Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Regional geologiyanın əsas məsələsi



Yüklə 0,75 Mb.
səhifə2/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Regional geologiyanın əsas məsələsi Yer kür-rə­sinin ayrı- ayrı sahələrinin geoloji qu­ruluşunun hərtərəfli müqayisəli öyrənil­məsi, həmin sahələrin geoloji inkişafının tarixini və qanunauyğun­luqlarını müəyyən etmək, onlarda faydalı qazıntı təzahürləri və yataqlarının yayılması və formalaşmasının geoloji şəraitini aşkar etməkdir.

Regional geoloji tədqiqatlar, kom­pleks xarak-terə malik olub, özündə çöküntülərin strati­qrafiya ardıcıllığını və yaşını, litoloji tərkibini, toplanma şəraitini, effuzivlərin və intruzivlərin əmələgəlməsini, metamorfizmi, tektonik vahidləri (mükün qədər böyük dərinliyə qədər) və onların formalaşma mərhələlərini, həmçinin faydalı qazıntı yataqlarının və təzahürlərinin yerləş­məsinin geoloji şəraitini özündə cəmləşdirir.

Ərazinin geoloji quruluşunun qeyd olunan bütün bu aspektlərinin qarşılıqlı əlaqəsi və onların nəticələrinin ümuiləş­dirilməsi, regio­nun geoloji inkişaf tarixinin rekonstruk­siyasını aparmağa imkan verir. Bir sözlə, yerin müasir quruluşunun formalaş­masına gətirib çıxarmış geoloji prossesləri öyrə­nərək, tədqiq ounan regionda müvafiq faydalı qazıntı təzahürlərinin və yataqla­rının yerləşməsinin elmi proqnozunu ver­mək, onların axtarışının sonrakı istiqamət­lərini tövsiyə etmək imkanı yaranır.

Yer qabığının geoloji quruluşunun və inkişafı-nın dərk edilməsi sonrakı işlərin aparılması üçün, yə-ni, faydalı qazıntıların axtarışı, hidrogeoloji, mü-həndisi- geoloji və digər praktiki məsələlərin həllinə yönəlmiş tədqiqatlar üçün əhəmiyyət kəsb edir.

Regional geodoji tədqiqatların aparılma­sının əsas üsulu geoloji- planalmadır.

Faydalı qazıntı yataqlarının axtarışı ilə əlaqədar olaraq həmişə irimiqyaslı geoloji xəritələrə təlabat artır. Ona görə də regional geologiya qarşısında duran ən vacib məsələlərdən birincisi və ən vacibi bu tip xəritələrin tərtibi üçün geoloji baza yaratmaqdr.

Regional geoloji tədqiqatların nəticə­lərinin ümumiləşdi­rilməsi və mühüm qrafiki fiksasiya forması- geoloji xəritədir. Geoloji xəritə bu və ya digər rayonun geolji quruluşunun müstəvi modelidir. Belə xəri­tələr bilavasitə ya geoloji- planalma zamanı ya da əvvəllər tərtib edilmiş daha irimiqyaslı geoloji xəritələrin gös­təriciləri əsasında tərtib olunur.

Baxmayaraq ki, geoloji xəritə yer qabı­ğının struk-turunu əks etdirir, o həm də, eyni zamanda özündə cəmləşdirdiyi stratiqrafiya sütunları və geoloji kəsilsşlərlə təsvir olun­muş ərazinin geo­loji quruluşunu müəyyən dərinliyə qədər “oxumağa” imkan verir.

Regional geoloji tədqiqatlar o zaman ma­raqlı və keyfiyyətli olur ki, onlar quruluş xüsusiyyətləri ilə bir- birindən seçilən ərazi­ləri əhatə etmiş olsun.

Regional geoloji tədqi­qatlara cəlb olunan ərazi nə qədər geniş və quruluşca mürəkkəb olarsa, o zaman, müqayisə olunan geoloji vəziyyətlərin “spe-ktrləri də geniş olar, həm də alınan qanuna-uyğunluqların nəticə­ləri və məzmunu da tam olar.

Yer qabığının bütün sahələrinin regional- geoloji tədqiqatlar baxımından müqayisəli şəkildə

öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Yer qa-bığı çox miqdarda tektonik strukturlara malikdir. Bütün bu strukturların hərtərəfli- regional öyrənil-məsi son nəticədə elmi geoloji biliklərin zənginləş-məsinə gətirib çıxarır.

Yer qabığının dərinliklərində külli miqdar faydalı qazıntı yataqları vardır. Bunlardan bəziləri aşkar olunub, ancaq çox hissəsi hal- hazıra qədər aşkar olunmamış qalıb.

Bütün qeyd olunan bu və ya digər məsələlərin həll edilməsi üçün regional geologiya predmetinin tədris olunması və geoloji kadrların hazırlanması hal- hazırda mühüm əhəmiyyət kəsb edir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin