Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


YER QABIĞININ STRUKTURLARININ TƏ-KAMÜLÜNÜN ƏSAS MƏRHƏLƏLƏRİ VƏ ÜMUMİ QANUNAUYĞUNLUQLARI



Yüklə 0,75 Mb.
səhifə87/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

YER QABIĞININ STRUKTURLARININ TƏ-KAMÜLÜNÜN ƏSAS MƏRHƏLƏLƏRİ VƏ ÜMUMİ QANUNAUYĞUNLUQLARI
İzotop geokimyası məlumatlarına görə ye­rin yaşı 4,8 mld. il təyin edilib. Onun mənşəi O.Yu. Şmidtin və Q. Yurinin təsvir etdiyi za­ma­ndan bəri verilir. Hesab edilir ki, əvvəllər yeri əhatə edən kütlə qaz- toz dumanı olan bərk və soyuq hissəciklərin aktivizasiya prossesi olmuş­dur. Duman­lıq ilk əvvəl-lər qaz olub, sonra kondensasiya nəticəsində qaz- toz halına keçib. Bu yerin erkən akkresiya fazası ilə bir zamanda baş verib. Əslində Yer planetinin əmələ

gəlməsinə gətirib çıxaran akkresiya özü daha tez baş verməli idi (100 mln. il həddində). Eyni zamanda yer maddəsinin kifayət qədər isinməsi və əriməsi ilə müşaiət olunmalı idi.

Yerin nüvəsinin əmələ gəlməsi zamanı haq­qın-da olan məsələ özü də mübahisəlidir. Heterogen akkresiyanın bir modelinə uyğun olaraq də­mir­- nik-kel nüvənin formalaşması kondensasi­yanın başlanğı-cı ilə bir vaxtda baş vermişdir. Bu yer metioritlərinə oxşayan nisbətən erkən kondensantların hesabına baş vermişdir. Yal­nız sonra bu nüvəyə daş metioritlərə müvafiq gələn silikat materialının yapışması başla-mış­dır. Sonra isə kömürlü xondritlər adlanan ma­te­rial əmələ gəlmiş, nəticədə yerin mantiyası formalaşmışdır.

Homogen akkresiyanın digər modeli nəzər­də tutur ki, yer planetinin akkumulyasiyası qaz- toz buludunda kondesiasiyanın sona çat­ma­sından sonra başlamışdır. Bu material ilk əvvəllər yerin bütün həcmində eyni dərəcədə paylanmış olub. Sonrakı dövrlərdə nüvə və mantiyaya ayrılması başlayıb.



Tədqiqatçılar Yer qabığının inkişafının bir- neçə mərhələsini ayırırlar. Yerin formalaşması tarixi

çox- çox uzaqlara gedib çıxır və bir- neçə mld. illə ölçülür. Həmin dövr geologiyaya qədərki mərhələ adlanır.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin