QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


«Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir



Yüklə 0,92 Mb.
səhifə64/80
tarix17.02.2022
ölçüsü0,92 Mb.
#114520
1   ...   60   61   62   63   64   65   66   67   ...   80
«Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)». (Ali İmran 54). Bu ayə Yəhudilərin İsa – əleyhissəlam – ı öldürmək istədikləri üzərinə nazil olmuşdur. Xain Yahuza adında biri İsa – əleyhissəlam – ı öldürmək üçün onu təqib edənlərlə birlikdə (İsa – əleyhissəlam – ın) olduğu yerə gəlir. Lakin Allah - subhənəhu və təalə - İsa – əleyhissəlam – ı səmaya yüksəldir. Xain Yahuzanı isə İsa – əleyhissəlam – a bənzədir. Xain Yahuza evi axtarıb İsa – əleyhissəlam – ı orada tapmadıqda çölə çıxır. Onunla gələnlər Yahuzanın İsa – əleyhissəlam – olduğunu görüb bu inancla onu öldürürlər303. İbn Cərir, Mücahid – rahmətullahi aleyhi – dan rəvayət edir ki: “Onlar İsa – əleyhissəlam – a bənzəyən birini asdılar. İsa – əleyhissəlam – isə diri olaraq səmaya qaldırıldı”.

Bu ayələr İsa – əleyhissəlam – ın diri olmasının və Qiyamət əlamətlərindən biri olmasının dəlilidir. Məryəm oğlu İsa – əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. «Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o Qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). İbn Abbas - radıyallahu anhu – ayə haqqında deyir ki: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Məryəm oğlu İsa – əleyhissəlam – ın ölümündən öncə” deməkdir304. Əbu Malik – rahmətullahi aleyhi – deyir ki: “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin”: Bu İsa – əleyhissəlam – ın nüzulundan sonra olacaqdır. Məryəm b. Isa – əleyhissəlam – ölmədən öncə Əhli Kitabdan hər biri mütləq ona iman gətirəcəkdir” dedi. İbn Cərir – rahmətullahi aleyhi – deyir ki: “Bu görüşlər içində doğru olanı birinci görüşdür: İsa – əleyhissəlam – ın nüzulundan sonra Əhli Kitabdan, İsa – əleyhissəlam – ın ölümündən öncə ona iman etməyən kimsə qalmayacaqdır” deyənləri görüşüdür305.

O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”. (Ali İmran 46). (Ya Rəsulum!) Xatırla ki, o gün (Qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...”. (Məryam 110). İbn Zeyd – rahmətullahi aleyhi – birinci ayənin təfsirində deyir ki: “Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...” İsa – əleyhissəlam – onlarla beşikdə ikən danışmışdır və Dəccəli öldürdükdən sonra cavan ikən onlarla danışacaqdır”306. Sələbi – rahmətullahi aleyhi – deyir ki: “Yetkin çağında da” İsa – əleyhissəlam – yer üzünə yetkin olaraq enəcəkdir”. İbn Cərir – rahmətullahi aleyhi – deyir ki: “Bu nəql etdiklərimiz bütün təfsir əhlinin görüşüdür. Ayəni hamısı belə təfsir etmişlər”307.

Şübhəsiz ki, o, (İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir. Ona (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!”. (əz-Zuhruf 61). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, o, (İsanın zühuru) Qiyamət saatı üçün bir əlamətdir” ayəsi haqqında: Məryəm oğlu İsa – əleyhissəlam – Qiyamət günündən öncə nüzul edər”308.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin