Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə126/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   122   123   124   125   126   127   128   129   ...   228
QƏBİR ÜSTƏ ÇIXMA
I mətn

Əvvəllər bayram qavağı qəvirsannığa gedəndə hər şey pişirir­dih, hər şey. Yeməh də aparırdıx. İndi o adət yoxdu. O vaxdı eşit­diyimə görə, həmin o qəvirsannığa gedəndə, qəvirrərin üsdünə hər bir şey (yeməh də) qoyuf gəlirmişdər. Səməni, qoz-fındıx, indi adətimiş də. Onun içində ölüyə ən yaxşı olanı səmənidi. İndi biz aparıf qəvir üsdə qoyurux, qırmızı güllər. Bu, düzgün döyül. Ora qoymax lazımdı ölüyə yaraşan güllər. Qırmızı yox! Bədrəng güllər var ey, onnardan. Bu, həqiqətən də uyğun döyül. Bu, belədi.

Bir də orda götürüf, qəvirin üsdünə qoyulmuş yeməhlərdən nəsə götürüf yeyirsənsə, bu, özü saa suafdı. Kimsə də gəliv olardan yığıv aparırdısa, o, özü də suaf qazanır. Ona görə ki, həmin qəvirin üsdünə qoyulan yeməh yeyildi, qalmadı. Onnarı quşdar gəliv apa­rır, nə bilim, nə aparır.
II mətn

Erməniləri qabırrarınnan olsunnar. Camahat qabır üsdə çıxan­da, bax bı qapıda gəzinirəm. Məliyə-məliyə gəzinirəm ki, ay Allah, hamıdan qabağ üş qazan yeməh bişirif mən balamın qavı­rı­nın üsdünə gedirdim. Kətdə aparırdılar. Aparırdığ, orda paltar sərirdih, hamı sırfa sərirdi, məsələn, sən elə bil dolma bişimisən, mən aş bişimişəm, mən belə eləmişəm. Hammız yığırdıx, hammı­zın yemə­yinnən qoyurdux, mən səninkinnən yeyirdim, sən mənim­kin­nən yeyirdin, hebelə. Qalanın da heylə tökürdüy ora, qarqa, quş yeyirdi. Onnan soora üsdərinə ayın-oyun qoyurdux. Bizdə o ilin axır çərçəmbəsi olur, elə bil ki, çıxırdılar qəbir üsdünə. İndi də çıxıllar e. Mollanı da aparıf Quranın oxudurdux, heylə. Ollar da (erməniləri nəzərdə tutur – top.) balasınnan didərgin düşsün, nətəər biz qavırı­mızdan, balamızdan didərgin düşmüşüh. Vallah. Ordan-ora köç, bır­dan-ora köç. Orda biraz sığın, bırda biraz sığın. Ölün öldü, bı yurtda bir qəbir qoy, o yurtda bir qəbir qoy. Qəbirsannığ üsdünə getməh gələndə bı camahat bilmir ki, neçə yerə qəbir üsdünə getsin. Biri Biləsuvara qaçır, biri İsmayıllıya qaçır, biri Beyləqana gedir, biri Qaradizə gedir. Biz də qaldıx belə ki, hara gedəh, ya Rəbbim, ya Rəsulallah, həənə gedəh? Nolsun, get beş maat ver, Quran oxutdur, bir qazan da yeməh bişir, əvində ye. Oldu qavırüsdü? Okqədərə, Vallah, ciyarımızda dağ var, heş bilmirih ki, hara haradı?




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin