QİTƏ PLATFORMALARI, ONLARIN QURU-LUŞU VƏ İNKİŞAFI
Hərəkətli- orogen qurşaqlarda, orogen inkişaf mərhələsində, çatlar boyu baş verən şaquli və hori-zontal yerdəyişmələrin sönməsi ilə dağ relyefinin denudasiyaya uğraması və düzənlənməsi baş verir. Bu zaman qitələr üzərindəki yer qabığının qalınlığı orta hesabla 35- 45 km- ə qədər nazilir. Bu prosses böyük əraziləri əhatə edir, platformaların (kraton-ların) əmələ gəlməsinə gətirib çıxarır.
Tədqiqatçılar qədim və cavan platformalar ayırırlar. Qədimlər kraton adlanır. Qədim plat-formalar bir qayda olaraq kembriyəqədərki kristallik süxurlar üzərində, əsasən erkən kembrinin kristal bünövrəsi üzərində formala-şır. Bunlar müasir materiklərin nüvəsini təşkil edir. Qədim platformalar müasir materiklərin 40%- ni təşkil edir. Onlar yer qabığının düzənlik relyefə malik iri izometrik poliqonal plitələridir. Ölçüləri eninə 1000 km- dən artıq, sahəsi isə bir- neçə mln. km2 bərabər olur.
Cavan platformalar gec kembriyəqədərki,- paleozoy və mezozoy qırışıqlıqlı bünövrə ilə peyda
olublar. Bünövrənin yaşına görə onlar epibaykal, epikaledon, epihersin, epikimmeriy adlanır (epi yunanca “sonra”).
Qədim platformalarla müqayisədə cavanla-rın bünövrəsi az “kristallikliyi” və izotropluğu ilə fərq-lənir. Cavan platformanı təşkil edən süxurlar zəif metamorfizmə uğrayıb. Burada qranitlər azlıq təşkil edir. Çökmə örtükdən başlıca olaraq, intensiv dislokasiyası ilə fərqlənir.
Epibaykal platformalar (geckembriyəqədərki) qədim və cavan platformalar arsında aralıq mövqe tutur. Platformalar zəif seysmiklidir.
Dostları ilə paylaş: |