Referat tmtq 0801 qrupunun tələbəsi Novruzova Aida Yaşar qızı Bakı 2011



Yüklə 71,42 Kb.
səhifə8/12
tarix05.01.2022
ölçüsü71,42 Kb.
#111296
növüReferat
1   ...   4   5   6   7   8   9   10   11   12
Informasiya mühiti –müəssisənin səmərəli idarə edilməsini təmin etmək üçün lazım olan daxili və xarici informasiyaların məcmusudur.

Sahibkar üçün idarəetmənin səmərəliliyi yeni ideyaları həyata keçirmək və bu əsasda maksimal gəlir əldə etmək üçün səmərəli qərar qəbul etmək deməkdir.

Informasiya mühiti iki hissəyə bölünür: virtual və real. Virtual mühit insanın onu əhatə edən dünyanı dərk etmə nöqteyi-nəzərindən sərhədə malik deyil. Real mühit sahibkarın instrumental vasitələrdən istifadə etmə səviyyəsindən asılı olan mühitdir. Real informasiya mühitində sahibkarlar həm ənənəvi vasitələrdən, həm də yeni texnologiyalardan istifadə edə bilərlər. Ənənəvi vasitələr telefon kitabçasının, reklam vasitələrinin, müxtəlif növ müsabiqələrin elan edilməsi nəticəsində görüşlərin təşkili, danışıqlar və bilavasitə müqavilələrin bağlanması yollarını istifadə etməklə sifarişçilərin axtarılmasını nəzərdə tutur.

Müəssisəyə informasiya texnologiyalarının inteqrasiyasının həyata keçirilməsinin bir çox variantları mövcuddur və bunlar onun qarşısında müxtəlif strateji imkanlar açır.

Strateji uyğunluq informasiya texnologiyalarının strateji təsiri müxtəlif sahə və firmalarda , hətta ayrıca götürülmüş müəssisədə də müxtəlifdir.

Korporativ mədəniyyət. Təşkilatın sərvətlərində təcəssüm edilir və onun strateji proseslərində əks etdirilir.

Texnoloji keçid. IT – nin sürətli inkişafı onların idarəetmədə tətbiqinə tələbatı artırır. Bu məsələyə etinasız yanaşma öz aralarında pis uyğunlaşan səmərəsiz “texnologiya adları” yaradır. Halbuki, yeni texnologiyaların tətbiqi bir çox hallarda müəssisənin fəaliyyətinin səmərəliliyinə birbaşa təsir edir.

Informasiya texnologiyalarının məqsədi idarə işçisinin əsas funksiyasına – qərar qəbuletmənin yerinə yetirilməsinə maksimum yaxınlaşmasıdır həmçinin firmada sahibkarlıq sirrinin qorunmasıdır. Informasiya texnologiyaları ixtisasçı istifadəçinin avtonom avtomatlaşdırılmış iş yerinin və şəbəkədə işinin təşkili üçün nəzərdə tutulub.

Kommersiya sahibkarlığı Azərbaycanda keçid dövründə ən çox inkişaf edən sahədir. Kommersiya sahibkarlığı alış və satış üzrə sövdələşmələr və əməiyyatlərla xarakterizə olunur. Kommersiya sahəsində çoxlu bacarıqlı sahibkar əmələ gəlmiş,xüsusi və fərdi sahibkarlıq daha çox inkişaf etmişdir. Hal-hazırda istehsal fəaliyyətində müəssisənin rentabelliyi 10-12% təmin olunursa,kommersiya fəaliyyətində rentabellik 20-30% və daha çox təmin edilir.

Kommersiya işləri ilə məşğul olmazdan əvvəl bazarın marketinq təhlilini yerinə yetirmək lazımdır. Əgər bazarın ilkin təhlili və proqnozlar kommersiya işlərinin həyata keçirilməsinin əhəmiyyətli olmasına ümid verirsə,sahibkar biznes-plan hazırlamalıdır. Biznes-planda kommersiya işlərinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı,tələb olunan xərclər və gözlənilən nəticələr əks olunmalıdır.

Azərbaycan Respublikasında yeni iqtisadi sistemə keçid istehsal-kommersiya fəaliyyətinin miqyasına görə sahibkarlığın subyektləri (kiçik, orta, iri, (korporativ) müəssisələr) arasında optimal nisbətin yaradılmasını zəruri edir. Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət,keyfiyyət və qarışıq(iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.

Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı,satışın həcmi,aktivlərin balans dəyəri meyarlarından istifadə olunur. Lakin qeyd etmək lazımdır ki,kiçik sahibkarlığın müəyyən olunmasında bunlar,habelə dövriyyə kapitalının kəmiyyəti,satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz. Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.

Sahibkarlığın “ölçüsünün” müəyyən edilməsinə keyfiyyət meyarlarına əsasən yanaşmada aşağıdakılardan istifadə edilir: istehsal olunan məhsulun (texnologiyalar,xidmətlər,nou-hau) az bir hissəsi;məhdud ehtiyatlar və istehsal gücləri;təsərrüfat fəaliyyətinin risk və innovasiya,peşəkar və çevik idarəetmə,tam iqtisadi məsuliyyət əsasında təşkili. Bu yanaşma qaydasında kiçik müəssisə dedikdə,sözün geniş mənasında onun daim inkişaf edən,dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilən,innovasiyalardan istifadə etmək imkanına malik olan subyekt nəzərdə tutulur.

İqtisadi yanaşma firmaya satılan əmtəələrin qiymətləri və həcminə əhəmiyyətli dərəcədə təsir etmək imkanı verməyən və çox da böyük olmayan satış bazarı;hüquqi sərbəstlik (mülkiyyətçi öz biznesinə özü nəzarət edir),biznesin idarə edilməsi və qərarların qəbul olunması prosesində mülkiyyətçinin özünün iştirak etdiyini nəzərdə tutan idarəetmə kimi meyarlara əsaslanır.

Müxtəlif məqsəd və vəzifələrə uyğun olaraq bu yanaşmaların hər hansı hər hansı birindən istifadə olunur. İqtisadi ədəbiyyatda və təcrübədə kiçik sahibkarlıq əsas etibarilə kəmiyyət meyarlarına əsasən müəyyən edilir.

İqtisadi ədəbiyyatda müəssisələrin həcmi adətən üç əsas əlamətlə müəyyən olunur: 1)işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri;3) əsas kapitalın(əsas istehsal fondlarının) dəyəri. Azərbaycan Respublikasının müvafiq qanunlarında və digər normativ-hüquqi sənədlərində keyfiyyət əlamətləri,məsələn,mülkiyyətin növündə müəyyən məhdudiyyətlərin qoyulması ilə tamamlanır. Kiçik sahibkarlığın subyektlərinə isə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan nizamnamə kapitalı müəyyən edilmiş normalara uyğun gələn təşkilatlar aiddir.

Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahibkarlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir. Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir. Ölkənin daxili bazarının demək olar ki,bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir,ölkədə siyasi mühitin sabitliyinə təsir göstərir. Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır. Orta və iri biznes üçün lazım olan ideyaların əsas hissəsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli, iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır. Əmtəə və xidmətlərin həm istehsalsalçısı,həm də istehlakçısı olan kiçik müəssisələr bazarın dəyişən konyukturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir.

Digər tərəfdən , kiçik sahibkarlıq öz fəaliyyətində xeyli dərəcədə daxili iqtisadi konyukturadan asılıdır. Odur ki,müvafiq tənzimləmə yolu ilə iri və kiçik müəssisələrin obyektiv imkanlarındakı fərqlərin “ bərabərləşdirilməsi”-nin zəruriliyi meydana çıxır. Kiçik müəssisələr bazarlar uğrunda öz ölkəsində olan müəssisələr və xarici kapitalla rəqabət mübarizəsi aparmaq məcburiyyətindədir. Bu, kiçik müəssisələrin dövlət tərəfindən müdafiə olunmasını zəruri edir. Başqa sözlə,dövlət ölkədə sabitliyin təminatçısı olan kiçik sahibkarlığı müdafiə etməkdə maraqlıdır.

Bazar iqtisadiyyatına keçid şəraitində cəmiyyətin yeniləşməsində oynadığı rola görə kiçik sahibkarlığın xüsusi müdafiəyə ehtiyacı vardır. Ölkəmizdə münasibətlərinin formalaşdığı müasir dövrdə kiçik sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynaya bilər. Dövlət kiçik sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur. Bundan başqa,kiçik biznesin fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli formasıdır.

Bununla yanaşı,qeyd etmək lazımdır ki,iqtisadiyyatın yenidən qurulmasının labüdlüyü obyektiv olaraq ona doğru aparır ki, ölkə vətəndaşlarının çox böyük hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə şəraitdə dövlətin kiçik sahibkarlığı ağıllı və məqsədyönlü surətdə müdafiə etməsi labüddür. Çünki bunlar yenin iş yerlərinin yaradılmasına,işsizlik səviyyəsinin aşağı düşməsinə,sosial gərginliyin aradan qaldırılmasına səbəb olur.

Bütün bunlar nəzərə alınmaqla,ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə çox böyük diqqət yetirilir. Bu məqsədlə iki dəfə-1997-2000-ci və 2002-2005-ci illərəi əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramı” qəbul edilmişdir. Hər iki proqramda nəzərdə tutulan vəzifələr demək olar ki,yerinə yetirilmişdir. Bununla da ölkəmizdə kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş,sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur. Kiçik və orta sahibkarlığa təhsil,informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənmişdir. Kiçik və orta sahibkarlığa maliyyə köməyi mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdür. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə “nəzarət kitabçası”nın tətbiqinə başlanmışdır.

Bazar münasibətlərinə keçid və onun formalaşması şəraitində risk sahibkarlığın ən mühüm elementi sayılır. Vaxtında risk etmək qabiliyyətinə malik olan sahibkar etdiyi bu fədakarlığa görə əlavə gəlir əldə edir. Risk dedikdə çox zaman hüququsuz fəaliyyətin yaradılması da başa düşülür. Bu anlayışın digər xarakterik cəhətləri də vardır. Risklərin xarakterik xüsusiyyətlərindən biri qarmaqarışıqlıq, gözlənilməzlik, inamsızlıq və təxmini fərziyyədir.

Risklərin nəticəsini aradan qaldırmaq üçün təkcə dərrakə və təcrübə deyil, həm də kifayət qədər maliyyə vəsaitlərinin olması da zəruridir. Konsultent firmalar , mal göndərənlər və podratçılar adətən risklərin konsepsiyası üçün məhdud pul vəsaitlərinə malik olurlar.

Bu və ya digər layihələrin yüksək dərəcədə risklərə malik olması işçiləri məcbur edire ki, onun aşağı salınması imkanlarını axtarsınlar. Risklərin azaldılmasının əsas vəsaitlərinə aşağıdakılar aiddir:


1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin