3-Zalımın zülmünü açıqlamaq:
Zalüm bir şəxsin qeybəti bu şərtlər altında caizdir:
Haqsızlığa və ya zülmə məruz qalan bir şəxs, uğradığı zülmü bir başqasına açmaq istədiyi zaman, şikayət etdiyi şəxsin o haqqı zalimdən alıb məzluma qaytara biləcək gücə malik olması lazımlıdır. Sırf şikayət etmək, dərd açmaq və bu kimi səbəblərlə zalım haqqında danışmaq caiz deyildir.
Məsələn; Bir şəxsin əmisi tərəfindən tarlasına və ya hər hansı bir miras əl haqqına əl qoyduğuna baxaq. Bu halda əmi, qardaşı oğlunun haqqını inkar edən və zorla əl qoyduğu şeyləri ona geri vermək istəməsə, qeyd edilən problemin başqalarına demək doğru olmaz. Amma eyni movzu, əminin hormət etdiyi, sözünü dinlədiyi başqa bir şəxsə, məsələn, onun böyük qardaşına deyilə bilər. Beləliklə, qəsb edilən haqqın geri alınmasına inam olur. Bu şəkildə edilən qeybət günah deyildir.2
Bəzi alimlər, zalımların qeybətini mütləq surətdə caiz bilmişlər. Yəni, haqqı ala bilib-bilməmə imkanı olmasından asılı olmayaraq, sırf şikayət məqsədi ilə olsa belə, caizdir.
Zalımın qeybətinin caiz olduğunu bu ayələrdə açıq-aydın görürük: «Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) məruz qaldıqda (həddi aşmadan) intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin cəzası nədirsə, onu verərlər). Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz (onlarin heç bir günahı yoxdur, uğradıqları haqsızlığın evezini çıxmışlar). Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!»1
Dostları ilə paylaş: |