Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Geosinklinaldan əvvəlki dövr



Yüklə 0,75 Mb.
səhifə56/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Geosinklinaldan əvvəlki dövr müx­­təlif forma-da özünü göstərir. Bu əsasən geosinklinal sistemin hansı şəraitdə qurul­ma­sından, yəni qitədaxili və ya qitəxarici olma­sından asılıdır. Qitəxarici olduqda be-lə müx­təlif variantlar ola bilər: qitədaxili şəraitdə geo­sinklinal sistemlərin formalaşmasında rift əmələ-gəlmələri aparıcı rol oynayır. Burada riftin əmələ gəlməsi üçün hamar səthə malik çökəklik olmalıdır ki, buda qitə allüvial- göl çöküntüləri ilə doldurul-muş olsun. Bu isə çox vaxt geniş qalxmalar fonunda baş verməlidir. Ancaq bundan sonra rift əmələ gələ bilər, yəni qraben formalaşar. Riftin enməsi çiyin hissə­lərin qalxması ilə bir vaxtda baş verir. Bu zaman qitə mənşəli iri qırıntılı çöküntülərin toplan-ması ilə müşaiət olunur. Burada qitə qabığı nazilir, çatlar boyu qələvi- bazalt maq­ması lavasının daxil olması baş verir. Riftin çiyin hissələrində qələvi ultraəsasi süxurların çevrə şəkilli plutonitlərinin daxil olması pros­sesi gedir.

Bütün bu baş verən prosseslərdən sonra əgər riftin genişlənməsi daya­narsa, intrakraton geosinkli-nal əmələ gələ bi­lər. Yox əgər riftin genişlənməsi

davam edər­sə onda müasir Atlan­tika tipli riftogen okean pey­da ola bilər.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin