Rəhman və Rəhim olan Allahın adı ilə


Mədyən tayfasına da qardaşları Şueybi



Yüklə 3,81 Mb.
səhifə208/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   204   205   206   207   208   209   210   211   ...   532
85. Mədyən tayfasına da qardaşları Şueybi (peyğəmbər) göndərdik. (Şueyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq İlahınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir!

86. Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!

87. Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbir edin. Axı O, hökm verənlərin ən yaxşısıdır!”

88. (Şueyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şueyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” – dedilər. (Şueyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?

89. Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elmi ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”

90. (Şueyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şueybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”

91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).



92. Şueybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şueybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin