GEOSİNKLİNALLAR NƏZƏRİYYƏSİNİN İN-KİŞAF MƏRHƏLƏLƏRİ
Tektonosferin strukturunda hərəkətli- orogen qurşaqlara xüsusi yer verilir. Onlar məkanca tekto-nosferin başlıca struktur elementi olan okeanlar və qitələr arasında keçid zonalarını tutur, zaman etiba-rilə okeanlardan qitələrə keçidi göstərir.
Geosinklinallar nəzəriyyəsinin müəllifi Ameri-ka geoloqu Con Xoll (1857) göstərmişdir ki, dağ tikililəri dərin və enli çökəkliklər üzərində əmələ gəlir. Bu çökəkliklər böyük qalınlığa malik dəniz çöküntüləri ilə doldurulmuşdur.
Con Denen (1873) həmin tikililəri planetar mi-qyasına və sinklinal formasına görə geosinklinal adlandırmışdır. O vaxtdan bəri geosinklinallar nəzə-riyyəsi uzun və mürəkkəb inkişaf yolu keçmişdir.
Fransa tədqiqatçısı Emil Hauq (1900) geo-sinklinal və platforma məfhumu əleyhinə çıxan ilk tədqiqatçılardan biri olmuşdur. O, platformaları qitə
sahəsi adlandırmışdı. Belə ki, geosinklinalları okean-larla müqayisə edərək qeyd etmişdir ki, geosinkli-nallar üçün sadəcə dəniz yox, məhz dərin dəniz çöküntüləri səciyyəvidir.
Con Dena isə hesab edirdi ki, geosinklinal çökəkliklərlə yanaşı böyük qırıntı material mənbəi də olmalıdır. Bu isə qalxıntılar olan geoantikli-nallardır. Emil Hauq müasir geoanti-klinal qismində Aralıq Atlantik silsiləsini nümunə göstərmişdir.
Sonrakı onilliklərdə isveçrə geoloqları E.Arqan və R.Ştaub alp geosinklinallarının mezozoydakı və paleogendəki tarixini araşdıraraq göstərdilər ki, geosinklinallar mürəkkəb daxili quruluşlu çökəklik-lərdir. Burada onlar ensiz qalxıntılarla, yəni koldil-yerlərlə növbələşib.
Avstriya geoloqu L.Kober geosinklinal vi-layətlərdə dağ tikililərini bir- birindən ayıran daya-nıqlı qaymaları aralıq massivi kimi təklif etmışdır.
Bütün bu qeyd olunanlarla bərabər, keçən əsrin ikinci yarısında geosinklinal sistemlər, geosinklinal vilayətlər və s. terminlər qəbul edilmişdir. Bir qədər sonra sovet ədəbiyyatında V.Y.Xain, Y.M.Şeyn-mann (1960), və M.V. Muratov (1965) tərəfindən
geosinklinal qurşaq termini qeyd olunmuşdur.
Son zamanlar geosinklinal qurşaq termini əvə-zinə hərəkətli- orogen qurşaqlar termini qəbul olun-muşdur.
Hərəkətli- orogen qurşaqların inkişafında mü-hüm rol oynayan və mantiyaya qədər gedib çatan bir element, dərinlik çatlarıdır. Hərəkətli- orogen qur-şaqların bütün mühüm elementləri olan vilayətlər, sistemlər, qalxıntılar, aralıq massivləri bir- birindən belə çatlarla ayrılıb.
Dostları ilə paylaş: |