Seçmə müayinənin yekunları
|
Müayinə olunmuşlar
|
Müayinə olunmamışlar
|
|
Cəmi
|
o cümlədən
fəaliyyət
|
Cəmi
|
o cümlədən
|
|
|
göstərənlər
|
|
tapılma-yanlar
|
imtina edənlər
|
|
1
|
2
|
3
|
4
|
5
|
Sərnişin daşıyıcıları
|
762
|
743
|
X
|
X
|
15
|
Yük daşıyıcıları
|
266
|
260
|
X
|
X
|
6
|
Cəmi
|
1028
|
1003
|
48
|
27
|
21
|
Müayinənin yekunları əsasında növbəti əməliyyatların aşağıdakı şəkildə aparılması tövsiyə olunur:
məlum olan sərnişin və yük daşıyıcılarının ümumi yekunda xüsusi çəkisi
tapılır. 1028 (müayinə olunanlar) + 21 (imtina edənlər) = 1049; sərnişin
daşıyıcılarının xüsusi çəkisi (762+15)/1049=0,741; yük daşıyıcıları üçün
(266+6)/1049=0,259
ümumi sayı məlum olan tapılmamış fiziki şəxslərin sayını ayrı-ayrılıqda hesablanmış xüsusi çəkiyə vurmaqla
sərnişin daşıyıcıları 0,741*27=20
yük daşıyıcıları 0,259*27=7.
Bu halda cədvəli aşağıdakı kimi tərtib etmək olar:
|
Müayinə olunmuşlar
|
Müayinə olunmamışlar
|
|
Cəmi
|
o cümlədən fəaliyyət göstərənlər
|
Cəmi
|
o cümlədən
|
|
|
fəaliyyət göstərənlər
|
|
tapılma-yanlar
|
imtina edənlər
|
|
1
|
2
|
3
|
4
|
5
|
Sərnişin daşıyıcıları
|
762
|
743
|
35
|
20
|
15
|
Yük daşıyıcıları
|
266
|
260
|
13
|
7
|
6
|
Cəmi
|
1028
|
1003
|
48
|
27 21
|
21
|
Bu qaydaları istifadə etməklə digər göstəriciləri imputasiya yolu ilə müəyyən etmək mümkündür.
9. Seçmənin qiymətləndirilməsi. Müayinə nəticəsində ümumi məcmu üçün hesablanması tələb olunan göstəricilər seçmənin nəticələri əsasında hesablanmış riyazi-statistik qiymətləndirmələrdən asılıdır. Bu qiymətləndirmələr orta göstəricilərin, statistik düsturların hesablanması üçün istifadə olunan məlumatların hüquqi və fiziki şəxslərdə qruplaşdırılmadan asılı olaraq yaranmış stratalar üzrə müxtəlif olur.
Hüquqi şəxslər üzrə orta göstərici, orta kəmiyyətdən kənarlaşma, orta kəmiyyətdən kənarlaşmanın kvadratı (orta kvadratik kənarlaşma), dispersiya, variasiya göstəriciləri işçilərin sayına görə yaradılmış stratalar üzrə hesablanır. Avtomobil nəqliyyatı fəaliyyəti göstərən hüquqi şəxslər üzrə statistik düsturlar müəssisənin dövr ərzində daşıdığı yükün həcmi, sərnişinlərin sayı və yaxud daşımalardan əldə olunan gəlir göstəricisi əsasında hesablana bilər. Məsələn; tutaq kt, seçmənin yekunu əsasında müəyyən olunmuşdur ki, işçilərinin sayı 4-9 qrupunda olan 45 müəssisədən seçməyə düşmüş 15 -nin yük daşıma üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur.
Müəssisə-lərin sıra s.
|
Y
|
|
_
y-y
|
(y- y )2
|
(y-y)2
n
|
1
|
250
|
X
|
-5.2
|
27.0
|
X
|
2
|
230
|
X
|
-25.2
|
635.0
|
X
|
3
|
260
|
X
|
4.8
|
23.0
|
X
|
4
|
255
|
X
|
-0.2
|
0.04
|
X
|
5
|
238
|
X
|
-17.2
|
295.8
|
X
|
6
|
246
|
X
|
-9.2
|
84.6
|
X
|
7
|
296
|
X
|
40.8
|
1664.6
|
X
|
8
|
249
|
X
|
-6.2
|
38.4
|
X
|
9
|
230
|
X
|
-25.2
|
635.0
|
X
|
10
|
243
|
X
|
-12.2
|
148.8
|
X
|
11
|
302
|
X
|
46,8
|
2190.2
|
X
|
12
|
235
|
X
|
-20.2
|
408.0
|
X
|
13
|
238
|
X
|
-17.2
|
295.8
|
X
|
14
|
283
|
X
|
257.8
|
772.8
|
X
|
15
|
273
|
X
|
17.8
|
316.8
|
X
|
Yekun
|
3828
|
255.2
|
-
|
7536.4
|
502.4
|
Yük daşınması üzrə orta göstərici, daha doğrusu orta hesabla bir müəssisə tərəfindən daşınmış yükün həcmi göstəricisi
y1+y2+y3+...+yn
=-----------------------------
n
düsturu ilə hesablanarkən y1, y2, y3, ynbir stratada ayrı-ayrı müəssisələr tərəfindən daşınmış yükün həcmi, n stratada olan müəssisələrin sayıdır. Və yaxud
Orta hesabla bir müəssisə tərəfindən müayinə dövründə 255,2 ton yük daşınmışdır. Orta kəmiyyətdən kənarlaşma göstəricisi
müəssisələrin daşıma həcmlərinin orta hesabla bir müəssisənin daşıdığı yükün həcmindən nə qədər fərqləndiyini göstərir. Fərq nə qədər az olarsa, bu
müəssisələrin həmcins, homogen olduğunu göstərir və yol verilə biləcək xətanın səviyyəsinə təsir edir. Əgər kənarlaşma daha çox müşahidə olunarsa, bu müəssisələrin potensiallarının fərqləndiyini və təbii ki, xətanın həcminin yüksəlməsinə gəlib çıxacaqdır. Orta kvadratik kənarlaşma göstəricisi dispersiyanın hesablanması üçün orta kəmiyyətdən kənarlaşma və dispersiya arasında bir vasitədir.
Aydındır ki, ayrı-ayrı əlamətlər üzrə orta kəmiyyətdən kənarlaşmaları cəmləmək düzgün nəticə verə bilməz. Çünki, burada hesablanmış göstəricilər müsbət və mənfi işarə ilə alınır (təbii ki, onların cəmi sıfıra bərabər olacaqdır) və bu amili aradan qaldırmaq üçün hesablanmış göstəricilərin hər biri kvadrata yüksəldilir. Ümumiyyətlə, seçmənin strataları üzrə hesablanmış orta kəmiyyətdən kənarlaşmanın və son nəticədə statistik xətanın yüksək olmasına əsasən aşağıdakı obyektiv və subyektiv amillər təsir edir:
qruplaşdırma aparılarkən homogenlik amilinin nəzərə alınmaması;
seçmə obyektlərindən alınmış məlumatların qeyri-dəqiq olması;
cari müayinələrdə istifadə olunan statistik göstəricilərin əvvəlki
müayinədə düzgün hesablanmaması;
ayrı-ayrı müəssisələrin həqiqətən də bir-birindən fərqli şəkildə səmərəli
fəaliyyət göstərməsi;
ayrı-ayrı regionlarda daşınma həcmlərinin yerli şəraitə uyğun olaraq
müxtəlif olması;
Sadalanan amillərdən başqa fəaliyyəti olmayan müəssisələrin əvvəlcədən məlum olmaması və baş məcmuda və onun stratalarında aparılmış əməliyyatlarda həmin müəssisələrin iştirak etməsi amili də seçmənin xətasının yüksək olmasına səbəb olur. Yəni, müəssisələr qruplaşdırılarkən, seçilənlərin zəruri sayı hesablanarkən bu amili əvvəlcədən görmək mümkün olmur. Ona görə də bu amil seçmədən daha çox reyestrin məlumatlarının keyfiyyətli olmasından asılıdır.
Orta kvadratik kənarlaşma seçmə məcmu və stratalar üzrə hesablandiqdan sonra müvafiq olaraq müəssisələrin sayına bölməklə dispersiya müəyyənləşdirilir.
Dispersiya
düsturu ilə hesablanır.
Burada,
s2-stratada dispersiya;
y k -strata üzrə hər müəssisədə işləyən işçilərin sayı;
- strata üzrə orta hesabla bir müəssisənin daşıdığı yükün həcmi;
n - strata üzrə müəssisələrin sayıdır. Bizim misalda dispersiya 502,4-ə bərabərdir.
10. Dispersiyanın qiymətləndirliməsi. Seçmə müayinənin məqsədi
avtomobil nəqliyyatı fəaliyyəti ilə məşğul olan müəssisələrin bir qisminin
fəaliyyətini öyrənməklə alınan məlumatlar əsasında hesablanmış statistik
göstəricilərin baş məcmu üzrə qiymətləndirilməsidir. Baş məcmu üzrə
dispersiyanı qiymətləndirməklə gələcək müayinələrin keçirilməsi prosesində
seçmə məcmunu formalaşdırmaq, həm də statistik xətanın həcmini
hesablamaq mümkündür. Dispersiyanın qiymətləndirilməsi
düsturu ilə həyata keçirilir. Burada,
N2 -baş məcmu üzrə müəssisələrin sayının kvadratıdır.
f-seçmə məcmunun baş məcmuya nisbəti və ya seçmə proporsiyasıdır.Yuxarıda göstərilən məlumat əsasında dispersiyanın qiymətləndirmə funksiyası
təşkil edər.
11. Seçmə müayinəsinin xətaları
Müayinənin keçirilməsi zamanı alınan məlumatlarda olan bütün xətalar ayrı-ayrı mənbələrdən yaranır. Qiymətləndirmək və nəzarət etmək üçün onları növlərinə və mənbələrinə görə ayırmaq lazımdır. Seçmə müayinənin xətaları ölçmələrlə bağlı səhvlərə və qiymətləndirmə zamanı edilən xətalara ayrılır. Ölçmələrlə bağlı xətalarda seçilmiş obyektlər üzrə istifadə olunan ölçü qiymətləri onların real qiymətlərindən fərqlənir, buna da aşağıdakı amillər təsir göstərə bilər:
Müayinə öbyektlərinin və sualların müəyyən edilməsi;
Respondentlərin suallara cavab üçün hazır və qadir olmaları;
Məlumatların yığılmasının keyfiyyəti;
Məlumatların kodlaşdırılması;
Məlumatlarda düzəlişlərin edilməsi;
Məlumatın işlənməsi
Qiymətləndirmə zamanı seçmədən baş məcmuya ekstrapolyasiya (şamil) edilir. Bu ümumiləşdirmənin öz səhvləri də ola bilər. Bu səhvlərin əsas səbəbləri seçmə planının, vahidlərin seçməyə daxil edilməsinin düzgün həyata keçirilməməsidir. Bunlara aşağıdakılar daxildir:
Məcmuya daxil edilən vahidlər;
Seçmənin aparılması;
Seçmənin həyata keçirilməsi və cavablar;
Seçmənin və qiymətləndirmənin xətaları.
Seçmə müayinələrdə rast gəlinən səhvlər növlərinə və ya mənbələrinə görə təsnifləşdirilir, təhlil olunur və onların seçmə müayinənin nəticələrinə təsiri hesablanır.
Xətanın həcmi praktikada əsasən aşağıdakı düsturla hesablanır:
Misal əsasında hesablanmış statistik göstəricilərdən istifadə etməklə
1,96*212,7=416,7
alırıq. Alınmış göstərici seçmə yekununu baş məcmuya ekstrapolyasiya etdikdən sonra baş məcmunun qiymətləndirilməsi zamanı yol verilə biləcək xətanın səviyyəsini göstərir. Daha doğrusu, nəqliyyat müəssisələrində aparılmış müayinənin yekunlarına görə 5-9 işçisi olan müəssisələr tərəfindən 3828 ton yük daşındığı məlum olmuşdur. 3828 ton yükün 15 müəssisə tərəfindən daşındığını bilərək 45 müəssisə tərəfindən analoji olaraq 45/15*3828=11484 ton yük daşındığı məlum olur. Yuxarıda hesablanmış xəta, 416,7 ton statistik xətanın həcmini mütləq mənada ifadə edir. Yəni ki, müayinənin yekunlarının baş məcmuya yayılması ilə biz 11484 ton yükün həcmindən 416,7 ton həcmində az və ya çox fərqə yol vermiş olarıq. Lakin, xətanın nisbi səviyyəsi hadisələrin kənarlaşmasını daha aydın göstərdiyindən praktikada xətanın nisbi səviyyəsi hesablanır. Bu göstəricinin aşağıdaki formula ilə həyata keçirilməsinə daha çox rast gəlinir.
t - baş məcmunun qiymətidir.
Göstərilən misalda xətanın səviyyəsi 416,7/11484*100=3,6 faiz olacaqdır. Bu o deməkdir ki, 3828 müəssisə üzrə aparılmış müayinənin qiymətini baş məcmuya yaymaqla biz onun həqiqi səviyyəsindən 3,6 faiz kənarlaşmaya yol verə bilərik. Hesablanmış bütün statistik göstəricilərin hər birinin hesablanma qaydası həmçinin fiziki şəxslər üzrə də tətbiq oluna bilər. Lakin, hüquqi şəxslərdən fərqli olaraq fiziki şəxslər üzrə qruplaşdırma aparılarkən hüquqi şəxslərdə-müəssisələrdə olan kimi, işçilərinin sayına görə yox, avtomobillərin yükgötürmə qabiliyyətinə və sərnişin tutumuna görə aparılır.
Yük daşıyıcıları üzrə yükgötürmə qabiliyyətinə görə
Yhi = 1499 ton
1 500 = Yhi = 2999 ton
3000 = Yhi = 4999 ton
5000 - Yhi = 6999 ton
7000 = Yhi = 9999 ton
Yhi = 10000 ton;
Sərnişin daşıyıcıları üzrə isə qruplaşdırma sərnişin tutumuna görə aşağıdakı şəkildə tərtib oluna bilər:
Yhi =4 nəfər
5 = Yhi= 11 nəfər
12 = Yhj = 22 nəfər
23 =Yhi = 30 nəfər
Yhi ≥ 31 nəfər
Bütün tələb olunan göstəricilər, qiymətləndirmələr və s. təşkil olunmuş qruplar əsasında aparılır.
Dostları ilə paylaş: |