Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


YER QABIĞININ TEKTONİK RAYON-LAŞDIRILMASI PRİNSİPLƏRİ



Yüklə 0,75 Mb.
səhifə4/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

YER QABIĞININ TEKTONİK RAYON-LAŞDIRILMASI PRİNSİPLƏRİ
Tektonik rayonlaşdırma yer qabığının özünə məxsus cizgiləri ilə vilayətlərin və region­ların ayrilmasını nəzərdə tutur. Bir qayda olaraq rayonlaşdırma əlamətlərin məcmuuna görə aparılır. Bu əlamətlər yerin tərkibi, quruluşu və yaşıdır. Rayonlaşdırma bir qayda olaraq geomorfoloji, geofiziki, geokimyəvi və digər müşahidə üsul­larının köməyi ilə aparılır.

Tektonik rayonlaşdırma əvvəldən nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq yer qabığının bu və ya digər sahəsinin modelini yaratmağa imkan verir. Obyektlərin fərdi xüsusiyyətlərinin ümumləş-dirilməsi dərəcəsindən asılı olaraq tektonik strukturların modeli bir- birindən fərqlənir. Ümumən,

materiklərin tektonik rayonlaşdırılması zamanı növbəti prinsplərdən geniş istifadə olunur: struktur- geomorfoloji, tarixi- geoloji, struktur- maddi və geodinamik.

Okean çökəklikləri və qitə kənarları üçün struktur- geomorfoloji, tarixi- geoloji və geodinamik prinsplərindən istifadə olunur. Baş qırışıqlığın yaşının təyininə əsaslanan qitələrin yer qabığının tektonik rayonlaşdırıl­ması üsulu qırışıqlıq vilayətlərində yer qabı­ğının son intensiv deformasiyalarının sona çatma zamanı və onların qırışıqlıq sahələrinə çevrilməsi bir çox tətqiqat-çıların işində veril­mişdir. Rayonlaşdırma vilayətin sona çatan geosinklinal inkişafının orogen mərhələsinin başlanğıcı zamanına görə aparılır. Buna müvafiq olaraq rayonlaşdırma qırışıqlıq vila-yətləri hüdudunda aparılır.

Tətqiqatçılar son zamanlar qitələrin rayonlaş-dırılmasını qitə yer qabığının tamamilə formalaşıb başa çatması zamanına görə aparırlar. Bu zaman geosinklinal prosesə okean tipli yer qabığına çevril-mə prosesi kimi baxılır. Qitə qabığının tamamilə formalaşması zamanı qranitoid intruziyalarının küt-

ləvi yayıl­masına əsaslanan qravitizasiya vaxtı ilə, daha doğrusu qitə qabığının əvvəllər mövcud olan kiçik ölçülü bloklarının böyük kütlədə birləş­məsi ilə təyin edilir. Qeyd olunan bu rayonlaşdırma prinsipinin hər ikisi qəbul edi­ləndir və biri digərini tamamlayır.

Yer qabığının bünövrəsinin ardıcıl inkişafı tektonik rejimin 3 əsas tipini keçirir: geosinklinal, orogen və platforma.

Həmçinin baş rejim tiplərinin ümumi əla­mətlərinə malik olan keçid və aralıq rejimləri də ayrılır. Burada riftogen rejimə xüsusi yer verilir. Riftogen rejim üçün daha çox qələvi- bazalt maqması səciyyəvidir. Geosinklinal rejim həm qitə qabığı üzərində, həm də okean qabığı üzərində inkişaf etmiş olmur. Ikinci halda o maqmatizm ilə müşayət olunur.

Geoloji proseslərin baş verən bütün mürək­kəb kom-ponentlərin tektonik şəraiti tektonik rejim kimi başa düşülür.

Tektonik rayonlaşdırma aparan zaman geosinklinal inkişafın əlamətlərini göstərən nisbə­tən cavan kompleksin tərkibi, quruluşu və üst yaş həddi

dəqiq müəyyən edilir. Daha qədim struktur komplekslər “özül” kompleksində bir­ləşdirilir. Adətən nisbətən cavan geosinkili-nal kompleksə, əgər o ərazinin struktur planını təyin edirsə, “baş geosinklinal kompleks” kimi baxı­lır. Baş geosinklinal kompleksə onun altında yatan daha qədim süxur qatları aid edilir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin