2-Açıq-aşkar günah edən şəxs haqqında danışmaq:
Bir günahı cəmiyyət içində çəkinmədən edən şəxsin qeybəti caizdir. Belə insanlara islamda fasiq və ya facir deyilir.
Burada diqqət edilməsi lazımlı nöqtə budur: Açıq-aydın günah işləmək, digər günahlardan fərqlidir. Insanların çoxu günahkardır, amma onlardan bəziləri açıq-aşkar olaraq günah etməzlər və bundan çəkinərlər. Amma aşkarda günah edən şəxs günahında israr etməsə belə, aşkarda günah işlətdiyi üçün qeybəti caiz olur. Yəni, aşkarda günah edən və bu mövzuda heç kimdən çəkinməyən şəxsin qeybəti caiz, günahını gizlədən şəxsin qeybəti isə haramdır.
Mərhum Şeyx Ənsari facirin qeybəti haqqında belə deyir: «Facirin qeybəti, heç bir məsləhət göz önünə almadan, sırf qınamaq və alçaltmaq məqsədi olsa belə caizdir. Hətta bu cür insanlara lənət etmənin də heç bir işğalı yoxdur».
İmam Sadiq (ə) buyurur: «Fasiq fisqini aşkar etdiyi zaman hörməti də aradan gedər, qeybəti də edilər».1
İmam Muhəmməd Baqir (ə) buyurur: «Üç qrupun hörməti olmaz; Həvəslərinə uyan bidətçinin, zalım rəhbərin və açıq-aşkar günah işlədən fasiqin».2
İmam Rza (ə) buyurur: «Həya pərdəsini kənara atanın, qeybəti qeybət sayılmaz».3
İmam Sadiq (ə) buyurur: «Başqalarıyla müamilələrində zülm etməyən, danışarkən yalana yol verməyən və söz verdiyi zaman yerinə yetirib əhdinə vəfa edən adamın şəxsiyyəti kamil, ədaləti aşkar, qardaşlığı müstəhəbb və qeybəti haramdır».4
Qeyd edilən hadisələrə baxdığımız zaman görürük ki, fisqini aşkar edən şəxs həm Allahın hörmətini saxlamadığı, həm də başqalarına hörmət etmədiyi üçün öz hörmətini də heçə vurur. Bunun üçün də başqaları tərəfindən qüsurlarının açıqlanmasının və hörmətinin aradan getməsinin heş bir eybi yoxdur.
Dostları ilə paylaş: |