tika, Ural- Monqol və Arktikadır. Bu qurşaqların hamısının rüşeyimi paleoproterozoyun ikinci yarısın-da qoyulub. Sonuncu üç qurşaq öz inkişafını paleo-zoyun sonu- mezozoyun əvvəlində tamamlayıb.
Hərəkətli- orogen qurşaqlar bir- neçə yüz mln. il, yaxud milyard il, yaxud milyarddan artıq zaman ərzində formalaşıb. Özünün bu uzun tarixi ərzində onlar fasilələrlə bir- neçə genişlənmə və enmələrin güclən-məsi, az müddətli dövrlərdə ixtisarolunma, daralma, və s.- ə məruz qalmışlar. Baş verən çevrilmələr hər bir qurşağın tarixində, yəni, qırışıqlıq əmələ gəlmə mərhələlərinin fazaları dövründə bir neçə dəfə təkrarlanmışdır.
Ayrı- ayrı qurşaqların tikililəri arasında təyin edilmiş səviyyələr, onların inkişafında qlobal miqyasda sıxılan hesab edilə bilər. Ona görə də ilk əvvəllər Qərbi Avropada və Şimali Amerikanın şərqində ayrılmış kaledon, hersin və alp qırışığı mərhələsi adları sonralar digər qitələrin regionlarına da aid edildi. Hal- hazırda gec kembri- fanerozoy Hərəkətli- orogen qurşaqlarının aşağıdakı mərhələ-ləri və fazalarını ayırırlar: qrenvil (1350000- 1000000 il), baykal (1000000- 550000 il), kaledon
(salair, gec kaledon fazaları) (550000-400000 il), hersin (breton, sudet, asturiy fazaları) (400000- 210000 il), kimmeriy və ya mezozoy (indosiniy, nevada, kolım fazaları) (210000- 100000 il), alp (kolım, lamariy fazaları) (100000- 0 000 il).
Hərəkətli- orogen qurşaqlar hərəkətli- oro-gen vilayətlərə ayrılır. Tədqiqatçıların çoxu hərəkətli- oro-gen vilayət adı altında qurşaqların 1000 km- dən artıq uzunluğa malik olan, adətən uzununa dərinlik çatları zonaları ilə bölünmüş və bir- birindən quruluşu və inkişafı ilə fərqlənən iri seqmentləri ayırırlar. Buna misal olaraq Ural, Altay- Sayan, Monqol- Oxot vila-yətləri göstərilə bilər.
Hərəkətli- orogen vilayət məfhumuna əks qoyulan geosinklinal sistemlərdir. Bu, uzunluğu 1000 km- dən çox və bəzən 3000 km- ə çatan səlis xətti strukturların cəmidir. Həmin strukturların eni 200 km- dən 500- 600 km- ə çatır. Geosinklinal sistemlər ya platforma və aralıq massivi arasında ya da iki aralıq massivi, yaxud iki platforma arasında özünə yer tutur.
Geosinklinal sistemlər bir qayda olaraq öz inki-şafını tektonogenez erasında bitirir və hər hansı bir
dağ tikililəri qırışıqlığının formalaşmasına başlanğıc verir. Belə geosinklinal sistemlərə Böyük Qafqaz, Kiçik Qafqaz, Karpatlar və s. misal ola bilər. Bun-larla yanaşı aralıq massivləri və geoantiklinal sistem-lər də məlumdur.
Geosinklinal sistemlər hüdudunda iki müxtəlif elementin, daxili zonada evgeosinklinalın (daxildə formalaşan) və xarici zonada miogeosinklinalın (xaricdə formalaşan) ayrılması mühüm əhəmiyyət kəsb edir. Miogeosinklinalları evgeosinklinallardan fərqləndirən əsas cəhət, yenidən işlənmiş qitə qabığı üzərində daha kənar vəziyyət tutması ilə yanaşı, onun amaqmatikliyidir. Bir sıra sistemlərdə mio- və evgeosinklinalların çox qeyribərabər inkişafı ilə qarşılaşmaq olur (Karpatlarda, Verxoyan- Kolım sistemində və bəzi digər yerlərdə). Burada evgeosinklinal zonalar kəskin redusiyaya uğrayıb. Bunlara ancaq əsasi vulkanitlərin və əsasi və ultraəsasi süxurların fasiləli çıxışlı çox ensiz (bir neçə km) ofiolit tikişləri uyğun gəlir.
Bir qədər nazilmiş qitə qabığında da geosin-klinal sistemlər mövcuddur. Belə sistemlır adətən əsas hərəkətli- orogen qurşaqlardan qeyri- müəyyən
şəkildə eninə haçalaşmaya malik olur və platforma daxili vəziyyət tutur və ya onların yan budağı kimi özünü göstərir.
Dostları ilə paylaş: |