2- Praktik Müalicə
a) Bir iclasda və ya bir söhbət əsnasında danışmaq lazımdırsa, danışmazdan əvvəl nə danışacağını və danışılanların necə olmaları düşünülməlidir. Belə edildiyi təqdirdə dillə edilən günahlardan da qaçılmış olar.
b) Dialoq halında olan kəslərə, xüsusilə də yoldaş ətrafına diqqət yetirilməli, qeybət etməyən kəslərlə əlaqə qurulmalıdır. Çünki, qeybət mövzusunda həssaslıq göstərilməsinə rəğmən bəzən yoldaşlarının qeybətləri qaçılmaz ola bilər. Daha əvvəl də qeyd edildiyi kimi qeybəti dinləmək qeybətdən 70 qat daha çirkin olduğu üçün, qeybət edən şəxslərdən qaçmaq, ya da onlarla əlaqəni kəsmək ən yaxşı olacaqdır.
c) Lazım olan halda dualarda, lazım olanda da münacatlarda, xüsusilə qeybət mühitlərində nəfsi qorumaq və qeybətin şərindən uzaq qalmaq üçün Allahdan yardım dilənməlidir. Necə ki Əhli-beyt (ə) də bəzi dualarda belə etmişlər.2
d) Yalnız haram olan qeybətlərdən deyil, caiz olan qeybətlərdən belə çəkinmək lazımdır. Çünki bir şeyin caiz olması, o şeyin mütləq edilməsi anlamına gəlməz.
Allah razılığını göz qarşısında saxlayaraq, nəfsi islah etmək məqsədilə caiz olaraq bilinən yerlərdə də qeybət etməməyə çalışmaq, uyğun bir davranış olacaqdır. Çünki, nəfs və şeytan, bu cür yerlərdə bəzi fitnələrlə pusquda gözləyər və insanı asanca aldadarlar.
O halda başqalarının pisliklərindən çox yaxşı istiqamətləri göz önünə gətirməli və bundan ibrət götürməlidir.
Rəvayət edirlər ki, bir gün Həzrət İsa (ə) həvariləriylə birlikdə bir it leşinin yanından keçirdi. Həvarilər, «Bu leş nə qədər də murdar iy verir!» dedilər. Bunu eşidən Həzrət İsa (ə) belə cavab verdi: «Dişləri nə qədər də ağdır!»1
Bu hadisədə Həzrət İsa (ə) ətrafındakılara, bir it leşində belə yaxşı xüsusiyyətlər ola bildiyini vurğulamaqdadır.
Dostları ilə paylaş: |