Cənubi Amerika massivi onu əhatə edən Sakit və Atlantik okeanları üzərində yüksəlmiş formada özünü göstərir. Massivin qərb kənarı boyu Çili- Peru dərin dəniz çuxuru uzun məsafəyə uzanır. Şərqdə bəzi yerlərdə, özünü zəif formada göstərən materik kənarı izlənilir.
Cənubi Amerika qitə massivinin sahəsi 17.6 mln. km2-ə bərabərdir. Okean səviyyəsindən hündür-
lüyü orta hesabla 580 m-ə çatır. Massiv şimalda Sakit okean hərəkətli- orogen qurşağı tərkibinə daxil olan Panama çıxıntısı ilə birləşir. Massivin mərkəz və şərq hissələri cənubi Amerika platforması ilə tutulmuşdur. Həmin sahədə Sakit okean hərəkətli- orogen qurşağının And dağları seqmentinin paleozoy,
mezozoy və kaynozoy çıxıntıları yerləşir.
Cənubi Amerika qitə massivi cənubi Amerika litosfer plitəsinin qərb hissəsinə müvafiq gəlir.
Afrika massivi onu əhatə edən Atlantik və Hind okeanlarnın dibi üzərində qalxmış formada özünü göstərir. Onu şimaldan Aralıq dənizi çökəkliyinin dərin su çuxurları əhatə edir. Materikin quru sahəsi 30 mln. km2 təşkil edir. Massivin okean səviyyəsindən orta hündürlüyü 650 m- ə qədərdir. Afrika qitə massivi Afrika litosfer plitəsinin şimal hissəsini tutur. Qitə massivi demək olarki, özünün quru sahəsində Afrika- Ərəbistan platforması ilə tam tutulmuşdur. Şimali- şərqdə platformanın Ərəbistan yarımadası hissəsi Asiya plitəsinə doğru uzanır. Ancaq şimali- qərbdə qitənin sərhəddi boyunca alp və hersin qırışıqlıq sistemi çıxıntıları yerləşir ki, bu da Aralıq dənizi hərəkətli- orogen qurşağının kənar hissələri kimi özünü göstərir.
Afrika qitə massivi üçün aktiv kaynozoy rift əmələgəlmələri səciyyəvidir ki, buda Afrika qitəsini Asiya qitəsindən ayıran qırmızı dəniz rift qurşağıdır. Hesab edilir ki, bu aktiv rift qurşağı mezozoyda Madaqaskar blokunun Afrika qitəsindən ayrılmasına
səbəb olmuşdur.
Dostları ilə paylaş: |