3. İnformasiya texnologiyaları statistikasının metodoloji əsasları
Giriş
İnformasiya - gündəlik əməliyyatların zəruri elementi, təşkilatlar və insanlar arasında faydalı əlaqə vasitəsi kimi olduqca vacib resursudur.
İnformasiya – kibernetikanın əsas anlayışlarından biridir. Elmi izahı informasiya (yaxud statistik rabitə nəzəriyyəsi) və statistik qiymətləndirmə nəzəriyyələrinə əsaslanır. Kibernetikada maşın və canlı orqanizmlər müəyyən informasiyanı mənimsəmək, onu «yadda saxlamaq», «rabitə kanalı» ilə ötürmək, öz fəaliyyətlərini uyğun səmtə yönəldən «siqnallar»a çevirmək qabiliyyətinə malikdir.
İnformasiyanı elmi anlayış kimi ilk dəfə ingilis statistiki R.Fişer işlətmişdir. Amerikan alimi R.Xartli rabitə kanalının bəzi məsələləri üçün informasiya miqdarını ölçməyə imkan verən loqarifmik ifadə işlətmişdir.
İnformasiya nəinki idarəetmənin, habelə kibernetik sistemin mövcudluğunun əsas şərtidir. Çünki sistemin kibernetik mənada ən ümumi xassəsi informasiyalı olmasıdır. Yəni onun bütün elementləri arasında informasiya mübadiləsinin mövcudluğu vacibdir.
Təşkilatların informasiya ehtiyacları aşağıdakı kimi təsnifləşdirilir:
fəaliyyətin tədqiqatı;
təhlil;
qərarların qəbul edilməsi və icrasına nəzarət.
İnformasiya – işlənmiş elə məlumatlardır ki, onların istehlakçısı üçün məna kəsb edir və qərarların qəbul edilməsinin yaxşılaşdırılmasında istifadə edilir.
Dostları ilə paylaş: |