Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə59/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   55   56   57   58   59   60   61   62   ...   166

ELMİ SİRLƏR


Quranın Yerin kürəvi olmasına işarələr vurması haqqında müxtəlif fikirlər söylənilmişdir ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

1. Seyid Şəhristani Məaric surəsinin 40-cı ayəsi haqqında yazır:

“Allahın şərqlərə və qərblərə and içməsi şərq və qərbin çoxluğunu göstərir. Yeni kosmologiya da bunu sübut edir. Çünki Yerin kürəşəkilli olması hər an müşahidəçiyə nisbətdə Yerin bir nöqtəsinin şərq, digər nöqtəsinin isə qərb olduğuna gətirib çıxarır. Deməli, şərq və qərbin çoxluğu Yerin kürəşəkilli olması fikri ilə uyğun gəlir”.

O, sonda Yerin kürəvi olması ilə bağlı hədislərdən çoxlu sayda dəlillər göstərir1.

2. Təfsirçilər “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri ilə bağlı iki ehtimal irəli sürmüşlər:

a) Günəş hər gün yeni bir nöqtədən çıxır və yeni nöqtədə batır. Buna görə də ilin günlərinin sayı qədər şərq və qərb mövcuddur. Onlar bu fikri əsaslandırmaq üçün həzrət Əlinin (ə) İbn Kəvvanin sualına verdiyi “365 şərq və qərb vardır” kəlamına istinad edirlər.

b) Yerin müxtəlif nöqtəsində şərq və qərb fərqlidir. Bəzən bir nöqtənin şərqi eyni zamanda digər nöqtənin qərbidir. Şərqlər və qərblər ifadəsi də üfüqlərin fərqlənməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, Əraf surəsinin 137-ci ayəsi ikinci şərhə daha uyğundur. “Təfsiri-nümunə”də bu haqda yazır:

“Yerin şərqləri və qərbləri ifadəsi Fironun hakimiyyətində olan geniş əraziləri nəzərdə tutur. Çünki kiçik ərazilərdə fərqli şərqlər və qərblər, üfüq fərqlilikləri olmur. Lakin geniş ərazilərdə Yerin kürəvi olması ilə əlaqədar üfüqlər də fərqli olur”1.

Saffat surəsinin 5-ci ayəsində isə hər iki ehtimal keçərliliyi ilə yanaşı digər ehtimal da əlavə etmək olar.

Birinci: Günəşin hər gün yeni bir nöqtədən çıxması.

İkinci: Yerin kürəviliyi ilə əlaqədar fərqli şərqlərin mövcudluğu.

Üçüncü: Müxtəlif ulduzların şərqləri.

Hər halda məlum ayə Yerin kürəvi olması və şərqləri haqqındadır2.

3. Bəzi müasir yazıçılar hər üç ayəni Yerin kürəşəkilli olması ilə əlaqələndirir və bunu Quranın elmi möcüzəsi hesab edirlər3.

Mühəndis Sadat4, Şeyx Əhməd Muhyiddin əl-Əcuz5 və Şeyx Nəzih əl-Qəmiha6 da məlum ayədən (Məaric, 40) Yerin kürəvi formada olduğunun başa düşüldüyünü önə çəkmişlər.


YEKUN

Qeyd olunan ayələrlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır.

1. “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri tam olaraq Yerin kürəvi olduğunu göstərmir. Yəni birbaşa “Yer kürəvidir” demir. Lakin şərqlər və qərblərin mövcudluğu Yerin kürəvi formada olmasını tələb edir. Deməli, qəti olaraq bu ayələrin Quranın elmi möcüzəsi olduğunu söyləmək olmaz. Bu incə ifadələrin elmi məsələlərə də işarə vurduğunu desək daha dəqiq olar. Çünki şərqlər və qərblərin mövcudluğu hər bir müşahidəçi üçün hiss olunandır. Bu heç kimin gətirə bilməyəcəyi bir möcüzə deyil.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin