nəzəri əsasını mədəni bitkilərin biologiyası təşkil edir. Bitkilərin biologiyası
dedikdə onların inkişaf xüsusiyyətləri və xarici şərait amillərinə tələbi başa düşülür.
Böyük rus alimi K. A. Timiryazev göstərmişdir ki, həyat amillərinin hamısı bitkinin
tələbatına uyğun olmaqla optimal miqdarda olduqda ondan ən yüksək məhsul əldə etmək
mümkündür. D. N. Pryanişnikov isə qeyd etmişdir ki, hər hansı xarici şərait amillərinin təsiri başqa
amillərin miqdarından və intensivliyindən asılıdır. Yəni, bitkiyə xarici şərait amillərinin hamısı
birlikdə təsir etmişdir. Bitkilərin böyümə və inkişafını idarə etmək üçün müasir elmi biliklər dəqiq
tədqiqat nəticələrinə əsaslanır və obyektiv qanunauyğunluqla müəyyən edilir. Xarici şərait
amillərinin biri digərini əvəz edə bilmir. Bitkinin məhsuldarlığını artırmaq üçün minimumda olan
faktora təsir etməklə və onların hamısının optimum həddə çatmasına nail olmaq lazımdır. Hər hansı
faktorun həddən artıq olması da bitkinin inkişafına və məhsuldarlığına mənfi təsir göstərir.
Tarla bitkilərinin məhsuldarlığı bitkinin böyümə və inkişaf xarakterindən asılıdır. Bu isə
bitkinin bioloji xüsusiyyətləri ilə əlaqədardır. Ona görə də becərərkən bitkinin xüsusiyyətinə uyğun
texnoloji tədbirləri həyata keçirmək lazımdır.
Bitkinin fərdi inkişafı dövründə yeni orqanların əmələ gəlməsi və dəyişməsi prosesi gedir. N.
N. Kuleşova görə toxumlu bitkilərin
inkişafını beş dövrə bölmək olar. 1. Embrional inkişaf dövrü;
2. Vegetativ orqanların əmələ gəlməsi dövrü (cavanlıq dövrü); 3. Çoxalma orqanlarının əmələ
gəlməsi dövrü; 4. Çoxalma (cinsi və vegetativ) dövrü; 5. Yetişmə (toxum və meyvə) dövrü.
F. M. Kuperman isə bitkinin həyatını üç dövrə: cavanlıq, yetişkənlik və qocalma dövrlərinə
bölmüşdür. Bitkinin həyatında orqanogenezin 12 etapının hər birində böyümə və inkişafın xarakteri
dəyişir.
Bitkilərin inkişafının və məhsuldarlığının idarə edilməsi, bitkiçiliyin tədqiqat üsulları və