Referat elmi rəhbər : Dos. M. A. Rzayev tələbə : D. Xudiyev baki-2013 plan: Giriş



Yüklə 478,82 Kb.
səhifə1/10
tarix01.01.2022
ölçüsü478,82 Kb.
#103071
növüReferat
  1   2   3   4   5   6   7   8   9   10


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Fakültə : “Biznes və Menecment”.

İxtisas : “Biznesin idarə edilməsi”.

Kafedra : “Iqtisadi nəzəriyyə”.

Kurs : “I”.


Qrup : “7”.

Fənn : “Iqtisadi nəzəriyyə” .

“Dövlət fiskal siyasəti və onun həyata keçirilməsi yolları” .

Mövzusunda :



REFERAT

Elmi rəhbər : Dos. M.A. RZAYEV Tələbə : D.XUDIYEV

BAKI-2013

PLAN:


  1. Giriş.

  2. Fiskal siyasətin məzmunu.

  3. Fiskal siyasətinin həyata keciriləsi yolları.

  4. Nəticə.

ƏDƏBİYYAT:

  1. Iqtisadi nəzəriyyə . Bakı 2001.

  2. Iqtisadi nəzəriyyə . BBU. Bakı 2003.

  3. Iqtisadi nəzəriyyə. Makroiqtisadiyyat. Bakı 2009.

  4. Iqtisadi nəzəriyyə. Makroiqtisadiyyat. BBU. Bakı 2013.

  5. S.İbadov. İqtisadiyyat (İqtisadi nəzəriyyə). Bakı 2008.




  1. Q.Menkyu. Ekonomiksin əsasları. ADIU nəşri.Bakı 2009.




  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu.

  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.




  1. M.C.Atakişiyev,H.M.Abbasov,N.H.Abbasova.Mikro və Makroiqtisadiyyat. ADNA nəşri.Bakı 2010.




  1. Kəlbiyev.Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənilməsi problemləri.Elm. Bakı 2005.

11)Stephen G. Cecchetti – Problems with fiscal policy.

12) McGraw – Hill Irwin 2005 – Fiscal policy (chapter 12).

Giriş

XÜLASƏ:


Mən planda da qeyd etdiyim kimi mözunu əsasən iki istiqamətdə təşkil edəcəm. İlk öncə fiskal siyasətin mahiyyətini aşıqladıqdan sonra, fiskal siyasətin necə həyata keçirildiyini, əsasən fiskal siyasət həyata keçirilirkən hansı mümkün hallardan istifadə edildiyini nəzərdən keçirəcəm. Fiskal siyasətində dəyişiklik etməklə məcmu tələbin və məcmu təklifin necə idarə olunduğunu göstərməklə fiskal siyasəti daha geniş şəkildə izah olunacağını nəzərə almışam. Fiskal siyasət mövzusunu daha yaxşı başa düşmək məqsədilə bu hissədə alt başlıq kimi dövlət gəlirləri və xərcləri mövzusuna da toxunduqdan sonra fiskal siyasətin qiymətləndirilməsi zamanı bu siyasətin çatışmazlıqları haqqında da informasiyaya yer ayırmağı məqsədə uyğun görürəm.

İkinci hissədə iqtisadi tarazlığın təmin edilməsində fiskal yəni büdcə-vergi siyasətinin Azərbaycanda necə həyata keçirildiyini müzakirə edəcək və fiskal siyasətin əsas alətlərindən olduğuna görə Azərbaycanın büdcə sistemini və həmçinin neft və qeyri-neft vergi sistemlərini də nəzərdən keçirməyi nəzərdə tuturam.

Və nəticə olaraq hal-hazırda büdcə-vergi siyasətinin reallıqlarına öz fikrimi bildirərək, bu siyasətdə hər addımı müsbət yaxud mənfi hal kimi qiymətləndirərək öz mövqeyimi bildirmişəm.

Maliyyə-vergi münasibətləri ilə əlaqədar olan məhfum- lardan biri fiksal siyasətdir. Bu siyasət hökumətin iqtisadi siyasətinin tərkib hissəsidir. Fiksal siyasəti dedikdə, dövlət xərcləri və vergiləri sahəsində həyata keçirilən iqtisadi siyasət nəzərdə tutulur. Fiksal siyasət dövlətin müəyyən məqsədlərə çatmaq üçün istifadə etdiyi maliyyə tədbirləri kompleksidir. Dövlət iqtisadiyyatı sabitləşdirmək, məşğulluğu təmin etmək, inflyasiyaya qarşı mübarizə etmək, iqtisadi artımı sürət- ləndirmək və s. məqsədilə müəyyən tədbirlər həyata keçirir. Bu tədbirlərə iqtisadiyyatda dövlət bölməsinin inkişafını da aid etmək olar. Fiksal siyasət bilavasitə və dolayı yollarla həyata keçirilir. Dövlət büdcəsindən təkrar istehsalı təmin etmək, dövlət kapital qoyuluşlarını genişləndirmək, infrastrukturanı inkişaf etdirmək, məhsul və xidmətləri satın almaq və s. üçün istifadə edilməsi bilavasitə bu üsulla aid edilir. Dövlət, vergi siyasətindən istifadə edərək iqtisadiyyata dolayı (balavasitə) təsir göstərir. Dövlət fiskal siyasət vasitəsilə cəmiyyətin məcmu tələbini tənzimləyir. Bununla da tələblə təklif arasındakı nisbətin tənzimlənməsinə təsir göstərir.

Fiksal siyasətin nəzəri əsasları görkəmli ingilis iqtisadçısı C.M.Keyns tərəfindən işlənib hazırlanmış və digərləri tərəfindən inkişaf etdirmişdir. Keynsin nəzəriyyəsinin başlıca ideyası verginin iqtisadiyyatın tənzimlənməsinin və onun inkişafının əsas aləti olmasından ibarətdir. Buna görə də C.M.Keyns vergini məcmu tələbin artımının, müvafiq olaraq real ümumi milli məhsulun artımını əsas amili hesab edirdi.

Monetarizm nəzəriyyəsinə əsasən (M.Fridman, F.Keyqan, F.Xayek–1970-1980-cı illər) vergi digər kompo- nentlərlə yanaşı, pul tədavülünə təsir edir, onların vasitəsilə tədavüldən artıq miqdar pul çıxarılır. Bununla iqtisadiyyatın inkişafının əlverişli olmayan amilləri azalır.

İqtisadi təklif nəzəriyyəsində (A.Laffer, M.Feldstayn, M.Evans – 1970-1980-cı illər) əvvəlki iki nəzəriyyə kimi, vergi iqtisadi inkişafın və iqtisadi tənzimlənmənin ən mühüm amili hesab olunur. Bu nəzəriyyəyə əsasən verginin azaldılması sahibkarlıq və investisiya fəaliyyətinin sürətli artımına səbəb olur. Bu nəzəriyyə ilə əlaqədar A.Laffer büdcə gəlirinin vergi dərəcəsinin vəziyyətindən riyazi asılılığını müəyyən etmişdir.

A. Lafferə görə, vergilərin ixtisarı milli istehsalın və gəlirin artmasına səbəb olur, öz növbəsində büdcəyə vergi toplanmasını azaltmır və büdcə kəsirinə səbəb olmur, daha az vergi dərəcəsi vergi bazasını genişləndirmək hesabına büdcəyə daxil olmaların artmasını təmin edir.

Müasir dövrdə dövlət fiskal siyasətin əsas istiqamətlərini həyata keçirməklə maddi və pul resurslarının daha çox hissəsinin öz əlində cəmləşdirir və ölkə iqtisadiyyatının ən vacib problemlərinə sərf edir.

Azərbaycanda bazar iqtisadiyyatı şəraitində dövlət vergi siyasətini daha da gücləndirməklə, fiskal siyasətin həyata keçirilməsinə güclü baza yaradır.

Artıq respublikada ümumi daxili məhsulun 45 faizi dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülür. Xüsusilə, respublikada son dövrdə birbaşa və dolayı vergilərin dərəcələri tənzimlənmiş və onların büdcəyə daxil olması mexanizmi təkmil- ləşdirilmişdir.

Azərbaycanda dövlət büdcəsi kəsirli olsa da, dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasında nisbətin tənzimlənməsində fiskal siyasət mühüm rol oynayır. Fiskal siyasət maliyyə-büdcə siyasəti kimi də səslənir və qiymət, pul-kredit və digər siyasət formaları ilə qarşılıqlı surətdə əlaqədardır.

Azərbaycanda dövlətin fiskal siyasətinin həyata keçirilməsində vergi sisteminin təkmilləşdirilməsi xüsusi rol oynayır.

Azərbaycanda büdcəyə vergi daxilolmalarının həcmini aşağıdakı qaydada artırmaq olar:

1. Vergi ödəyicilərinin sayını artırmaqla;

2. Dolayı vergi ödəyən obyektlərin sayını artırmaqla;

3. Birbaşa və dolayı vergi qoyuluşunda vergi dərəcələrini artırmaqla.
Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsində yuxarıda göstərilən istiqamətlərin xüsusi rolu vardır.

Vergi ilə əlaqədar vergi bəyannaməsi və vergi mədəniyyəti anlayışlarına da rast gəlmək mümkündür. Vergi mədəniyyəti dedikdə, vergi orqanları tərəfindən müəyyən edilmiş vergilərin tam və vaxtında ödənilməsi və vergidən yayınanlara qarşı fəal mübarizə aparılması nəzərdə tutulur. Vergi mədəniyyətinin yüksək olması, vergidən yayınmaların azalması və büdcəyə vergi daxilolmalarının artmasına səbəb olur.




Yüklə 478,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin