YER QABIĞININ STRUKTURLARININ TƏ-KAMÜLÜNÜN ÜMUMİ İSTİQAMƏTLƏRİ
Əvvəlki bölmələrdə qeyd olunduğu kimi, Yer qabığının müasir strukturlarının formalaşma tarixi kifayət qədər mürəkkəbdir. Qitə qabığının mantiya maddəsi diferensiasiya hesabına əmələ gəlməsi pro-sesi dönməzdir. Ona görə ki, bu qabıq okean qabığı ilə mü-qayisədə az sıxlığı ilə fərqlənir və ərinti təbiətə malikdir. Qitə qabığının üst hissəsinin denu-dasiya ilə dağıdılması yalnız onun materialının pay-lanmasına səbəb olur. Daşınma məhsulları qitələrin sualtı kənarlarında çökdürülür və yenə də qitə tərkibində qalır. Bu zaman qitə qabığı nazilir, ancaq onun inkişaf sahəsi böyüyür. Qitə qabığının yenidən əmələ gəlməsi iki pilləli prosesdir. Başlanğıcdan üst
mantiyanın (astonosferin) qismən əriməsi hesabına okean qabığı əmələ gəlir. Üst mantiyadan okean qa-bığının əriməsi silisiumlu, qələvili, nadir elementlər, radioaktiv elementlər, uçucu qazlar hesabına manti-yanın tərkibinin azalmasına səbəb olur. Bununla bərabər üst mantiya aşağıdan alt mantiyadan gələn material hesabına zənginləşir, xarici nüvənin ölçüsü artır.
Qabığın strukturunun təkamülü üçün maqma-tizmin və metamorfizmin təbiətində baş verən dəyiş-mələr xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bütün mövcudluğu dövründə yer maddəsinin ümumi təka-mülü və termodinamik rejimi ilə sıx əlaqədar olan yer qabığının strukturunun qanunauyğun istiqamət-lənmiş təkamülü baş verir.
Bakı Dövlət Universiteti
Ümumi və Tarixi geologiya kafedrası
Ə.M.Məmmədəlizadə
01.08.2019
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKA
(90 saatlıq dərs yükü üçün vəsait)
2019
Bakı Dövlət Universiteti
Ümumi və Tarixi geologiya kafedrası
Ə.M.Məmmədəlizadə
01.08.2019
Dostları ilə paylaş: |