Oroqrafik və batimetrik üsullar
Geomorfoloji üsullar içərisində bu ən sadə üsuldur.
Oroqrafiya üsulu quru sahələrdə denudasiyanın sürə-tinin şaquli hərəkətlərdən çox aşağı olduğu yerdə tət-biq olunur. Epiplatforma orogenezi sahələrində (Ru-siyada Tyan- Şan, Sayanlar, Zabaykal və s.) tağ və tağ- qayma qalxıntılarında relyefdə açıq əks olun-muşdur.
Batimetrik üsulla dağların mövcud olduğu zo-nalarda, 150- 200 m arasında yerləşən qalxıntılar və çökəkliklər öyrənilir.
Dəniz sahillərinin öyrənilməsi
Dəniz səviyyəsi kimi təbii reperlərin olması sahillərin qalxması və enməsinin miqdari qiymətlən-dirilməsinə imkan verir. Bunun üçün ən yaxşı şərait tədqiqat rayonunda dəniz terraslarının inkişaf etdiyi yerlərdir.
Çay şəbəkələri və çayların öyrənilməsi
Çay dərələri bir qayda olaraq tektonik şəraitə uyğun olaraq çox vaxt tektonik parçalanmalar və sinklinal çökəkliklər boyu əmələ gətirilir. Qalxmalar zamanı çaylar adətən öz yatağını dəyişir, asılı dərələr və yataq əmələ gətirir. Axım güclü və böyük olduq-da çay öz dərəsini dərinləşdirir və qalxmalara qarşı
davam gətirir. Bu zaman cavan antiklinalı yarmış dərə əmələ gəlir. Həmin dərələr “antisedent” dərələr adlanır. Burada yarılmış “meandrlar” əmələ gəlir. Bu göstərir ki, çay əvvəllər düzənlikdə axıb.
Struktur planın dəyişməsi çox vaxt bir- neçə çayın birləşməsinə səbəb olur.
Nisbi yüksək qalxıntılarda çay yatağının meyl-liyi artır “meandrlar” düzənliyə çevrilir, yaxud ta-mam yox olur. Nisbi enmə sahələrində yatağın meyl-liliyi azalır, yataq və dərə genişlənir, “meandr”lar peyda olur.
Dostları ilə paylaş: |