REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Kənar qitə şəraitində yeni geosinklinal sistemlər iki üsulla peyda ola bilər: bunlardan birincisi qitədaxili sistemlərin əmələ gəlməsi-nə yaxındır. Bu orogenin ox hissəsində riftin peyda olmasından ibarətdir. Bu rift əvvəlki hallarda olduğu kimi əvvəlcə qitə şəraitində, sonra isə nazilmiş və yenidən işlənmiş qitə qabığı kimi, kənar dənizlərə çevrilir. Kənar dənizlərlə ayrılan qitə qabığının maddəsi mikroqitəni və ya aralıq massivini əmələ gətirir. Buna misal olaraq Asiya qitəsinin şərqində paleogenin sonu- neogenin əvvəlində yaranmış Yapon dənizi və Yapon adaları qövsünü göstərmək olar.
Kənar qitə geosinklinal sistemlərinin petda olmasının ikinci yolu birincidən nisbətən fərqlidir. İkinci halda geosinklinal qitə hesabına deyil okean hesabına peyda olur. Bununla əlaqədar okeandaxili geosinklinallar əmələ gələ bilər. Bu inkişafın əsasını okean üzərindəki rüşeyimin peyda olması təşkil edir. Bu inkişaf bir qayda olaraq çatlar boyu gedir.