6-cı yol: Qeybətin bir cür günaha təşviq olduğunu düşünmək:
Qeybət yalnız tək tərəfli bir günah deyil. Bu günahı həm izah edən, həm də dinləyənlər ortaqdır. Bir kimsənin qüsuru bir və ya daha çox kimsəyə çatdırıldığında yalnız onlar günah işləməklə qalmaz, buna bir də haqqında qeybət edilən kimsənin edəcəkləri də əlavə olunur. Belə ki, haqqında qeybət edildiyini eşidən kimsə, intiqam almaq və ya başqa səbəblərdən ötəri qeybətə qeybətlə cavab vermək istəyər. Bu da günaha təşviş sayılar. Başqa sözlə insan, bunun dünya və axirət günahını da düşünmək məcburiyyətindədir.
Insan necə öz qüsurlarının örtülü qalmasını istəyirsə, başqalarının qüsurlarına da eyni gözlə baxmalı, örtməli ya da heç olmasa kimsəyə açmamalıdır.
Nə qədər insanlar vardır ki, xalq arasında zahiri davranışlarından ötəri sevilib sayılırlar. Eyni kəslər, bəzən bəşəri zəifliklərindən ötəri gizli qüsurlar edərlər, bəzən peşman olarlar, bəzən də tövbə etməyi gecikdirərlər. Bu cür qüsurları fərq edən bir kimsə, hər şeydən əvvəl özünü də düşünməli, kimsənin şəxsiyyəti ilə oynamamalıdır. Çünki insan öz qüsurlarınında gün üzünə çıxmasını və ya bu qüsurlardan ötəri insanlar arasında alçaq olmağı istəməz. O halda insan özü üçün nə düşünürsə, başqaları üçün də onu düşünməlidir.
Çox təəssuf ki bəzi insanlar, xüsusilə din mövzusunda İslamı əsasları deyil, şəxsləri əsas götürürlər. Başqa sözlə hörmət etdikləri bir kimsənin kiçik də olsa bir günah işlədiyini eşitdiklərində bunu özlərinə bir bəhanə olaraq göstərər, eyni günahın daha ağırını etməyə başlarlar. Bu isə, günaha təşviqin ən aşkar nümunəsidir. Necə ki, İmam Əli (ə) günahın ifşa edilməsini qınayan bir hədisdə belə buyurmaqdadır: «Xəyanətlərin ən çirkini sirri, gizlidə olanı ifşa etməkdir».1
Dostları ilə paylaş: |