Vergi Bəyannaməsində cəmiyyət üzvləri özlərinin illik gəlirləri və xərcləri haqqında vergi orqanlarına hesabat təqdim edirlər. Bu Bəyannaməni əsasən kommersiya fəaliyyəti ilə məşğul olanlar, əsas iş yerindən kənarda məşğul olanlar, sərbəst əmək fəaliyyəti ilə məşğul olanlar və s. təqdim edirlər. Əsas iş yerindən başqa yerdə məşğul olmayanlar, Bəyannamə təqdim etmirlər.
Müasir vergi sisteminin yenidən qurulması ziddiyyətli xarakter daşıyır. Vergi stimullaşması iqtisadiyyata, inflya- siyanın sürətinin azaldılmasına müsbət təsir göstərir. Lakin işsizlik, stuasir, böhranları, ekoloji böhranlar kimi mənfi hallar qalmaqdadır. Bütövlükdə qeyd etmək olar ki, hər bir dövlətin vergi sistemi müxtəlif məqsədli, çoxsaylı, cürbə-cür vergilərdən ibarət mürəkkəb mexanizmdir.
Lakin, bir ölkənin vergi sistemi, digər ölkənin vergi sistemindən daha səmərəli olur. Sistemin keyfiyyətini qiymətləndirmək üçün, adətən, aşağıdakı meyarlardan istifadə olunur:
- İqtisadi neytrallıq vergi sisteminin səmərəliyini əks etdirir. Bu meyarın köməkliyi ilə vergilərinin istehlakçı və istehsalçıların bazar davranışına, həmçinin, resurslarının bölgüsünün səmərəliyinə təsiri qiymətləndirilir.
- Təşkilati sadəlik vergi sisteminin işlənməsinə, o cümlədən, vergilərin yığılmasına xərcləri müəyyənləşdirir.
- Öhdəliklərinin bərabərlikləri müxtəlif iqtisadi vəziyyədə olan vergi ödəyicilərini onların anadangəlmə keyfiyyələrinə görə deyil, faliyyətlərinin nəticələri ilə bağlı müəyyən meyarlara görə differansiasiyasını nəzərdə tutur.
Müxtəlif ölkələrin müxtəlif dövrlərdə həyata keçirdikləri iqtisadi siyasətin tərkib hissələrindən biri də vergi siyasətidir. Vergi siyasəti dedikdə, vergi dərəcələrinin və vergi alınma səviyyəsinin dəyişdirilməsi, vergi üzrə güzəştlər, amortizasiya ayırmalarının sürətləndirilməsi və s. nəzərdə tutulur. Dövlət özünün vergi siyasəti vasitəsilə təkrar istehsal prosesinin fazalarına, iqtisadiyyatda quruluş dəyişiklərinin həyata keçirilməsinə, elmi-texniki tərəqqinin sürətlənməsinə təsir göstərir. Buna görə də vergiqoymada vergi dərəcəsinin həcmi böyük rol oynayır.
Vergi dərəcəsi – hər bir vergi obyektinə görə (əmək haqqının, daşınmaz əmlakın hər bir vahidinə düşən verginin miqdarı) hesablanan vergi ayırmalarının kəmiyyətidir.
Fiskal siyasət – dövlət xərclərinin vergilər vasitəsilə tənzimlənməsi əsasında, ölkədə məşğulluq və inflyasiya proseslərinin nizamlanması məqsədilə hökumətin həyata keçirdiyi müəyyən tədbirlər sistemidir. Bu siyasət dövlət büdcəsinin gəlir hissəsinin yerinə yetirilməsi üçün vergi dərəcələrində konkret şəraitin tələblərinə uyğun dəyişikliklər edilməsini nəzərdə tutur. Fiskal siyasət üsulları ilə dövlət iqtisadi proseslərə müdaxilə edir və büdcə gəlirlərinin toplanmasına təsir göstərir. Bu siyasət bütövlükdə dövlətin gəlir və xərclərini əhatə edən tədbirlər sistemi kimi səciyyələndirilir.
Fiskal siyasətin nəzəri əsasları C.M.Keyns tərəfindən işlənib-hazırlanmış və onun məktəbinin nümayəndələri tərəfindən sonralar daha da təkmilləşdirlilmişdir. Onlar cəmiyyətdə məcmu tələblə məcmu təklifin qarşılıqlı tənzimlənməsində, dövlətin rolunun mühüm əhəmiyyətə malik olduğunu göstərmişlər. Öz fiskal siyasətləri ilə müxtəlif ölkələrin hökumətləri çalışırlar ki, milli iqtisadiyyatda gəlirlərlə vergilər arasında müəyyən bir əlaqələndirmə, yaxud tənzimləmə olsun, habelə bu proseslər dövlət səviyyəsində idarə edilsin. Fiskal siyasətin ölkə iqtisadiyyatının konkret tələb və imkanlarına əsaslanaraq həlli yollarının axtarılması, bir tərəfdən büdcədə balanslaşdırma yaratmağa imkanlar açır, digər tərəfdən isə bu siyasət vasitəsilə makroiqtisadi səviyyədə balanslaşdılırmaya yönəldilmiş səyləri gücləndirir. Bu siyasət, dövlət xərcləri ilə dövlət gəlirləri arasında iqtisadi inkişafın sabitliyini təmin etmək baxımından mühüm rol oynayır.
Dövlətin fiskal siyasətinin əsas vasitələri kimi qanunvericilik əsasında fəaliyyət göstərən vergi dərəcələri və gömrük tariflərinin dəyişdirilməsindən, onların sayının və konkret növlərinin genişləndirilib-məhdudlaşdırılmaşından, yaranmış konkret vəziyyətdən asılı olaraq, dövlətin müxtəlif təyinatlı xərclərinin istiqamətlərinin cəmiyyətin ümumi mənafe, habelə inkişafının daha mühüm problemlərinin həllinə yönəldilməsində istifadə olunur.
Fiskal siyasətin mahiyyəti və onun həyata keçirilməsi haqqında iqtisadi
nəzəriyyədə müxtəlif fikirlər, fərqli mövqelər vardır. Keynsçi istiqamətinin tərəfdarları, ölkənin iqtisadi inkişafını irəlilətmək üçün səmərəli tələb yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışmışlar. Bu yolda onlar məcmu tələbə və istehsalın real həcminin artmasına mane olan vergilərin tədricən ixtisar olunmasını irəli sürürlər. Onların fikrincə, ölkədə vergilərin artırılması son nəticə etibarilə şirkətlərin və əhalinin sərəncamında qalan gəlirlərin azalmasına, deməli, məcmu xərclərin, məhsul buraxılışının, məşğulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olur.
«Təklif iqtisadiyyatı» nəzəriyyəsi tərəfdarları isə ölkədə vergilərin azaldılması və onun dərəcələrinin aşağı salınmasına dair dövlətlərin fiskal siyasətinə başqa bir mövqedən yanaşaraq göstərirlər ki, əksinə vergilərin enməsi xəttinin həyata keçirilməsi, məcmu təklifin artmasını təmin edən amil rolunu oynayır. Çünki ölkədə vergi yükünün azaldılması tədbirləri gəlirlərin artmasına səbəb olduğundan: a) əhalinin yığımının (əmanətlərinin) həcmini genişləndirir; b) biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli investisiya şəraiti yaratdığından, onların mənfəətini artırır. Nəticə etibarilə, vergilərin azaldılması meyli iqtisadiyyatın və milli gəlirin artmasını təmin edir. Beləliklə, istehsalın və gəlirlərin artması prosesi nəinki vergi ödənişlərini aşağı salır, əksinə vergi dərəcələrinin azalması meyli, bu işin normal təşkili sayəsində dövlət büdcəsinə əlavə vəsait gətirə bilir. Bu səbəb-nəticə xarakterli hadisə ABŞ iqtisadçısı A.Lafferin tədqiqat və araşdırmaları nəticəsində müəyyən olunduğundan, «Laffer effekti» adlanır.
Dövlətin iqtisadi siyasətinin və həyata keçirdiyi tədbirlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, onun tərkib hissəsi sayılan fiskal siyasət xətti, ölkə iqtisadiyyatında nisbi ümumi sabitlik, iqtisadi artım, işgüzar fəallıq yaratdığı kimi, eyni zamanda tamamilə başqa nəticələrə gətirib çıxara bilər. Müxtəlif ölkələrin, o cümlədən də istər yüksək inkişaf etmiş dövlətlərin, istərsə inkişaf etməkdə olan ölkələrin, nəhayət postsosialist-postsovet məkanında formalaşmış və keçid dövrünü yaşamış yeni müstəqil dövlətlərin təsərrüfat həyatı təcrübəsi bunu təsdiq edir.
Bütün dövlətlər üçün səciyyəvi olan fiskal siyasət vasitəsilə yaradılan pul və maddi fondlar ölkənin müvafiq hakimiyyət orqanlarının daxili-xarici vəzifələrini yerinə yetirməsinin mühüm şərtidir. Fiskal (büdcə-vergi) siyasəti dövlət xərclərinin və vergilərin dərəcələrinin dəyişdirilməsi yolu ilə ölkənin təsərrüfat həyatının tənzimlənməsi sistemidir. İqtisadi qeyri-sabitliyin, inkişaf templərinin davamlılığının, əhalinin məşğulluğunun təmin edilməsinin, inflyasiyanın nəzarətdə saxlanmasının tənzimlənməsi məqsədlərinə yönəldilən fiskal siyasətin: diskret və avtomatik kimi iki tipi vardır. Dövlətin mülahizəsinə və iqtisadi siyasətinə uyğun olaraq həyata keçirilən çevik, fəal, dəyişkən fiskal siyasət - diskret tip adlanır. Fiskal siyasətin avtomatik tipi isə passiv xarakter daşıyaraq, vergi dərəcələrinin sabitliyi şəraitində iqtisadiyyatda baş verən təbii yüksəliş-enmələrlə bağlıdır. Ona görə də fiskal siyasətinin bu tipi, eyni zamanda prosesin öz-özünü tənzimləməsi, əvvəlcədən müəyyənləşmiş, yaxud qeyri-diskret hal kimi xarakterizə olunur.
Fiskal siyasətin diskret və avtomatik tiplərinin səciyyəvi cəhətlərini aşağıda verilən sxemdən görmək olar:
Dostları ilə paylaş: |