏ GENOTİPİN FORMALAŞMASI ŞƏRAİTİ
Bir elmi sahə kimi bitkiçiliyin obyekti bitkilər və onların tələbatıdır, onların
əsas mühit
amillərinə göstərdiyi tələbat, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün tətbiq edilən
metod və üsulların öyrənilməsidir.
Bitkinin böyümə və inkişafına praktiki olaraq bütün mühit amilləri – torpağın qranulometrik
və kimyəvi tərkibi, aerasiyası, nəmliklə təmin olunması, temperatur rejimi, işıq,
küləyin sürəti,
havanın nəmliyi və s. bu və ya digər dərəcədə təsir edir. Hər hansı konkret bitkinin və sortun
konkret ekoloji şəraitdə optimal becərilməsi üçün bitkiçi bütün bu faktorların vəziyyətini nəzərə
almalıdır.
Bu haqda K. A. Timiryazev yazır: «Ola bilsin ki, heç bir elm sahəsində müvəffəqiyyətin əldə
edilməsi üçün bu qədər müxtəlif şərait tələb olunmur, heç birində bu qədər hərtərəfli məlumatların
istifadəsi lazım gəlmir. Ancaq, birində bir tərəfli baxışın (nöqteyi-nəzər) olması əkinçilikdə olduğu
kimi heç bir elm sahəsində bu qədər böyük müvəffəqiyyətsizliyə gətirə bilməz».
Bitkiçilik bir elm kimi əsaslı (fundamental) və tətbiqi elmlərlərlə bərabər, qarşılıqlı əlaqədə
olmalıdır.
Bitkinin biologiyasını
bilmək üçün, botanikanı, bitki fiziologiyası və biokimyanı, genetika,
seleksiya və toxumçuluğu öyrənmək (tədqiq etmək) zəruridir. Bitkinin bioloji tələbatını ödəmək və
onun becərilmə şəraitini optimallaşdırmaq üçün torpaq haqqında tam məlumatlı olmaq zəruridir.
Bunun üçün geologiyanı, mineralogiyanı, torpaqşünaslığı, mikrobiologiyanı, aqrokimyanı,
hidrologiyanı, meliorasiyanı, bundan əlavə meteorologiya, geodeziya, yer quruluşu,
ekologiya,
əkinçilik elmlərini yaxşı bilmək zəruridir. Mədəni bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün
entomologiya və fitopatologiyanı, alaq otları, zərərverici və xəstəliklərdən isə bitkilərin kimyəvi
mühafizə üsullarını bilmək zəruridir.
Bitkinin becərilməsi şəraiti texnoloji üsulların köməyi ilə tənzimlənir. Bu zaman bitkiçilik
məhsulları istehsalının iqtisadi tərəfini - iqtisadiyyatı, təşkili və idarə etməni nəzərə almaq lazımdır.
Nəhayət məhsul emal edilməlidir və istehlakçıya çatdırılmalıdır. Bütün bu elmləri riyaziyyatı,
fizikanı, üzvi, qeyri-üzvi, analtik, fiziki və kolloid kimyanı bilmədən mənimsəmək çətindir.
Beləliklə, bitkinin boy atması, inkişafı, məhsulun miqdarı və keyfiyyətini elmi cəhətdən idarə
edilməsinə mükəmməl surətdə malik olmaq üçün bir çox fundamental
və tətbiqi fənləri
inteqrallamaq (birləşdirmək) zəruridir.
Bitkinin inkişafı təkamülündə (tədrici inkişaf) genotipin formalaşmasına rayonun ekoloji
şəraiti onun mənşəyi həlledici təsir göstərir. Bütün mədəni bitkiləri nisbi dəqiqliyi ilə iki qrupa
bölmək olar: (cədvəl 1) Fotoperiodizmin tropik və subtropik qurşağında formalaşmış qısa gün
bitkiləri, hansı ki, yayda günün uzunluğu gecənin uzunluğuna (qısa gün) yaxın olur, və orta en
dairəsi zonasında növ kimi formalaşmış fotoperiodizmin uzun gün bitkiləri, uzun yay günləri zonası.
Tropik və subtropik qurşaqda formalaşmış mədəni bitkilər, becərilmə şəraitinə, inkişaf
təkamülündə, genotipin mənşəyinə uyğun tələbat göstərirlər. Məlumdur ki, tropik və subtropik
zonalarda işıq saçma gücü və temperatur rejimi şimal en dairələrinə nisbətən yüksəkdir, burada